Zəlimxan Yaqub “Sürgün”də

Şairin yeni kitabı nəşr olunub 

Xalq şairi və Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun “Sürgün” adlı yeni kitabı nəşr olunub. Şairin 60 illik yubileyinə həsr olunan kitaba onun 2009-ci ildə Özbəkistan, Qırğızıstan, Qazaxıstan səfəri zamanı bu ölkələrdə yaşayan Azərbaycan və türk diasporunun üzvləri ilə keçirdiyi görüşlər, həmçinin “Sürgün” poeması daxil edilib. Bu barədə “OLAYLAR”a Z.Yaqubun özü məlumat verib. Məlumata görə, kitabda şairin Dünya Axıska Türkləri Birliyi və Qazaxıstandakı “Axıska” Milli Mərkəzinin rəhbəri Ziyəddin İsmixanoğlu ilə söhbətləri əksini tapıb.

One Comment Trackback URL | Comments RSS

  1. habil yaşar Says:

    Bu ədəbiyyatımızın növbəti uğurudur Təbriklər Zəlimxan müəllim

Post a Comment

Your email is never published nor shared. You're allow to say what you want...