Dəyirmançı

İmarətAdımı dəyirmançı qoydun,
Üstümdəki unumdanmı,
Sən məni beləmi tanıyırsan
əynimdəki libasımdan,
donumdanmı?

Nahaq naşı bilirsən
bu dəyirmançını, əzizim,
Sənin ilk dəfə getdiyin hər yolda
neçə dəfə o tərəfədir,
neçə dəfə də bu tərəfə
mənim köhnəlmiş izim…

Hələ ki

Hələ dözürəm…
hələ ki qəzəbim kəsik-kəsik,
hələ ki dəli qəzəbin cilovunu dartmaqdan
səbrimin əlləri qabar-qabar,
səbrimin əlləri didik-didik.
Kükrəyən qəzəbimin
qan damır cəhənglərindən,
dördnala çapmaq istərkən
qopa bilmir yerindən,
çeynəyir yüyəni,
tapdalamaq, əzmək istəyir,
nəfəsini kəsmək istəyir
aydan arı, sudan duru
ürəklərə dəyənin.
Ürəyimdə ayaq döyür qəzəbim,
ürəyimdə qanlı yaralar açır,
Uzaq durun ürəyimdən
zərbələrdən ürəyim qançır-qançır,
zərbələrdən ürəyim qazıq-qazıq,
Səbrim basa bilməsə səbrini,
qəzəbimin dırnaqları altında qalana yazıq…

Yuxu oğrusu

Kimsə hər gecə
oğurlayıb aparır yuxumu xəlvətcə.
Gizlədirəm yastığımın altında,
yenə tapır,
Döşəyimin lap alt qatında,
yenə tapır.
Gözlərimin içində olur yuxum
səhərdən gün batanacan,
Kirpiyimin ucunda olur
gecə gəlib yatanacan.
Elə ki yatmaq istəyirəm,
yuxum çıxır yoxa,
Qalıram yuxusuz gözlərimlə baxa-baxa.
O,nədirsə,yuxumu hər gecə qaçırır,
Heç xəbərim də olmur ki, necə qaçırır.
Bir də qaytarıb gətirir səhərə yaxın,
Sərsəri yatıb oyanıram yorğun-arğın.
Yuxuma haram qatır bu oğru hər gecə,
Yuxumu aparıb mənim yuxumla
özümü yatır bu oğru hər gecə?
Axı mən də istəyirəm yatım doyunca,
Dan yeri ağaranda yox,
elə baş yastığa qoyunca.

Ayrı çarə yoxdur,doğrusu,
İş ki belə olub,
deyəsən, mən də olacağam
yuxu oğrusu!

14 Comments: Trackback URL | Comments RSS

  1. gariban Says:

    bu sen idin?
    birinci seir maragli alinib.
    ugurlar

  2. imarət Says:

    Salam,Qəriban.Hərçənd sizi tanımıram,amma sağ olun ki,diqqət göstərdiniz.

  3. SAVALAN MUGANLI Says:

    FIKIR VAR, XANIM, ANCAQ, POEZIYA YOXDUR. UGURLAR!

  4. İmarət Says:

    Salam. Fikir çox adamda olur, POETİK FİKİR yoxdursa, təəssüflənirəm.Təşəkkür edirəm.

  5. quzanli Says:

    “uzaq durun ureyimden
    ureyimden qanli yaralar acir”yazmisiniz.bele halda yaxin gelin ureyime demek yaxsi olmazdi?

  6. İmarət Says:

    Salam.Yazını diqqətlə oxuyun,sonra “uzağ”ı “yaxın”la əvəzləyib bir daha oxuyun: yaxşı olar, ya olmaz–özünüz baxın.

  7. A.Uğur Olgar Says:

    Salam İmaret xanım. Şeirlerinizi beyendim, uğurlar arzulayıram.

    A.Uğur Olgar

  8. İmarət Says:

    Her vaxtınız xeyir,Uğur bəy. Çox xoşdur. Təşəkkür edirəm.

  9. əfqan Says:

    Salam İmarət xanım. Şeirlərinizi oxudum. Sözün düzü son üç ay ərzində oxuduğum ən yaxşı şeirlər sırasındadır. Şeirlərinizdə yeni fikirlər var. Sizə yeni yaradıcılıq uğurları arzulayıram.

  10. imarət Says:

    Əfqan adli oxucuya: Xoş sözləinizə görə minnətdaram,çox sağ olun! Bağişlayın ki, təşəkkür etməyə bir qədər gecikdim, düşünmürdüm ki, bunca vaxtdan sonra yenə də kimsə fikrini yaza bilər.
    Bəlkə də, hər bir şərh müəllifinə cavab yazmağim təəccüblü görünür, ancaq mən diqqətsizlik edə bilmirəm.

  11. İmarət Says:

    Əfqan adlı oxucuya: Xoş sözlərinizə görə minnətdaram, çox sağ olun.Bağışlayın ki, təşəkkür etmək üçün bir qədər gecikdim, düşünmürdüm ki, bunca vaxtdan sonra yenə kimsə şərh yaza bilər.
    (Bəlkə də, hər bir şərh müəllifinə cavab yazmağim qəribə görünür, amma mən özümü borclu bilirəm buna.)

  12. Pərvin Hüseynli Says:

    Şair his edib yazanda şeir olur,his etməyib yazanda sıradan cümlələr.Gözəl sıradan cümlələrdir.

  13. Elbrus Says:

    salam.yuxu ogrusu sheiri maraqlidir.ama size bir soz deyim,men de gece yuxusuzlugundan eziyyet chekirem.bu movzunu ishlemek idteyirdim amma deyesen gecikmishem.ne edek siz menden celd terpenmisiniz.:)) ugurlar.genc shairlerimizin her birine ugurlar arzulayiram

  14. dəyirman Says:

    cünki oldun dəyirmançı,çağır gəlsin dən Koroğlu.

Post a Comment

Your email is never published nor shared. You're allow to say what you want...