Şou-biznes

İllərdi ki, dillərdə olub car şou-biznes,
Etmiş bu sənət meydanını dar şou-biznes!

Dostlar, bu sənət meydanı gör kimlərə qaldı,
Hər yoldan ötən ulduz olub oynadı, çaldı…
Yazıq peşəkarlar, korifeylər yalan oldu,
Bunlar nə “əmək” çəkdi, əməkdar adı aldı?
İxrac eləyir yoxsa əməkdar şou-biznes?

Bir-birlərinin bəhsinə lütləşdilər, eyvay!
Kim harda kimi tapdısa cütləşdilər, eyvay!
Bundan sora gənc nəslə ümid bağlamayaqmı?
Bir çoxları birdən-birə kütləşdilər, eyvay!
Əlbəttə, səbəbkar və günahkar şou-biznes!
Etmiş kimisin kor, kimisin kar şou-biznes!

Artıq unudub xalq O müqəddəs YARa eşqi,
Cahillər əcəb bağladılar bulvara eşqi!
Həm zahiri, həm batini gözlər qapanıbdı,
Şöhrət mərəzi, gündəm azarı, para eşqi…
Qaytardı çoxun səhnəyə təkrar – şou-biznes!

Söz saxlamışam sinədə – anbarda samanı,
Day neynirəm anbarda saman, getdi zamanı…
At sən’ əti, öz məqsədin üçün para artır,
Söz qədrini artırma ki, yox yaxşı-yamanı –
Öz əhlini eylər özü miqdar şou-biznes!*

Biçarə Əvəz, day bu qədər odlara yanma,
“Hər şey düzələr” söyləsələr sözlə, inanma.
Bir gün səni də qorx ki bular cəlb eləsinlər,
Gördün ki gedən var qabağa – sən də dayanma;
Çünki tələb eylər belə rəftar şou-biznes!..

*”Artıran söz qədrini sidq ilə qədrin artırar,
Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz”
(M.Füzuli)

15 Comments: Trackback URL | Comments RSS

  1. Leyla Mövsümova Says:

    “Hər şey düzələr” söyləsələr sözlə, inanma.

    Nənə demiş “hələ görəcəhli günlərimiz qabaqdadı”

  2. Seyid Ra1000 Says:

    Sağ ol Əvəz, yeri var…

  3. Elnarə Şəms Says:

    At sən’ əti, öz məqsədin üçün para artır,

    Atma Əvəz,atma sən poeziyamıza lazımsan,həm də çox.Uğurlar

  4. Gülşən Cəbi Says:

    Salam!

    Xalq onda hər şeyi unutdu ki, başını YAR söhbətləriylə doldurdu.
    “Yar” söhbətlərindən nə qədər uzaq olsa xalq, bir o qədər sağlam, əməlləri rasional olacaq.

    İnsanları eşitməyə başlayandan “pul elədir, belədir” eşidirəm, amma realda, nəticədə bütün yolların ona, hakimiyyətə hesablandığını görürəm. Mən indi qulaqlarıma inanım, yoxsa gözlərimə? Beynim də reallığın tərəfinə işləyir.
    İnsanların dedikləri demədikləri istəklərinin reallaşması üçün siyasətə hesablanıb.
    Məsələn, mən onda yuxarıdakı şeirdə pul, şöhrət və s.-nın əhəmiyyətli tutulmadığına inanardım ki, “əməkdar” söhbətindəki iddianı görməzdim. Yəni pul, şöhrət və d. bu kimilərə münasibət konkret, birmənalıdır. Ya var, ya da yoxdur. Qismən var, qismən yoxdur halı olmur. İstənilən halda, məsələn, “əməkdar” məsələsi pul, şöhrət və s. söhbətidir. Sadəcə məsələ onun kimdə olmasındadır. Hər kəs özünü, subyektiv yanaşmasını haqlı sayır. Yekunda da pul, şöhrət məsələsidir bu.

    Nə isə. Bəlkə də hərdən insanlara eşitmək istədiklərini demək lazımdır, reallıq onsuz da ancaq öz sözünü deyir, insanların eşitmək istədiklərini yox.

    Hörmətlə.

  5. məmməd savalan Says:

    hörmətli Əvəz Qurbanlı! Sizin “Şou-biznes” şeirinizdə doğrudan da lütləşmiş, cütləşmiş, kütləşmiş “şou_biznes”çilərin portretlərini gördük və biz də sizin tutarlı misralarınızla onları qamçıladıq.
    Qoy bilsinlər ki, bütün millət zövqsüz və kar-kor deyil, hələ ki, az-çox yaxşını-pisi fərqləndirənlər də var və inçallah ki, artarlar da.
    Gülşən Cəbinin (“xanım”, yaxud “bəy” olması ilə işim yoxdur, Asimanda qələmim minaya düşdü) bir ifadəsi ilə çox razıyam və olduğu kimi sitat gətirirəm:
    “Yar” söhbətlərindən nə qədər uzaq olsa xalq, bir o qədər sağlam, əməlləri rasional olacaq.
    Mən bu cümləni qızıl suyu ilə yazdırıb bütün cərrahların kabinetinin üstündən asdırardım! Həm milləty sağlam olardı, həm də əməllər rasional!

  6. Savalan MUGANLI Says:

    istedaddan dogulmush yazilardir! var ol! mugan@box.az

  7. Əvəz Says:

    Bütün şərh yazanlara sayğımı bildirirəm. Çox sag olun.

  8. varis Says:

    chox sagolun Evez muellim.

  9. men Says:

    Sou-biznesi parlaq,ozu de gunu-gunden gozellesen Baki seheri niye bele darixdiricidir?ne catismir ki bu seherde?hee,demeli nese catmir.neyin catmadigini ise gerek yazicilar-sairler tapsinlar.

  10. ElnarA Says:

    Utanar,uzaqlaşar həyatımızdan
    İstərsə azərbaycanlılar – şou-biznes

  11. Behruz Says:

    Bizde sou var ki biznesi de ola..
    Dogurdan da bu sou ehli get-gede kutlesirler eyvah. Yaxsi yazmisiniz Ugurlar

  12. namiq haciheyderli Says:

    ugur olsun Evez bey!

  13. Elmar Vuqarli Says:

    Shou-biznes ele de pis bir shey deyil. O kapitalizmin telebidir. Bu iqtisadi sistem kutlenin zovqu uchun bunu teleb edir. Shopenhauer deyir ki, eger men bir sheyi redd ediremse, demek o var ve menim sinirlerimi tarima chekir. Men hal-hazirda Sankt-Peterburqdan yaziram. Burada bir kimsenin shou biznesse bizdeki kimi pis munasibetini gormuruk. Burada “o senetchidir, shexsi heyati toxunulmazdir! Bize Romadaki kimi Yaxshi musiqi lazimdir!” deyir rus xalqi. Elbette biz ruslar ile muqaisede chox gerideyik. Hem ictimai edalet, hem de milli ozunu derk bizde sifir heddinden qalxmir, qalxanda da biabirchi don geyinir. Henrix Heyne deyirdi ki, biz onsuz da hamimiz paltarimizin altinda lutuk. Kim nece dushunur dushunsun karvan oz bildiyini edecek geriye qalan ise bosh bosh danishib ozumuz ozumuzu alqishlamaqdan bashqa ne ola biler. Evezin “Korpu”de “Barmaqlar” sherini oxumushdum.Tanisham onunla. Men serin umumi ruhi ile razi deyilem. Razi olanlardan da meni bagislamalarini umardim.Ugurlar!

  14. Əli İbrahimov Says:

    Əhsən, qardaşım… Şeiri çox bəyəndim. Özü də əruzda yazmısan. İndi əruzda yazmaq hər oğulun, hər qızın işi deyil. Çünki, bəhrləri bilmirlər. Hal-hazırda bir çoxu bəsit və mücərrəd olan, vəznsiz, ölgü və qafiyəsiz sərbəst çeirə üstünlük verir. Bir daha əhsən…

  15. Elmar Şahmar Says:

    super şeladişinşallah bundan sonra tez-tez men de yazacamşdaha doğrusu gönderecem

Post a Comment

Your email is never published nor shared. You're allow to say what you want...