Arzular

Xatirə VaqifArzularım zəncirlənib
Ömrümün zindanında…
Qədrini bilmək istəmirəm bəxtimə düşən anın da.
Ümidlərim yol gedir
Yıxıla dura.
Sabahlar da sənsiz açılır
Könlümü qıra qıra.
Daha gülə bilmirəm
Gözlərimin içinə.
Sevgimiz vəsiyyət etmişdi mənə
Keçinə-keçinə:
Çalış heç kimi sevmə….

Şeir olmaq istəyirəm

Şeir olmaq istəyirəm…
Sətir –sətir,
Misra –misra oxunmaqçün.
Şeir olmaq istəyirəm,
Qar kimi ağ vərəqlərə gəlib qonaq,
Təkcə sənin əllərinə toxunmaqçün.
Gözlərindən yaddaşına köçmək üçün,
Qəlbindəki arzuları şirin su tək içmək üçün,
Ürəyinə gedən yolu bir gün gəlib keçmək üçün,
Milyonların arasında təkcə səni seçmək üçün,
İstəyirəm olum şeir.
Gör sevgi həsrətli könlüm ,
Şerə dönüb nələr deyir.
Şeir olmaq istəyirəm,
Xəyalların qanadında səni uzağa aparım.
Bircə anlıq olsa belə kədərin əlindən səni,
Var gücüm ilə qoparım.
Sənə bütün dünyamızın sevincini bəxş eləyim.
Gözlərinə silinməyən təbəssümü nəqş eləyim.
Saçlarına sığal çəkən mehə dönüm,
Yanağınçün həsrət çəkən ,
Göz yaşına, şehə dönüm.
Yağışdan rica eləyim yollarına nur çiləsin.
Yağış göydən gələn nurdur,
Qoy sənə uğur diləsin.
Şeir olmaq istəyirəm,
Dodağından ürəyinə damcı –damcı süzülməkçün,
Göz yaşına yoldaş olub yanağına düzülməkçün,
Dərdini öz dərdim bilib bu dərd ilə üzülməkçün,
Sevincimin hamısısnı sənə verib,
Səninlə bir sevinməkçün istəyirəm olum şeir.
Dönüb bir sevən insanın döyünən, vuran qəlbinə,
Çevrilərək bu şeirlə bir “sevirəm” kəlməsinə,
İstəyirəm olum şeir.
Nəğmələrdə yaşamaqçün,
Sənin adını hər sətrin əvvəlində daşımaqçün,
Dönüb parlaq bir ulduza yoluna nur saçmaq üçün,
Qəlbimi ,gözümün nuru, təkcə sənə açmaq üçün,
Dönüb olacağam şeir.
Nə deyirlər qoy desinlər,
Dönüb olacağam şeir.

26 Comments: Trackback URL | Comments RSS

  1. SAVALAN MUGANLI Says:

    BABETDIR.

  2. Pervane Says:

    Xoş şeirlərdir. Səmimi sevgi hissləri duyulur. Sevgi şeirləri digər bütün mövzulu şeirlərdən fərqlənməlidir. Çünki o hisslər incə və bənzərsiz olur. Hər insan da sevgi şeiri yazmağı bacarmır. Yazanlar çoxdur, ancaq hisslərin zərifliyini şeirdə göstərə bilənlər, tam ifadə edənlər azdır. Mən özüm də elə bu cür sevgi şeirləri yazıram, bəlkə də ona görə bəyəndim. Amma hər halda, özümə yaxın nəsə tapdım. Sizə uğurlar arzu edirəm. Davam edin, maraqlıdır.
    Məncə ən əsas sənət yaratmaq deyil, zövq oxşamaqdır.

  3. Rafiq Says:

    gözel seerdir.pak ve ülvü duyğular maliksiniz.

  4. Xatirə Vaqif Says:

    Salam.Hər birinizə təşəkkür edirəm.Diqqətinizə görə sağ olun

  5. Elnarə Şəms Says:

    Mən səni “Şeir olmaq istəyirəm”şeirinlə tanımışam əziz bacım,ona görə də bu şeiri ikiqat çox istiyirəm)))mükəmməldir,gözəldir,uğurlar Xatirə xanım

  6. Mehin Says:

    Şəms doğru deyir, “Şeir olmaq istəyirəm” gözəl bir şeirdi.

    Amma, zəncirlənmiş arzular, yola çıxan boynubükük ümidlər elə tanış, elə doğma gəldi ki mənə…

  7. Aysel N. Says:

    Şeir olmaq istəyirəm…
    Sətir –sətir,
    Misra –misra oxunmaqçün.
    Şeir olmaq istəyirəm,
    Qar kimi ağ vərəqlərə gəlib qonaq,
    Təkcə sənin əllərinə toxunmaqçün.
    Uğurlar ,Xatirə müəllimə.Hər zaman maraqlı və fərqli şeirlərinizi gözləyirik.

  8. Xatirə Vaqif Says:

    Əzizim Elnarə, Mehin və Aysel hər birinizə ayrı ayrılıqda təşəkkürümü bildirirəm.Sağ olun

  9. SAHin Says:

    “Sevgimiz vəsiyyət etmişdi mənə
    Keçinə-keçinə:
    Çalış heç kimi sevmə….”
    Gozel misralardir. Bir hisseni secmeyime baxmayin, seirlerinizin her bir misrasi gozeldir. Esl poeziya, saf misralar… Baxmayaraq ki, axmaq-axmaq seirlere de bu sozleri deyirler, mence, mehz sizin seirler bu sozlere layiqdi. Belke de daha artigina…

  10. Serxan H. Says:

    tekrar bezikdirir.
    tekrar misra,tekrar fikir,hetta tekrar sima.
    Amma herden bunlarin icinde ele tekrarlar olur ki,onlar N.Hikmetin ifadesiyle “tekrarin tekrarsizligi”dir.onlar hemise orijinal,koloritlidir.mence bu seirde de movzu(arzular) islenmis, tekrar olsa da “tekrarsiz” alinib.tebrikler.

  11. Xatirə Vaqif Says:

    Hörmətli Sahin və Sərxan təşəkkür edirəm.Dəyərli vaxtınızı ayırıb şərh yazdığınız üçün sağ olun.

  12. Leyla Mövsümova Says:

    Xatirə xanım şeirləriniz hər zaman qəlbə toxunur. Şeiri yazarkən yaşadığınızı oxucuya yaşada bilirsiniz. Bu şair ücün şox vacibdir. Mən artıq sizin şeirlərinizdə şair sözü görürəm.
    Yeni kitabınız da işıq üzü gördü. Bu münasibətlə də sizi təbrik edirəm. Uğurlarınızın davamını diləyirəm.

  13. Xatirə Vaqif Says:

    Təşəkkür edirəm leyla.Mən də sənə uğurlar arzu edirəm.

  14. baxtiyar elcan Says:

    bu sherlerde bir dene de olsun, fikir yoxdu. bashdan-ayaqa hisslerden ibaretdir. bu cur hissler ise tekce sizin ozunuz ucun maraqli ola biler. digerlerini heyretlendirmek ucun hiss yox, maraqli fikir lazimdir.
    zaman gosterir ki, poeziyanin hisslerde ibaret olmasi onun mehvine yol acib.
    xulase, bizim ciddi, ferqli, samballi, deqiq fikre ve bu fikri formalashdiran edebiyyata ehtiyacimiz var.

  15. A.Uğur Olgar Says:

    Salam, Xatire xanım. Hususile “Şeir Olmaq İsteyirem” adlı şeiriniz çox gözeldi. Editörlüyünü yapdıyım Andız Jurnalı’nın 13. sayısında da çap olunan bu şeir günümüz Azerbaycan şeirinin gözel ve geleceye ümid ile baxmamıza yol açan şeirlerinden biridi. Bu terz şeirlerin devamını gözleyirem. Uğurlar arzulayıram.

    A.Uğur Olgar

  16. lale Says:

    Gozel seirlerdir. Son gunler Bizimki-de oxuduqum en gozel sheirlerdir/ Xususile Arzular/

  17. Xatirə Vaqif Says:

    Sağ ol Lalə.Şeri gözəlləşdirən sənin qəlbinin gözəlliyidir.Təşəkkür edirəm

  18. SAVALAN MUGANLI Says:

    sohbet sherden gedir. tessuf ki shere aidiyyati olmayanlar da sher haqqinda danishmaga cesaret edir. Bu, mesuliyyetsizlikden dogur. muellif chalishmalarini davam etdirerse isteyine nail olacaq.Size ugurlar arzu edirem Xatire xanim!

  19. Şəbnəm Says:

    Xatirə xanım, hər kəlməsində, hər misrasında, hər cümləsində bir məna daşıyan şerlərinizi həvəslə, maraqla oxuyuram. Alqışlayıram sizi. Hər zaman var olun, sağ olun, yazın!

    Hər iki şerinizi bəyəndim. Bilirsinizmi, “şeir olmaq istəyirəm” şeri mənə bir qəzəlin bir beytini (tərcüməsini) xatırlatdı. Ola bilsin ki şairin adını səhv deyərəm, təmiz xatırlamadığımdan dolayı üzürlü hesab edin. Səhv etmirəmsə Asəf Lənbərani adlı bir şairin qəzəlində belə deyilir:
    Mən öz qəzəlimin içində gizlənmişdim ki,
    sən oxuduqca dodaqlarından öpüm.

    Bəlkə də bunu burda deməyimin heç yeri yox idi. Amma, bu beyti o qədər çox xoşlamışdım ki, sizin şerinizi oxuyub xatırladığıma sevindim. Xatırlatdınız mənə. Və inanın ki sizin də bu şerin bəzi hissələri məhz həmən o beyt kimi əzbərimdə qalacaq. Məsələn biri elə bu hissəsi:

    Şeir olmaq istəyirəm…
    Sətir –sətir,
    Misra –misra oxunmaqçün.
    Şeir olmaq istəyirəm,
    Qar kimi ağ vərəqlərə gəlib qonaq,
    Təkcə sənin əllərinə toxunmaqçün.

  20. Xatirə Vaqif Says:

    Salam Şəbnəm. Haralardasan.niyə görünmürsən.Səsini şərhini fikirlərini duyğularını çox özledim ama.Əgər maraqlıdırsa Seliqesizheyat.azersayt.com saytıma girib şerlərimi orda oxuya bilərsən.Səs verməyi də unutma Şəbnəm.Yolunu gözləyirəm. sağ ol

  21. Şəbnəm Says:

    Hə düz neçə vaxtdır bu məkanlardan bir az uzağam. Özümü doğrultmağa da sözüm yoxdur, başqa işlərlə başım qarışıqidi sadəcə.

    Ünvan üçün çox sağ ol, əlbəttə maraqlıdır. Mütləq ziyarət edəcəm.

  22. Elmar Vuqarli Says:

    Ne olursuz olun, amma saire olmayin. Yaxshidi. Chatismazliq da var. Ne ise uzun uzadi sherhden se, qisa deyirem.
    Sherinizde muasirlik yoxdur, yenilik yoxdur.sadece Axtarin!Poeziya sizden uzaqda deyil.

  23. Tural Says:

    “Təkcə sənin əllərinə toxunmaqçün”,
    “Milyonların arasında təkcə səni seçmək üçün,”,
    “Qəlbimi ,gözümün nuru, təkcə sənə açmaq üçün,”

    Əgər təkcə onun üçün olacaqsa hər şey, o zaman biz oxucular nə üçün bu manyak duyğuları paylaşmalıyıq?

  24. Gökmen Yılmaz Erdem Says:

    Arzularım zəncirlənib
    Ömrümün zindanında…
    Qədrini bilmək istəmirəm bəxtimə düşən anın da.
    Ümidlərim yol gedir
    Yıxıla dura.

    ***

    Bu arzular öyle bir an gelir, onsuz hiçbirşeyden zevk almaz olur, kendinde bilen bu aşklar beklenmeli, her ne kadar sayıları sayılır olduysa da…

    Sevgili Hatıra, kalemin daim olsun, anlam dolu şiirin bana nefes aldırdı, eserlerinle çok yaşa şaire : )

    Sevgilerimle

  25. Mirfərid Says:

    maraqlı şeirlərdi xanım bəyəndim.axırıncı lap “Oğru olmaq istəyirəm”kimi olub əladı

  26. Babek Says:

    Maraq dogurur. Shexsen menim xoshuma gelir. Sukani bele saxla !!! :) )

Post a Comment

Your email is never published nor shared. You're allow to say what you want...