Günəş-
üzündən qopmuş bir parça…
Mən səni unutsam,
məni unutma!
Sən- mənim sevdiyimin,
Mən- sənin gordüyünün
yarısı…
Kiminsə gözünün,
Kiminsə ürəyinin qarası…
Əvvəlcə səs yoxa çıxdı,
sonra kəlmələr.
Nə təbəssümün qaldı üzümdə,
nə gözündəki kədər.
Hər gün bir az da çox gəncləşir zaman.
Gülümsədi
masmavi asiman
hardansa uzaqlardan:
- Mən səni unutsam,
məni unutma!…
Mən səndən dönmərəm dünya qopunca.
Dünyanın nurudur üzündən parça…
***
… nə mən o mənəm,
nə sən o sən…
bilmirəm oldu nə vaxt,
oldu necə.
indi həm sənə,
həm özümə yad biriyəm.
bax beləcə.
gülümsəmirəm,
mimika dəyişir sakitcə.
danışmıram,
sözlər çıxır boğazdan incə.
nə ürək var, nə ruh qalıb.
baxışların əhatəsi
bir portmanat çevrəsitək
genişlikdə daralıb.
nə sən qalıb,
nə də mən.
oldu necə,
oldu nə vaxt- bilmirəm.
dinmirsən.
unudulmuş özüm kimi
unudulmuş birisən…

Yüklənir...
14 Comments: Trackback URL | Comments RSS
Mart 30th, 2009 at 10:55
Uzun suren sukutu pozan qisa ciglig. Seirinizi sonuncu defe ne zaman oxudugumu xatirlamiram, yeni cox oldu. Ve indi oxudugum seiriniz zovqumu canlandirdi, yeniledi. Tesekkurler ve ugurlar.
Nisan 6th, 2009 at 15:44
Uzun müddətdən sonra saytın sükutunu qırdığınıza görə Gülşən xanım sizi alqışlayıram. Sizin bir bəndlik qısa yığcam şeirləriniz məndə xoş təəssüratlar yaratmışdı. Və saytlarda rast gəldiyim ədəbiyyat haqqında fikirləriniz də nəzəri cəhətdən hazırlıqlı olduğunuzu göstərirdi. Amma, ədəbi yaradıcılığın belə bir xüsusiyyəti də var ki, o yüksələn düz xətt üzrə deyil, sinisoid kimi, spiralvari şəkildə olur, xüsusən gənclikdə. Bu mənada mən sizin bu şeirlərinizi tənqid etmək istəməzdim, onsuz da kövrək olan qız qəlbi şeirə can atırsa o daha zərifdir və incitməkdən ehtiyat edirəm.
“əvvəlcə səs yoxa çıxdı, sonra kəlmələr” poetik ifadədir, heyif ki davamını tapmayıb. Xatırladıram ki, hətta ən ağllı sözlər də hələ şeir deyil, hətta Eynşteyn kimi kişilərin də yazdıqları şeir deyil. Şeirin elə cazibədarlığı da burdadır, adi adamlar da yazacaq qədər sadədir, həm də dahilərin də yaza bilməyəcəyi qədər mürəkkəbdir. Sizin şübhəsiz ki, şair duyumunuz, hiss qaynağınız var, amma poetik ustalıq üzərində çalışmalısınız. lap şablon bir məsləhət oldu. Bir az xırdalasaq, sirkdə odlu məşəlləri beş-altısını birdən oynadan aktyorlar kimi, şair də sözləri eləcə adi adamların bcarmayacağı şəkildə oynatmalıdır. Bazrdan kartof alanda da təcrübəsiz olsan çürük-mürükləri sırıyacaqlar, o ki qalmış söz ola.
Sziə uğuralr Gülşən xanım. Ürəkli yazın, misraların üstündən xətt çəkməyə də ürəkli olun. Nə qədər ki, şeirə qonorar verən yoxdur bu fürsəti əldən buraxmayın!
Nisan 8th, 2009 at 13:53
“Hər gün bir az da çox gəncləşir zaman.”
Xosuma geldi.Ugurlar size.
http://www.sadiqova.azeriblog.com
Nisan 8th, 2009 at 17:50
Bu gozel saytin sukutunun pozulmasi munasibetile butun edebiyyat severleri tebrik edirem.
Mayıs 12th, 2009 at 22:54
gozel serlerdir ehsen
Mayıs 19th, 2009 at 22:32
bunca duyğularımızın canlanışına gözəlca nədən oldusa,qutlayıram bu qədər duyğusallıqla yazılmış lirikanı.yazar əlləri var olsun!daha böyük başarılar və uğurlar diləyirəm.
sevgilərimlə.
Temmuz 24th, 2009 at 13:59
“Bizimkilər” niyə bu qədər yadlaşıb
hardasan ay ev yiyəsi?
Ağustos 26th, 2009 at 16:44
Cabay haralardasan. bunu oxusan mene yaz n-85@inbox.az
Eylül 12th, 2009 at 14:15
BUYURUN GÖZƏL DÜŞMƏNLƏRİM(NADİR ƏZHƏRİ-ŞE’R TOPLUSU PDF KİTAB)
http://www.sozunsozu.com/spaw2/uploads/images/BUYURN%20G_Z_L%20DU_M_NL_R_M-%20NAD_R%20_ZH_R.pdf
SAĞOLUN
Eylül 22nd, 2009 at 03:49
SALAMLAR SAYQILAR
ANCAQ BİR SAĞOLUN DEMƏYİ ÖZÜMƏ BORC BİLDİM.
ƏLLƏRİNİZƏ SAĞLIQ.
ÖPÜRƏM SİZİ.
Kasım 3rd, 2009 at 21:20
bezen yazilan seirlere iradlar tutulur, bu misra yerine bu cure yazilmalidi ve s. deyiller, duzdu meslehet ve tenqid vacibdi ve edebi inkisafin esas sertidi.
ancaq bir mesele de var. sexsen ozum cizmaqara edende onceden fikirlessem hec ne yaza bilmirem ve az cox derecede yazdiqlarim ancaq qelbin doldugu, beynin qaynadigi anda yaranir ve sonra oz seflerimi ozum de bilsem bele hec zaman deyismirem, nece var ele qalir. ve sairin seiri deymeklerinden daha cox qelbin sesi deseler mence yeterlidir
tenqidi fikirler soyleyen zamanda da bu amil de nezere alinmalidi, ugurlar el qizimiza
Kasım 6th, 2009 at 00:55
salam oxudum şeirlərinizi maraqlı idi.yenilik gördüm şeirlərinzdə
Aralık 7th, 2009 at 00:15
normal idi
Ocak 3rd, 2010 at 18:35
superrrrrrrrr elllerinize sagliq davamin gozleyecemm bele seirlerinn sag olun birdaha elleriz var olsun….