Bu yollar qəsdimə durublar nədir,
Elə addımbaşı yıxırlar məni.
Yollarda tələlər qurublar nədir,
Canımın içini sıxırlar mənim.
Yol var ki,küçənin başından keçir,
Məzar daşı kimi cansız,soyuqdur.
Yol var ki,gözümün yaşından keçir,
Elə qəlbim kimi oyuq,oyuqdur.
Pəncərəmə yağış qonaq gəldi bu gecə.
Döydü, açmadım.
Bir də döydü, döydü, döydü…
Mən isə baxırdım. Nə açırdım pəncərəni, nə də ki, önündən uzaqlaşırdım. Elə bil ki, kimdənsə qaçmışdı,gizlənmək istəyirdi.Tez-tez dönüb ətrafa göz gəzdirir və təkrar-təkrar pəncərəmi döyürdü. Mənə elə gəlirdi ki, o deyir: – Aç, nə olar, imdad elə, məni qovurlar, aç, [...]
Bir qapısı var bu evin,
Açılanda “zingildəyir”.
Dörd divarı dar bu evin,
Yeriyəndə dingildəyir.
Tavanla döşəmə deşik,
Divarları kağız yeşik.
Bir üzü ev, biri eşik,
Külək əsir, inildəyir.
Hər kəsin əlinə bir fürsət düşüb
söz demək fürsəti
Hamı danışır.
Məsləhət verən var,
ağıl verən var.
Misallar gətirib nağıl deyən var.
Sözdən ilham alıb qanad açan var,
“üsyan et” söyləyib, vaxt yetişəndə
sözündən gizlənib qaçan adam var.