Milli Kitab Mükafatının Ekspertlər Şurası müsabiqəyə təqdim olunmuş 265 əsərdən 20-ni seçib. “Bizimki”nin verdiyi xəbərə görə, bu əsərlərin adları yanvarın 26-da Milli Kitabxanada keçirilən mətbuat konfransında açıqlanıb.
“Uzun siyahı”- 20-liyə düşən əsər və müəlliflərin adlarını təqdim edirik (sıralanma şərtidir).
Xatırladaq ki, Ekspertlər şurası növbəti mərhələ üçün 10 ən yaxşı əsəri məhz bu 20-likdən müəyyənləşdirəcək. Onluğa düşən laureatların əsərləri kitab şəklində çap olunaraq kitabxanalara və ali məktəblərə pulsuz paylanacaq. Bu əsərlər münsiflər heyətinə təqdim ediləcək. Fevral-mart aylarında onlar 10 ən yaxşı əsərdən 3-nü müəyyənləşdirəcək və mayın 1-də keçiriləcək təqdimetmə mərasimində həmin qaliblərin adları açıqlanacaq.
Birinci yerin qalibi 3000 manat, ikinci yerin qalibi 2000 manat, üçüncü yerin qalibi isə 1000 manat qazanacaq. Bundan əlavə, bir gənc yazıçıya Gənclər və İdman Nazirliyindən 1000 manat məbləğində mükafat veriləcək.
Azərbaycan dilində:
Məqsəd Nur, hekayələr
Fəxri Uğurlu, hekayələr
Şərif Ağayar, “Kərpic kəsəın kişinin dastanı”- hekayə
İlqar Fəhmi, “Bakı haqqında kollaj”- roman
Rafiq Tağı, hekayələr
Taleh Şahsuvarlı, “Canlanma”- roman
Əjdər Ol, Portret hekayələr
Əlabbas Bağırov, “Qiyamçı”- roman
Eyvaz Əlləzoğlu, “Odunçu geri qayıdır”- roman
Nəriman Əbdürrəhmanlı, “Yalqız”
Yusif Şükürlü, “Çapa”- hekayə
Seyran Səxavət, “Yəhudi Əlifbası”- roman
Mövlud Süleymanlı, “Erməni adındakı hərflər” roman
Kamran Nəzirli, hekayələr
Həmid Herisçi, “Əli. Nino”, roman
Elxan Qaraqan, “A”- roman
Rus dilində:
Samit Əliyev: “Sem şaqov v napravlenii zakata” (povest)
Rəna Yüzbaşı: “Tselaya veçnost v adu” (povest)
Azər Kamal: “Duel po Freydu” (novellalar toplusu)
Rəhim Hüseynov: “Klüç doma tvoyeqo” (povest)

Yüklənir...
One Comment Trackback URL | Comments RSS
Ocak 27th, 2010 at 17:32
Təəssuf ki, Nigar xanımın zehmetine ləkə saldılar. 265 əsəri “kakoy-to” Ekspertlər Şurası” 26 gündə necə oxudu və necə seçdi? Seçmədi, Nigar xanım, sadəcə məşhurluğu və korporativ maraqları meyar götürüb ayırdı. Hansı meyarla ayırdığı bizə məlumdur. Burası Azərbaycan!Təəssüf! Bu barədə geniş söhbəti yaxın günlərdə OLAYLAR qəzetində oxuya bilərsiniz.