Eşqimin yazında qarmı yağacaq?
Çiçəkli dağlardan çən ətri gəlir.
Vərəqlədim, oxumağa gecikdim,
Həyat kitabımdan tən ətri gəlir.
Dünyanı dərk edib, duyub, qanalı,
Könlüm sevincini oldu danalı,
Yoxsan, həsrətinin əli xınalı,
Vüsalın saçından dən ətri gəlir.
Eşqin eyləyibdi könlümü xəstə,
Sənsə qızınırsan bir yad nəfəsdə,
Uyuyur sənsizlik qollarım üstə,
Bəs niyə hər yandan sən ətri gəlir?
Özgə xəyallara düşüb yansan da,
Mənim həsrətimi qonaq sansan da,
Sən özün-özünə bunu dansan da,
Sənin varlığından mən ətri gəlir.
Sən demə
Çox gözlədim, sonu gəldi, yetişdi,
Alma yoxmuş nağıllarda sən demə.
Ha dindirdim, danışmadı mənimlə,
Nağıl imiş qoğallar da sən demə.
Düşündükcə dayazını, dərini,
Dərk eylədim bu həyatın sirrini,
Acısını mənə verib, şirini,
Gizlədirmiş noğullarda sən demə.
Yanılmazmı qəm əhlindən eşq uman,
Sevinərmi gözlərindən nəm daman?
Bir dəlilik gizlənirmiş hər zaman,
Ən mötəbər ağıllarda sən demə.
Oldun
Nə mən sənə çiçək oldum,
Nə sən mənim gülüm oldun.
Nə mən sənə ürək oldum,
Nə sən mənə zülüm oldun.
Nə mən sənin xəyalların,
Nə sən mənim arzularım,
Nə mən sənə gərək oldum,
Nə sən mənə ölüm oldun.
Həsrətə çıraqdı izim,
Necə qaçım, ayrı gəzim?
Qəmli üzüm, nəmli gözüm,
Ağı deyən dilim oldun.
Hər an məndən gen dolandın,
Hər an məni sənə dandın,
Nə sən bu ocaqda yandın,
Nə də mənim külüm oldun
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Gunel Eminli
Ağustos 8th, 2008 at 08:17
Senin varlqindan men etri gelir, Sevinc tebrikler, gozel sheirlerdir, en cox xoshuma gelen ise etri gelir sheiridir.
Vüqar
Ağustos 8th, 2008 at 11:23
Möhtəşəm şeirlərdir, heyranlıqla oxudum. Şeirlərinizin çox gözəl ritmi var Sevinc xanım. Uğurlar.
Murad
Ağustos 8th, 2008 at 14:43
Ha çalışdım bu hicablı xanımın şeirində terifləməli bir misra tapım…
leyla
Ağustos 9th, 2008 at 13:13
Mende eynile Murad kimi,
men bele sherlere sher demirem,sadece oturub bu xanim,ozunu zorla ilhama getirib ki,men sher yazmaliyam bugun ,mutleq sher yazmaliyam,sherde bele alinib bashqa nece olmaliydi.
zorla gozellik olmaz.
neise
yenede yaradiciliq isteyinizi yuksek qiymetlendirirem ve size ugurlar.
Aysel
Ağustos 9th, 2008 at 16:10
sevgili Sevinc seyirin coooox hemde cox xoshuma geldi.cox sag ol ,davamin gozleyirem.
məmməd savalan
Ağustos 9th, 2008 at 20:10
Rus klassiki Çexovun bir ifadəsi var ki, insanda hər şey gözəl olmalıdır. Məncə şairin də hər şeyi şairanə olmalıdır. Və fizanomistika elminin elementar bilgilərindöən bəhrələnsək, Sevinc xanımın doğrudan da şairanə bir ruh sahibi olduğuna inanarıq. Mənə oxucuların da şərhi çox maraqlı görünür. Bəziləri bəh-bəhlə onu göylərə qaldırır, bəziləri də lap heçə ebdirir. Həqiqət hardasa orta bir yerdə olmasa da, bu qütblərdən bir az kənarda yerləşir. Şərhlərdən görünür ki, bəzi oxucucular və təəssüflər olsun ki, əksər şeir yazanlar, alt-alta düzülmüş, arabir bölgülənib qafiyələnən söz yığınlarını, yaxud məktəb divar qəzetinin səviyyəsində, bəzən də bir az babat məqalələri şeir hesab edirlər. Elə ona görə də bütün jurnalistika və filologiya fakültəsini birtəhər başa vuranların da hamısı özünü şair hesab edir. Hələ ədəbiyyat elmindən , sənətkarlıq məsələlərindən tam xəbərsiz olanlar bir yana qalsın! İki min il əvvəl qədim yunan filosofu Aridtotel “Poetika” adlı bir kitab yazıb. XX əsrdə məhşur Azərbaycan ədəbiyyatşünası Cəfər Xəndan da “Ədəbiyyat nəzəəriyyəsi” adlı bir kitab yazmışdı. Bu arada saysız-hesabsız ədəbiyyatşünaslıq kitabları da yazılmış ki, bunlardan söhbət açmağa ömür də çatmaz. İkincisi də hələ belə nəzəriyyəçi cənablar da poeziyanın sirrini tam açmağa acizdirlər, çünki, onu hər bir yaradıcı adam özü kəşf edir. Amma elə elementar tələblər var ki, onsuz heç ağız açıb saqqal tərpətməyə də dəyməz!
Məsələn, ədəbi dilin bütün qayda-qanunları tam əməl olunmalıdır. Hansı dildə yazılır yazılısın, fərqi yoxdur. Dilin saflığı qorunmalıdır.
fikirlər çılın-çılpaq deyil, bədii, məcazi şəkildə, obrazlı deyilməlidir. Etik-əxlaqi çərçivədən çıxmamalıdır. Özündən əvvəlki yazılmışlar təkrar olunmamalıdır, istər bilərəkdən ( bu plagiat, yəni oğurluq sayılır), istərsə də bilməyərəkdən ( bu da xəbərsizlik, bisavadlıqdır).Gözəl sayıla bilən hər bir sənət əsərinin istər şeir, rəssamlıq, istər heykəltəraşlıq, istərsə də memarlıq olsun, qızıl nisbət deyilən mütənasiblik ölçüsü gözlənilməlidir. Yəni şeir də nə çox uzun, nə də məna bilinməyəcək qədər qısa olmamalıdır. Tamlıq, bütövlük, axıcılıq, ahəngdarlıq və s. və ilaxirə. Və bir də səmimilik, inandırıcılıq. Məsələn bir sevən o birisinə desə ki, sənin yolunda ölümə də getməyə hazıram, amma anamdan, atamdan, qardaşımdan qorxuram!- deyirsə, onun tülküdən qorxduğu daha səmimi olardı, əgər yol meşəlikdən keçirsə…
indi Sevinc xanımın yazıları haqqında bir iki kəlmə deyək.
Uğurlu misraları “Uyuyur sənsizlik qollarım üstə”, “Bir dəlilik gizlənirmiş hər zaman, Ən mötəbət ağıllarda sən demə”. “Mötəbər” sözü şeir sğzü olmasa da burada yerinə düşüb.
“Sənin varlığından mən(?!) ətri gəlir” misrası heç bir qrammatik, yaxud danışıq qaydasına uyğujn gəlmir. “Həyat kitabımdan ( ensiklopediyamı nəzərdə tutulur?!) tən ətri gəlir”. Bu nə deməkdir?! “Tən” sözü fars dilində “bədən”, “cism” mənasıda, xalq arasında qeyri-poetik bir mənada, azərbaycan ədəbi dilində isə “bərabər”, “eyni çəkili”, “eyni qiymətli” və s. mənalarında işlədilir və anlaşılır. Bunların da heç biri deyil və olsa da məntiq və poetika baxımından tam uyğunsuzdur, bir az güzəştli desək. Belə tərsməssəb cümlələr xanımın yazılarında çoxdur: ” Könlüm sevincini oldu danalı”. Bu xırda qüsur kimi görünə bilər, amma hər yazı yazan dilimizə xırda bir qüsur əlavə etsə, onda Allah bizim dilimizi o gündən saxlasın!
“Gen dolanan”, “Məni sənə danan” “ocaqda” da yanmayan nə üçün kiminsə ” külü” olmalıdır?! Heç bir məntiq yoxdur, sayıqlama kimi bir şeydir.
Bu cür qüsurlar təkcə Sevinc Şəhrazqızına deyil, əksər şeir yazmağa cəhd edənlərə aiddir. “Çox tanınmışların” da çoxusu belə bəlalardan can qurtara bilmir.
Çox istərdim ki, gözəl xanım sözlərimdən inciməsin, şei yazanda qafiyələrin dalıca qaçmasın, qafiyələr özü mənanın arxasınca getməlidir. Öz incə qadın hisslərini təbii çəkildə, öz gözəl sifəti kimi süni bər-bəzəkdən uzaq yartmağa çalışsın, onda hər şey gözəl olacaq! Biz kişilər dünyanın o biri üzünü heç zaman aydın görə bilmirik, ya səhralara qaçırıq, ya külüngü başımıza çırpırıq, ya da taxt-tacı atıb qaçdı-qovdu oynayırıq. Qoy gözəl xanımlarımız bizə ağıllı yol, poetik və etik yolar göstərsin!
Hər birnizə gözəl gənclik çaxlarınızı poeziya deyilən sehrili bir aləmdən xəbər tutmağa can atdığınız üçün can və ağıl sağlamlığı olmaq çərtilə xoşbəxtlik və uğurlar diləyirəm! Yeni yazılarınızı gözləyirəm.
Asiman
Ağustos 9th, 2008 at 21:01
Salam Sevinc xanım, Siz mənim bəyəndiyim şarlər sırasındasınız, bunu bilirsiniz. Bu şeirləriniz də xoşuma gəldi, xüsusən ilk iki şeiriniz.
Məmməd bəy, “Həyat kitabımdan tən ətri gəlir” sətrində tən sözü mənim fikrimcə yarı olma, yarılanma mənasını verir.
Bir də ki, şərh yazanda fikir verin, sizin şərhinizdəki bir cümlə ən azı tərbiyəsizlik nümunəsidir. Özünüz bilirsiniz hansı cümləni deyirəm.
Elnarə Şəms
Ağustos 10th, 2008 at 11:31
Yoxsan, həsrətinin əli xınalı,
Vüsalın saçından dən ətri gəlir.
Uyuyur sənsizlik qollarım üstə,
Bəs niyə hər yandan sən ətri gəlir?
Xoşum gəldi Sevinc xanım,Sizin Vətən mövzulu şeiləriniz də çox bəyənirəm,hörmətlə
məmməd savalan
Ağustos 11th, 2008 at 21:11
hörmətli Asiman bəy!
üÜidvaram ki, heç olmasa öz adınınızın mənasını bilirsiniz! Aydın olmasa,, ərəb-fars sözləri lüğətinə baxa bilərsiniz. O da kömək etməsə, astranomiyadan Ptolemeyin nəzəriyyəsi ilə tanış olun. Bunlarun hər halda köməyi dəyər.
İkincisi də Sevinc xanımın yəqin ki, sizin kimi “müdafiəçilərə” ehtiyacı yoxdur. Siz də bir şərh yazsanız pis olmazdı. “Xoşuma gəldi”, “xoşuma gəlmədi” şərh deyil, ədəbiyyat ifadəsi deyil, bazarda alma-armud alanda işlədilən ifadələrdir.
Hər halda qeydlərimi oxuduğunuz üçün sizə öz təşəkkürümü bildirirəm. Qeydlərimi bir daha nəzərdən keçirdim, “qeyri-poetik” tənqidi ifadəsindən və bir-iki mexaniki baş vermiş orfoqrafik xətalardan başqa bir nəsnə görmədim. Amma sizin “yarı olma”, “yarılanma”lardan iy duymağınız məni təəccübləndirdi. Əlavə edə bilərəm ki, “məchulu olan bərabərliyə” də “tənlik” deyilir, bəs ondan nə iyi gələcək?!
Sevinc xanım doğrudan da təb əhlidir, mən də bir cızma qara kimi onun yazılarından birinə belə bir nəzirə yazdım. Zəhmət olmasa, buna da bir şərh yazın. “xoşumagəli”, “xo.uma gəlmir” olmasın. Ədəbiyatşünaslıq elminin dilində olsun. Kasıbın olanından:
MƏN NƏDƏN ÖPÜM…
Həyalı üzündə niqabın gözəl,
Huri mələk kimi cənnəti gəz gəl,
Sənsiz nə gərəkdir cismimə göz,əl,
Izin ver, baxdığın aynadan öpüm.
Hərdən seyrə çıxıb, göy çəmən gəzsən,
Bəxtəvər eyləyib bir çiçək üzsən,
Mənim qəlbim kimi bilmədən əzsən,
Ayağın toxunan nanədən öpüm.
Açılan qızılgül xar oldu mənə,
Ən cəfakar gözəl yar oldu mənə.
Ilahim, bu dünya dar oldu mənə,
Baxdım qara daşdı, mən nədən öpüm?!
Qəlbimdə bir od var, köz puçurlayan,
Gözümdə bir yol var, iz puçurlayan.
Hərdən gileylənən, söz puçurlayan,
Ləblərin üstündə mənadan öpüm.
Şairlər, aşiqlər yığılsa bəhsə,
Incə məna dolu sözlərə əhsən!
Açıb mərhəmanə çiyninə töksən,
Tellərinə dəyən şanədən öpüm.
Məmməd Savalanam, iki dünyada,
Araz böldü keçdi, saldı fəryada.
Kimə Sevinc olub yetsən murada,
Izin ver, əlində xınadan öpüm.
Asiman
Ağustos 12th, 2008 at 16:19
Məmməd bəy, əvvəla mən bəy deyiləm, xanımam. İkincisi də ki, bura adın mənasını bilib, bilməmək kimi yersiz söhbətlərin yeri deyil. O ki, qaldı şərhlərə, mən sizin kimi ədəbi ifadələr hesab etdiyim məntiqsiz, mənasız şərhlərlə oxucuların baş-beynini aparmıram, Azərbaycan ədəbiyyatında hörmətim olan isimləri və əsərləri http://www.asiman.azersayt.com ünvanında bacardığım qədər təbliğ etməyə çalışıram, buyurub baxa bilərsiniz.
Sizin məntiqsizliyinizin başqa bir misalı İ.Köçərinin “Öldüm” şeirinə yazdığınız şərhdir.
“Gizlənmişəm sirr kimi,
Gözüm yuyur çirkimi.” kimi bir deyimi nələrlə müqaisə etmisiniz.
Sizin “Amma sizin “yarı olma”, “yarılanma”lardan iy duymağınız məni təəccübləndirdi.” cümlənizə hörmətsizlik və tərbiyəsizlikdən başqa nə ad vermək olar? Ayıbdır! Mən də sizə eyni səviyyədə cavab verərdim, tərbiyəm izin verməz.
Hə, bir də ki, əvvəlki şərhimdə qeyd etdiyim cümlənizi tapa bilmədim. Bəlkə siliblər? Admindən soruşun.
Xatirə Vaqif
Ağustos 12th, 2008 at 21:28
Uyuyur sənsizlik qollarım üstə,
Bəs niyə hər yandan sən ətri gəlir?
Bir dəlilik gizlənirmiş hər zaman,
Ən mötəbər ağıllarda sən demə.
Gözəl deyimlərdir .Sağ olun Sevinc xanım.Təbrik edirəm
məmməd savalan
Ağustos 14th, 2008 at 00:01
Hörmətli Asiman xanım! Mən sizdən tərbiyəli bir insan kimi sizi “bəy” hesab etdiyimə görə çox-çox üzr istəyirəm! Bu faktın özü bir əsaslı bir dəlildir ki, “tərbiyəsiz” damğasını mənim üstümdən götürəsiniz.Bütün hüquqşünaslar mənimlə razılaşarlar. İkincisi, tarixi faktlar göstərir ki, belə hallar hətta çox tərbiyəli insanların da başına gələ bilər. XX əsrdə ən hörmətli məşədilərdən biri İbad müəllim evlənərkən aldığı xanım bəy çıxmışdı. Bildiyimiz kimi o məsələ də sülh iolə bitdi. İkinci fakt, çoxlarına məlum olduğu kimi, neşə deyərlər, … ..dən məşhur ( görürsünüzmü, tərbiyəm yol vermədi ki, o nöqtələrin yerində söz yazım!), Rafiq Tağı adlı bir yazıçının da oğlunun adı Asimandır. Üçüncüsü, xanım, mən kimsənin şəxsiyyətinə toxunmaq fikrindən çox-çox uzağam, kişinin, kişi adı olar, qadının da qadın adı! Vallah, özünüzə götürməyin, indi bəzən elə adlar qoyulur, elə geyinilib-kecinilir, bəzənilib-düzənilir, o qədər plastik-mlastik vəs. cərrahiyyə əməliyyatlarına məruz qalınır ki, nə öz gözlərinə inanırsan, nə də özgə sözlərinə… İndi bidim ki siz şox ədəbli və tərbiyəli xanımsınız! Amma, bir xeyli savadsızsınız. Bu tənqiddir xanım, təhqir deyil! Tərcüməsi: tənqid, hər-hansı bir ədəbi əsərə, deyilmiş fikrə obyektiv qiymət vermək mənasında anlaşılır, təhqir isə, insanın şəxsiyyətinə toxunmaq, qərəzlə alçaltmaq deməkdir.
Bir cızma-qaraçı ( bu da tənqidir, təhqir deyil!) çirkini ədəbiyyat deyilən paklığı içidə yuyacaq, biz də onu qəbul edəcəyik?! Bu şəxsi iş deyil, ictimayi məsələdir. İkincisi də o ciddilik deyildi, adi bir uşaq da anlayardı ki, kinayədir, “sarkazm” desəmmi anlaşıqlı çıxardı!
Gələk məntiq məsələsinjə. bu dünyanı ağlar qoyan V.İ.Lenin Kazan universitetini gızıl medalal (guya) bitirəndə o fənndən “3″ qiymət almışdı. Sizdən xahiş edərdim ki, o fənndən aldıöınız qiymətin kserekopiyasını əgər mümkündürsə, qiymət kitabçanızdan çıxarıb mənə və oxuculara göstərəydiniz…
konyuksiya, dizyuksiya, analiz, sintez, induksiya, deduksiya, yaxud birmənalı məntiqvə ya qeyri-səlis məntiq nə olan nəsnədir?! Burda heç “Azərbaycan dilinin izahlı lüğəti” (kitabxanalarda tapmaq olar) kara kələn deyil. Gördüyünüz kimi bizim məmtiqdən siz qədər olmasa da şiyinlərimizin imkan verdiyi çərşivədə başımız çıxır. İndi mən sizə sülh təklif edirəm! Əl mənim, ətək sizin! Və cox səmimi şəkildə saytınıza isnad verdiyinizə görə sizə oz təşəkkürümü bidiridəm. Və ümidvaram ki, yaxın, yaxyudda uzaq gələcəkdə ziyalı və yaradıcı insanlar üçün çox mühüm bir keyfiyyət olan tənqid edə bilmək və tənqidə hörmətlə yanaşmaq, həttaq tənqidin nə olduğunu da anlamaq mədəniyyətinə yiyələnəcəyik. Tərbiyəyə gəlincə, bütün insanların ömrü boyu belə bir mənəvi keyfiyyətin təkmilləşməsinə ehtiyacı var. Mən də özümü yuxarıya və kənara dartmıram, sadəcə, hər kəslə onun səviyyəsinə uyğun, başa düşəcəyi şəkildə danışmağa çalışıram. Siz heç görmüsünüzmü, milisioner desin, hörmətli xuliqan, icazə verin sizi təcridxanaya dəvət edək! Bəs ədəbiyyatda ağzına gələni efirə püskürənlərə yerini necə göstərməliyik! Bu prinsipdir, çox mühüm, universal bir məqamdır!..Bu qəsər yetərdi ammakiçik bir əlavəm də var. “Adın mənasını bilib bilməməyi yersiz” hesab etməyiniz qəribə, təəcüblü deyilmi?! İnsan dünyaya gələndən ölənə kimi, hətta öləndən də sonra adını, şərəfini, mənasını qorumalıdır! O ki qaldı şair, ədəbiyatçı ola! Sizin Sabirdən, Nəsimidən, Nizamidən, Füzulidən, Vurğundan, Vahidən və s. və i. xəbəriniz yoxdurmu, bu adları o kişilərin hər biri özü-özünə vermiş və ucaltmışdır. Mənim şerimdən niyə bir kəlmə yazmamısınız? incimirəm, elə-belə soruşuram. Mən kinli-küdurətli adam deyiləm. V.Cəbrayılzadə demişkən, hamınıl sevirəm. Sizə də simpatiyam cvar, baxmayın ki, tənqid edirəm. Sizi də daha yüksəkliklərdə görmək istərdim, xırdadüdi-qodu müstəvilərindən uzaq olmağa çalışın! Füzülüi demişdir, yarəb, məhv eylə məni mənim gözümdən!
Həzrətti Peyğəmbərimizs (Ə) demiş, Allahım sən məni fağır et!
göylərə baxdıqca siz yadıma düşəcəksiniz, adınızın mənası belədir.
Savalan MUGANLI
Ağustos 16th, 2008 at 10:18
Salam Sevinc xanim! Zennimce Allah adamisiz. Allah adami chalishir ki yaxshi soz desin. Sizin kimi! Sherlerinizde musbet enerji var. Var olasiniz. Qusurlar da var (filoloji ve nezeri) Inshallah qismet olsa gorushende. mugan@box.az
Her Kim
Ağustos 20th, 2008 at 18:21
deyirem, Bu Mamed ne demaqoq insandir. 1 sherh, ya cavab yazanda, 5-6 vereq dolusu yazi yazir. Bunlar da, onun bekar, ishsiz olmasindan gelir chixir. Menim, oxuculara meslehetim, bu insanin yazilarina fikir vermemekdir…
MAMEDUSHKA, get ozune ish tap, gyozuuuuuuu yiyim.
Sherler maraqlidir, maraqli yazilib, oxucunun heresine, OZU OZUNE mena chixartmaq shansi verir. Ve oxucunun ne mena chixarmasindan asili olaraq, ya xoshuna gelir, ya da zehlesi gedir.
quzanli
Ağustos 27th, 2008 at 15:59
mence orta seviyyeli seirlerdir.esas odur ki,seirlerinizde davamliliq var.demek iseyirem ki,evvelce nece baslamisdiniz ele de gedir,tez-tez uslub deyismirsiniz.forma deyismirsiniz.
her seyde esas olan davamliliq,qetiyyetdir.bir seyin var ya da yox oldugu bu cur ortaya cixir.
Faig Yusifoglu
Eylül 5th, 2008 at 17:03
sheirler cox xoshuma geldi. ugurlar olsun
Elshen-emioglu
Eylül 10th, 2008 at 23:31
Salam Emiqizi! Seirlerin xosuma geldi, xususile de ilk iki- Etri gelir ve Sen deme. Seni ilk kitabinin cixmasi munasibetile de tebrik edirem. Sene ugurlar!!! Eger yazmaq istesen menim e-mail: oruclu_2022@yahoo.com
Elvin mustafayev
Eylül 14th, 2008 at 08:40
salamlayiram yaxsidir ela olmasada ancaq yenilik gormedim Allah ugur versin
Ali Ibrahimov
Ekim 12th, 2008 at 23:58
Salam…Seirlerin her misrasi keder ve qemle doludur. Hiss olunur ki, yashadiqlarinizi qeleme almisiniz…Sizde alinir. Sevgi ve hesret boyudukce insanin yazdigi seirlerin tesir gucu de artir. Size ugurlar arzu edirem. ALLAH sizi qorusun…
məmməd savalan
Ekim 28th, 2008 at 00:11
cenab “gyozyeyen” Her Kim!
mənim adım “MAMEDUSHKA” yox, Məmməd Savalandı. Bu sozlerin menasını bilmemeyin, 1-i de 5-6 gormeyin senin oz ishindir, amma men adıma dexli olduqundan senin adından “m”-nı cxarıb tersine oxudum, “ikreh” alındı. Incime, qismetin budur. bekar da da deyilem,
bashinin tiki qeder mutalie edirem! Azerbaycan dilini sev, hezreti peyqemberin ismine “ushqa” qoshmazlar.
Gulxar Allahveddieva
Aralık 5th, 2008 at 14:43
Hormatli Sevinc!Man siza Rusiyanin Sankt-Peterburg shaharindan yaziram.*Atri galir*sheriniz cox gozal ruhda yazilmish ,yadda galan asardir.Ugurlar Siza!Man gariblikda yashasam da hamisha Azari adabiyyatini izlayiram.20 il vatandan uzagdayig,bizim ushaglar nainki Azarbaycan dilinda danishir,Dada-qorqud- u azbar bilirlar.Biz ailalikla bu saytlari izlayirik.Yazilariniz da agidaniz kimi ishiglidir.Bashgalarinin shahrlarina cavab verib sizin sayti pocta cevirmaya alim galmir,amma cox hormatli Mammad Savalan!Sizin adinizin 2-ci hissasi garshisinda bash ayiram.(man ulu Naxcivanda dogulmusham).Sizdan Mahammad Peyganbarin gulu kimi xahish ediram:adinizi onca Mahammad edin,sonra ona hormat gozlayin!(“mammad” ruslarin bizim asil-kokumuza vurduglari an boyuk lakadir). Sezinc ,sana bir daha ugurlar!!!(Galamin fanarin olsun —Pishavari) P.S.Yazimin grafikasina gora bagishlayin.Latinda gondaranda oxunmur.
məmməd savalan
Aralık 9th, 2008 at 03:11
Hörmətli Gülxar xanım! Siz Savalan adının mənasını çox zərifliklə dərk etmisiniz. Amma, təəssüf ki, Məmməd sözünün ruslarlarla bağlamağnız doğru deyil. Hər bir ad, yaxud söz bir dildən başqa dilə keçərkən keçdiyi dilin qrammatik və tələffüz qaydalarına tabe olur. Ərəb dilindəki “Muhamməd” adı da Türk dilinə “Mehmet”, Dağıstan dillərinə “Maqomed”, Azərbaycan dilinə isə, tarixən “Məmməd”, “Məhəmməd” və “Mahmud” şəkillərində keçmişdir. Bunların hər üçü eyni hüquqlu işlənə bilir. Misal üçün, Məmməd Araz, Məmməd Rahim, Məmməd Əmin, Sultan Mahmud, Məmməd Əli, yaxud Məhəmməd Əli. Ruslar demişkən, “tak şto”, mən bəzi “uşqa”lardan fərqli olaraq öz adımın mənasını da tarixini də bilirəm. Sizin soyadınızın sonundakı “eva” həmən siz deyən məsələdir. Müqəddəs Pyotr şəhərindəki bütün həmyerlilərimizi də sizin şəxsinizdə salamlayıram!
“Bizimki” saytının bütün oxucularını müqəddəs Qurban Bayramı münasibəti ilə təbrik edir, hamınızı Allaha ismarlayıb can sağlığı, ailə xoşbəxtliyi arzu edirəm!
Sahin
Ocak 24th, 2009 at 02:15
Salam
Sevinc xanim .Cox gøzel yazmisiz .Elinize sagliq.Men Danimarkada yasayiram.Ureyim sixildi deye sizin saytinizi acib baxdim ve cox beyendim seyrlerinizi.Size heyatda yaradiciliq ugurlari dileyirem.Dinar.
hesenova
Şubat 23rd, 2009 at 15:12
seirler normaldir.////////
……………..
uzaqlara:
madam ki bu ele bele de olacaq idi.durduq yere bu qeder “afra-tafra” ya ,bu qeder gunaha batmaga deyerdi?biz gerek gunde 5 vaxt bunu dusunek.
Meyxosh Abdullah. yazici...
Şubat 28th, 2009 at 08:28
Cevinc xanim, umumiyyetle sheirlerinizin ruhi gucludur, beyenirem. Amma qafiye xatirine xatalara da yol verirsiniz. misrasindaki soz basha dushulmur. misrasindaki den sozu basha dushulendir, amma dirnaq icerisinde yazilmalidir ve s.ve i. Cox gozel. Ugurlar.
Elmar Vuqarli
Mart 11th, 2009 at 16:21
Sevinc her sheyden once chox semimidir. Sheirleri hele durulmayib, cilalanmayib. Dunyavi, umumbesheri ruhla chuglashmayib. onun eserlerinin shexsen menim uchun dogmaligi evvelde dediyim kimi, onlarin semimiliyidir.
Mammad Savalan beyin sherhi diqqetimi chekdi. O chox sozchuluye yol verir, edebi bilgileri yoxdur demek haqsisliq olardi. Amma burada kimese agil dersi vermek luzumsuzdur. Aristotelin “Poetika” kitabini oxumayan filoloq yoxdur.Chexov da, Beliniski de o cumleden. Edebiyyat mence heyatin gorunen amma diqqet chekmeyen goruntusunu maddi ve menevi sferada eks etdirmekdir.(Bu da mubahiselidir).
Sevinc xanim, Size ugurlar ve gelecek fealiyyetinizde muveffeqiyyetler arzu edirem. Allah amaninda!
məmməd savalan
Mart 12th, 2009 at 01:43
Elmar bəy! Ağıllı və səmimi qerydləriniz üçün təşəkkürlər! Mütləq onları nəzərə almağa çalışarıq. Yazırsınız ki, “Aristotelin “Poetika”sını oxumayan filoloq yoxdur”, allah ağzınızdan eşitsin! Təəssüf ki, aşıq gördüyünü çağırarar. Özündən başqa kimsəni, sifarişsiz də bir nəsnəni oxumayanların sayı-hesabı yoxdur. Kimsəyə ağıl dərsi verməyin lüzumsuzluğu fikrinizlə də tam razıyam. Əvvəla, susuz quyuya su tökmək məsələsidir. İkincisi də, ağıldan ucuz bir mətah yox bu bazarda. “Yükü artdıqca rənci ağır olur hambalın!” Füzuli bunu başqa mənada deyib, amma elə burda da yerinə düşür.
Hamıya sayqılarla.
asim
Mart 22nd, 2009 at 03:42
salam memmed muellim siz sereh verende cox yazirsiz,bilmek olar ne isle mesqulsuz,bir oxucu kimi mene cox maraqlidi,bir de memmed adi mehemmed deyil,mehemmed turklerde muhammed kimi gedir,mehmet kimi yox,sayqilar………..
məmməd savalan
Mart 28th, 2009 at 00:20
Asim bəy, əleyk! Xub, sizin də təklifinizi nəzərə alıb şərhi qısaq. Kimliyim yazılarımdan bəlli. Hər kəs öz sözü miqdarındadır (Füzuli deyib). İnşallah, tədbirlərin birində görüşərik!
asim
Mart 28th, 2009 at 18:01
Salam Savalan muellim bele basa dusdumki siz soz adamisiz,cox gozel,men size xaricden yaziram ona gore ora ie cox elaqem yoxdu.helelik
HƏSRƏT
Temmuz 24th, 2009 at 14:40
Məmməd, bu qızların fikirləri ilə razılaşmırsansa
nə üçün onların tapdalayıb əzdikləri nanəni öpürsən.
öz aramızdı şeiriniz ədəbi yüklə doludu. nanəni çıxmaqla
Azərbaycan poeziyasında hər Məmmədin öz yeri var.
uğurlar.
Məmməd Savalan
Temmuz 25th, 2009 at 21:34
İncə zövqünüz üçün təşəkkürlər, HƏSRƏT!
Ağıllı sualınıza ağıllı bir cavab vermək istərdim, heyif ki, aşiq ağlı elə aşiqanə olduğundan, o dağı-daşı, gülü-çiçəyi daha çox öpür, ömrünü həsr etdiyi sevgilisini öpmək isə yaddan çıxır. Kimsəsiz səhrada leylisi ona “Gəl al canımı!”- deyəndə, “Get-get! sən Leyli deyilsən ey pərizad!”- cavabını alır.
HƏSRƏT
Temmuz 28th, 2009 at 16:35
Hörmətli Məmməd
bu şeir də məndən sizə ərmağan olsun
BİR GÖZƏL ƏLDƏN
Axır başım üstdən zaman çay kimi,
Səpir saçlarıma bir gözəl əl, dən.
Könlüm şüşə kimi kövrək olubdu,
Salıb sındırmasın, bir gözəl, əldən.
Düşübdü günlərin bəyazı mənə,
Tanrı çox görməsin bu yazı mənə,
Göylərdən gəlibdi bu yazı mənə,
Almışam butamı bir gözəl əldən.
Məhəbbətim gözü tutulmuş çeşmə,
Yoxdu dərdlərinə bir əlac, eşmə.,
Görəsi ha deyil taxsan da çeşmə,
Həsrətdən tutulan bir gözə ləldən.
Könlüm yetər daha burax “ax-oxu”,
Həyat bir kitabdı varaqla oxu,
Sinənə məhəbbət adlanan oxu,
Bir gözəl vurubdu, bir gözəl eldən.
Həsrət, ürəyindən ayırma yarı,
Talenin yazdığı yazıdan yarı,
Yaradan bölübdü gözü də yarı,
Bir göz işıq gəzir, bir göz əl-əl dən.
HƏSRƏT
Temmuz 29th, 2009 at 08:49
Bir oxucu kimi şeirlər çox xoşuma gəldi
“tən ətri gəlir” deyəndə müəllif ” ayrılıq qorxusu var” demək istəyir və deyib.
KİM YEYİB
Birı varmış, biri yoxmuş dünyada,
Biri acmış, biri toxmuş dünyada,
Üç almalı nağıl çoxmuş dünyada,
Bu nağılın almasını kim yeyib?
Danışdıqca el başına yığıldı,
Nağıl bitdi, hamı durub dağıldı,
Ay nağılçı, danışdığın nağıldı,
Bu nağılın almasını kim yeyib?
Qara divlər artırıbdı qorxumu,
Bu qorxunun neçə illik toxumu,
Vallah, fikir ərşə çəkib yuxumu,
Bu nağılın almasını kim yeyib?
Danışanda bilmirdinmi axırı,
Açılacaq nağılının paxırı.
Tapılacaq bir soruşan kəs axı,
Bu nağılın almasını kim yeyib?
Bu torpaqda bir nağıldı tacı biz,
Əkəni biz, biçəni biz, acı biz.
Özümüzü oda tutub içimiz,
Bu nağılın almasını kim yeyib
Sizə, bu yolda uğurlar arzulayıram Sevinc xanım.
Məmməd Savalan
Ağustos 4th, 2009 at 18:45
Çox zərif bir şeir alınıb Həsrət Bəy!(səhv etmədim ki?!)
Ərmağanınız böyük məmunuyyətlə qəbul olundu.
bunlar hamısı Sevinc xanımın şeirinin bərəkətindəndir!
*müəllifin nə demək istədiyi bir şey, dediyi isə tmam başqa şeydir.
Hamınıza uğurlar!
HƏSRƏT
Ağustos 5th, 2009 at 10:43
Ər olmağına ƏRƏM! Məmməd kişi, səhv etməmisiniz.
Şeirlərə gəlincə onların yaşı, səhv etmirəmsə, xanımın yaşından çoxdu.
Bu yazışmalara qoşulduğum üçün hamınızdan üzr istəyirəm.
İmzamı ədəbi qəzet və jurnallarda axtara biləsiniz.
hələlik.
hörmətlə; HƏSRƏT
Məmməd Savalan
Ağustos 9th, 2009 at 03:32
əgər siz Hüseyn Həsrət”sinizsə, imzanızdan və şeirlərinizdən xəbərim var :
Ən təmiz, həm də sərin,
Su dağda daşdan çıxır.
bu misraları sizinidmi?!
Hörmətlə, M.Savalan.
HASRET
Eylül 9th, 2009 at 14:59
mən sadəcə HƏSRƏTƏM
HASRET
Eylül 9th, 2009 at 15:05
Həsrət çoxluğudur Həsrət adım da,
Adamın içində üşüyür səsi.
Bir kəpənək ömrü yaşamağım da.
Bir çiçək eşqidi, bir yaz həvəsi.
Hörmətli Məmməd bəy yazdığınız misralar mənim
deyil və mənim adım da Həsrətdir, təxəllüsüm də.
hörmətlə; HƏSRƏT
INTIQAM KAZIMLI
Ekim 3rd, 2009 at 14:12
salam sevinc xanim.ugurlar.
Elmar Şahmar
Aralık 7th, 2009 at 14:12
sevinc xanim.cox twk edirem.menevi zovq aldim
məmməd savalan
Şubat 21st, 2010 at 03:45
vallahi, qardaşım yaman kövrərk sözlər dedin!
“Adım da həstətdir, təxəllüsüm də!”
Bir həsrət duyğusu gəzir sinəmdə,
Ürəyim oddadır, gözlərim nəmdə.
Canım eşq əlindən dartılıb simdə,
“Adım da həstətdir, təxəllüsüm də!”
Allah səni sevgində həsrət qoymasın!