2010-cu ilin ilk günlərində – yanvarın 11-i Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda 2009-cu ilin ədəbi yekunlarına həsr olunmuş mükafatlandırma mərasimi keçirilib. “Bizim Söz” qəzetinin təşəbbüsü, təşkilatçılığı və Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə baş tutan mərasimdə ədəbiyyat sahəsində göstərdikləri xidmətlərə görə qələm sahibləri, ictimai-siyasi xadimlər, təşkilatlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.
Tədbiri giriş sözü ilə AYB-nin gənclər üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açaraq, “Bizim söz” qəzetinin bu təşəbbüsünü alqışlayıb. “Bu gün mən bu mükafat alanlar sırasında Azərbaycanın çox qiymətli adamlarını görürəm və hesab edirəm ki, burada çox obyektiv nəticələr var” – deyə Rəşad Məcid bildirib. Son vaxtlarda AYB-də belə izdihamlı tədbirilərin az olduğunu etiraf edən AYB katibi, ümid etdiyini bildirib ki, “Bizim söz”ün təşkil etdiyi ilin yekunları ilə bağlı mükafatlandırma mərasimi bundan sonra bir ənənə şəklini alacaq.
Tədbirin təşkilatçısı, “Bizim söz” qəzetinin baş redaktoru Ələmdar Cabbarlı qəzetin yaranması və fəaliyyətindən, ilin yekunları ilə bağlı mükafatlandırmanın zərurətindən danışıb. Sonra Ə.Cabbarlı 2009-cu ilin ədəbi yekunlarına görə qaliblərə diplomları təqdim etib. Müxtəlif nominasiayalar üzrə qaliblər isə belədir:
“İlin gənc şairi” – Əvəz Qurbanlı,
“İlin gənc nasiri” – Zərdüşt Şəfizadə,
“İlin tənqidçisi” – Əsəd Cahangir,
“Qarabağ mövzusunda yazılmış nəsr əsəri” – Aqil Abbasın “Dolu” romanı,
“Qarabağ mövzusunda yazılmış poema” – Ədalət Əsgəroğlunun “Dərdimizin qan rəngi”,
İlin ədəbi saytı” – www.kultaz.com,
“Ədəbiyyata qayğı göstərən millət vəkili ” – Qənirə Paşayeva,
“İlin bədii kitabı” – Qənbər Şəmşiroğlunun “Tale oxşarlığı” kitabı,
“İlin televiziya filmi” – Ənvər Seyidov,
“İlin ədəbi qəzeti” – “525-ci qəzet”,
“İlin nəşriyyatı” – Azərnəşr,
“İlin telelayihəsi” – ANS TV-nin “Qulp” proqramı,
“İlin tərcümə əsəri” – Adil Cəmilin “Manas” dastanının tərcüməsi,
“İlin kitab təbliğatçısı” – “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli,
“İlin elmi kitabı” – Vüsalə Musalının “Osmanlı təzkirələrində Azərbaycan şairləri”,
“İlin ədəbi qurumu” – Dünya Gənc Türk Yazarlar Birliyi,
“Gənc yazarların dostu” – Vaqif Bəhmənli,
“İlin ədəbiyyatşünas alimi” – Şəhla Tahirqızı,
“AYB-nin ən fəal bölməsi” – Muğan bölməsi,
“İlin ədəbi məclisi” – “Qurbani” məclisi,
“İlin naşiri” – Elçin İsgəndərzadə,
“İlin ədəbi dərnəyi” – “Metafora” dərnəyi.


Yüklənir...
One Comment Trackback URL | Comments RSS
Ocak 18th, 2010 at 21:03
çox gözəl oldu təbrik edirəm bütün mükafatçıları