Yazar arxivi

Rayona çatınca yol boyu sərnişinlərin telefon oxutmasından nə qədər pəjmürdə olsa da jurnalisti AzTV-1-dəki səhər verilişindəki gördüyü bir tanışı demək olar ki şoka saldı.
Bu tanış onu tulasufat etmiş,az qala dalına dubinka pərçimləmiş,ölüncə döymüş və döyə- döyə də üstünə işəmiş eşşəkqafalı,manqurt birisi idi.
“Dayan,dayan bu ki Azərbaycan bayrağını yüksəltməkdən zaddan danışır.Aha elə o zaman duymuşdum ki hərif idmançıdı.Biz ondan ötrü özünün dediyi kimi “canlı qruşa” idik.Qoy görüm,bu ki gedib Andorrada karate üzrə dünya çempionu olub.Ay sənin hər bir şeyini…”
Davamı »

Təcnislər

9 Mar 2008

Bəxtiyar HidayətYara tək Qarabağ yarası deyil,
Çəkir ondan betər işgəncə Gəncə.
Nə bir iş tapılar, nə bir boş vədə,
Tapılar min cürə işgəncə gəncə.

Yüz geyin qızılnan bürünc əyinə,
Yurdun qannan başqa bürüncəyi nə?
Babalar bürünsün bürüncəyinə,
Qalıb yerdə qalan iş gəncə, gəncə.
Davamı »

Təcnislər

22 Okt 2007

Bəxtiyar HidayətÖlkə çilikləndi, çiçəklənmədi
Açıldı bənizlər ha sarı-sarı
Güllə mənnən keşdi, hasarı deşdi
Hasardan qan gedir, hasarı sarı

Demə daş-qaş tale, üzük ömürdü
Ömrün sökük ömür, üzük ömürdü
Yenə bu ölkənin üzü kömürdü
Yüz osun yol boyu hasarı sarı
Davamı »

Smslər

15 Sen 2007

Bəxtiyar Hidayət1. Qollarımız bir-birinə qandallanıb
Axır ki birləşdik, qardaşım.

2. Ən gözəl qanunlar türmə qanunlarıdı
-hayıf ki, çıxa bilmir qırağa
Qazax bir türmədi, şeirlərim türmə qanunları
Nə deyim şeirlərimə, nə deyim Qazaxa.

3. Xoşbəxtsiniz, qarğalar,
- şəhərin ortasında azad şəkildə toplaşıb
- qarillaşa bilirsiniz
Bədbəxtsiniz, qarğalar
300 il bu xarabada yaşamalısınız
Davamı »

Domino

7 Avq 2007

Bəxtiyar Hidayət…Eh yazıq kişilər, bu gedişnən hara gedirsiniz
Arvadı yüz gündə bir dəfə bazara göndərəmmirsiniz
Boşluqdan domino oynayırsınız
Bir gündə yüz dəfə bazara gedirsiniz

Düşməni üzdən tanımırsınız
Domino daşlarını tərs üzündən tanıyırsınız
Sizi bu günə salanı yox
“naparnik”inizi qınayırsınız
Davamı »

Binokl

7 İyl 2007

Bəxtiyar Hidayətİlim-ilim, iqlim-iqlim
-itib getmək istəyirəm Vətəndən
Doymasam da çöllərindən, düzündən
-ilan kükürddən qaçan kimi
-qaçmaq istəyirəm adamlarının gözündən
Hər şeyin öz yeri var qardaş
-burda heç nə yerində deyil,
Burda mənim kimiləri yaşamaq zorunda deyil

Davamı »

Sayt haqqında

Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!

Təqvim

İyul 2009
B.e. Ç.a. Çər C.a Cüm Şən Baz
« Mar    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Xəbər Paneli

    21 Fevral 2009
    www.cafarcabbarli.org

    Cəfər Cabbarlının 110 illiyi münasibətilə, Gülşən Cəbinin “Soyulmuş ağac dərisi” layihəsi çərçivəsində hazırlanmış saytda dramaturqun əsərlərindən, musiqisindən istifadə olunmuşdur.

    8 İyul 2008
    Qəm olası deyiləm

    Sevinc Şəhrazqızının CBS mətbəəsində çap olunan 120 səhifəlik şeirlər kitabı belə adlanır. “Qəm olası deyiləm” Sevinc Şəhrazqızının ilk kitabıdır. Müəllifin bundan əvvəl də toplularda, qəzet və elektron dərgilərdə şeirləri dərc olunmuşdur.   Oxuculara təqdim olunan bu kitabda Sevinc Şəhrazqızının istək və arzuları, bütün insani duyğuların ən alisi olan məhəbbət mövzusu və Davamı...

    23 İyun 2008
    PENGUAM ədəbiyyatımıza xidmət edən qurum olacaq

    Hər şey ondan başladı ki… Hər şey ondan başladı ki, Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondu adlı qurum Kiyev şəhərində qeydiyyatdan keçdi. Daha doğrusu, Ukraynada yaşayan həmvətənimiz, tanınmış iş adamı, “Polisya” şirkətinin sahibi İlqar Abbasov qardaşı Azər Abbasovla birgə fondu qurdular. Onsuzda o vaxta qədər Abbasov qardaşları sosial yönlü onlarla layihə həyata keçirirdilər. Davamı...

    10 İyun 2008
    İllər sonra yerini tapan ədalət

    Azərbaycan Sovet ədəbiyyatının önəmli isimlərindən biri İsmayıl Qarayevin “O və anam” mikroromanı Almaniyada dərc olunan Havuz.de ədəbiyyat e-dərgisində nəşr olunmuşdur. Xatırladaq ki, əsərin tərcüməsi Oqtay Hacımusaliya aiddir. Oqtay Hacımusalının dediyinə görə gələcəkdə digər dövlətlərin e-dərgilərində bu cür qarşılıqlı ədəbi əlaqələr davam etdiriləcəkdir.

    30 May 2008
    “Nəsimi” müsabiqəsinin qalibləri açıqlandı

    2 fevral 2008-ci il tarixindən start götürən “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin qaliblərinini bu gün təltifetmə mərasimi keçirilib. Kultaz.com və Lit.az portallarının birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə adları bu günə qədər gizli saxlanılan 5 nəfər peşəkar münsif tərəfindən 10 ballıq sitem üzrə qiymətləndirilən 10 yazar finala adlayıb. Bu gün BMM-də keçirilən təltifetmə mərasimində finalçılar Davamı...

    19 May 2008
    “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsində finalçıların adları məlum oldu

    Beləliklə, 2 fevral 2008-ci il tarixdə başlamış “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsində finalçıların adları məlum olub. Finala münsfilərdən ən yüksək bal almış yazarlar çıxa biliblər. Münsiflər yazarların yaradıcılğını 10 ballıq sistem üzrə qiymətləndirərək bir neçə nəfəri müsabiqənin ön sıralarına çıxarıb. Onlardan yalnız 6-sı müsabiqənin iki nominasiyası üzrə qalib hesab olunacaq. “Şeir”nominasiyasında ən Davamı...

    1 May 2008
    AYB-nın yeni saytı hazırdır

    İnternet məkanında Azərbaycan ədəbiyyatı ilə maraqlananlar bilirlər ki, Azərbaycan Yazıçılar Birliyinin saytı www.ayb.az ünvanında yerləşirdi. Daha sonra müəyyən müddətlik saytın fəaliyyəti dayanmışdı. Artıq birliyin yeni saytı fevralın 25-dən fəaliyyətdədir. Saytın yeni ünvanı isə www.azyb.net olaraq dəyişdirilib.

    25 Aprel 2008
    Yeni ədəbiyyat əlavəsi nəşrə başlayır

    Çapını yenidən bərpa edən «Milli Yol» qəzetinin hər cümə axşamı buraxılışında ədəbiyyat əlavəsi çap olunacaq. «Qəzet içində qəzet» kimi çap  ediləcək əlavəni yazar Elnur Astanbəyli hazırlayacaq. Əlavənin bu cümə axşamı sayında gənc yazar xanım Günel Mövludla müsahibə, AYB-çiləri ironik sancmalar, ən son ədəbiyyat xəbərləri  ilə yanaşı Yazıçılar Birliyi daxilindəki son qarşıdurmalar Davamı...

    7 Aprel 2008
    “Yazar” qəzetinin növbəti sayı satışda

    “Yazar” qəzetinin növbəti- 4-cü sayı işıq üzü görüb. Qəzetdə Elxan Zal Qaraxanlı, Qəışəm Nəcəfzadənin, Mübariz Xanağalının, Fəehad Amurun şeirləri, Kənan Hacının hekayəsi, Zahir Əzəmətin müsahibəsi, İlqar Fəhminin tərcüməsində Dmitri Zatonskinin “Postmodernizm tarixi interyerdə” tərcüməsi, Aydın Xanın “Milli yaradıcı intellektuallığın Anar Zirvəsi”, Oqtay Hacımusalının, Seyid Raminin köşləri və başqa materiallar yer alıb. Davamı...

    5 Aprel 2008
    “Pərvanə” ədəbi məclisi yenidən fəaliyyətə başladı

    “Pərvanə” ədəbi məclisi 1919-cu ildə Cəfər Cabbarlının təşəbbüsü ilə M.Ə.Sabir adına Mərkəzi Şəhər kitabxanasında yaradılıb. İlk sədri də C. Cabbarlı  olub. Bu məclisə o vaxtlar M. S. Ordubadi , H. Cavid və başqa görkəmli sənətkarlar gəlirdi. Daha sonralar  S. Vurğun, R. Rza, M. Müşfiq, Ə Cavad  və başqa gənc ədiblər bu Davamı...

Abunəlik

Əziz "Bizimki"lər, buraya e-mailinizi abunə edərək, "Bizimki" də olan yeniliklərdən, yeni əsərlərdən məlumat əldə edə bilərsiniz! Buyurun, tələsin!

Sorğu

    Yeni dizaynımızı bəyəndiniz mi?
    Nəticələrə bax

Sponsor

Yuxarı