Bizimki - Ədəbiyyat Portalı » Elnarə Şəms

Yollar
Bu yollar qəsdimə durublar nədir,

Elə addımbaşı yıxırlar məni.

Yollarda tələlər qurublar nədir,

Canımın içini sıxırlar mənim.

Yol var ki,küçənin başından keçir,

Məzar daşı kimi cansız,soyuqdur.

Yol var ki,gözümün yaşından keçir,

Elə qəlbim kimi oyuq,oyuqdur.

Kor yolçu olmuşam,əlim göydədir,

Bir işıq ucunun sorağındayam.

Əlimin içini arzu göynədir,

Dilin tənəsində,qınağındayam.

Dəli şeytan deyir dur bu yolların,

Üstünü üstdə qoy,altından yeri.

Hardasa ümidi kəsən qolların,

Bir deyil,yeddinci qatından yeri.

Ya Rəbbim,qoyma ki özümdə itim.

Pisə pislik edib pislikdən bezim.

Ağ yolu bunlara ver ki,mən yetim

Qara yollarımda asudə gəzim.

Biri var, biri yox, hər ikisinə,

Nəmli baxışlarla baxıram bu gün.

Yarı ac, yarı tox, hər ikisində,

Dişə saman çöpü taxıram bu gün.

Nə olsun gülürəm, güldüyüm zaman,

Güldüyüm şeylərə gülməyim gəlir.

Hər nəsə örgənib, bildiyim zaman,

Bildiyim şeylərdən ölməyim gəlir.

Boz bulud tər kimi çöküb alnıma,

Əl atıb silməyə taqətim qoca.

Bu fələk bir ağac əkib alnıma,

Onun da kölgəsi kölgəmdən qoca.

Ömür halqalanmış qoca bir çinar,

Əl açıb biz ondan can diləyirik.

Assaz özümüzü göydən göy sınar,

Biz qoca çinarın göy dələniyik.

Dünya, sən həm varsan, həm də yox kimi,

Səni danmaq yasaq,danmamaq yasaq.

Sən Allah gözümə girmə ox kimi,

İmkan ver, heç yoxsa bir şeir yazaq..

Pəncərəmə gələn qonaq
Pəncərəmə yağış qonaq gəldi bu gecə.

Döydü, açmadım.

Bir də döydü, döydü, döydü…

Mən isə baxırdım. Nə açırdım pəncərəni, nə də ki, önündən uzaqlaşırdım. Elə bil ki, kimdənsə qaçmışdı,gizlənmək istəyirdi.Tez-tez dönüb ətrafa göz gəzdirir və təkrar-təkrar pəncərəmi döyürdü. Mənə elə gəlirdi ki, o deyir: – Aç, nə olar, imdad elə, məni qovurlar, aç, yalvarıram.

Sakitcə baxırdım. Niyə açmırdım? Heç özüm də özümü anlaya bilmirdim. Elə bil hansısa qeyri –adi bir qüvvə qəlbimdə mənə deyirdi:- Açma, qoy yalvarsın, ağlasın. Onsuz da gedəsi yeri yoxdur onun bu gecə. Heç nə qəbul etməyəcək bu gecə yağışı. Nə torpaq, nə külək, nə bulud, nə də göy. Bu gün kimsəsizdir yağış.

Dinləyirdim bu səsi. Dinlədikcə elə bil əlimə fürsət düşmüşdü, bir az hardasa elə bil sevindirirdi bu inilti məni. İntiqam alan adamlar kimi qürur hiss olunurdu görünüşümdə.

Hətta gözləyirdim ki, yağışı qovan nə idisə onu görüm.Görüm ki, necə yaxınlaşır və necə məhv edir yağışı.

Yağış döyürdü pəncərəmi dayanmadan. Mən isə nə açırdım, nə də ki, gözündən qaçırdım.

Axı bir vaxtlarmı deyim, ya bir gecəmi deyim, mən də beləcə kimsəsiz qalmışdım. O gecə yağışa təkcə pəncərəmi açmamışdım. O gecə yağış üz-gözümə yağırdı, başıma-başıma döyürdü.Yeriyirdim, ayaqlarıma dolaşırdı yıxmaq üçün. Məni tək-tənha qoyub kimsəsiz edənə yardım edirdi o gecə, həmən bu gecəki yağış. Mən də o gecə çox yalvarmışdım yağışa.

Pəncərəmi döyürdü yağış, mən isə baxırdım. Ona yardım etməyəcəyimi anlayanda üzünü söykəyib pəncərəmə yanıqlı-yanıqlı ağlamağa başladı. Mən o gecə ağladığım kimi. Ağladıqca axıb, heçliyə qovuşurdu.

Amma mən heçliyə getmədim.Yavaş-yavaş ucaldım.

Ölüm qoxulu ev
Bir qapısı var bu evin,

Açılanda “zingildəyir”.

Dörd divarı dar bu evin,

Yeriyəndə dingildəyir.

Tavanla döşəmə deşik,

Divarları kağız yeşik.

Bir üzü ev, biri eşik,

Külək əsir, inildəyir.

Tufan qopur qucağında,

Kül közərir ocağında,

Ay işığı bucağında

Tonqal kimi nərildəyir.

Hörümçək ipini burur,

Ölümə təzə ev qurur.

Köhnələr yerində durub

Bu boşluqda cingildəyir.

Kimdir bu evin yiyəsi,

Qoca ölüb, gəlmir səsi.

Kəsilib insan nəfəsi.

Kimsəsizlik inildəyir.

Bu evdə hamı yuxulu,

Havası ölüm qoxulu.

Otaqda həyat nağılı-

İnildəyir, can diləyir.

Yarımçıq Vətən

Vətən adlı Vətənim paralandı,

Soyadı tək adları aralandı.

Ürəyindən vətən tən yaralandı,

Yarımçıq Vətənlə hara gedim mən?!

Bir üzüm torpaqdır, bir üzüm daşdır,

Vətəndən yadigar gözümdə yaşdır.

Dərd yüküm sərhəddə başımdan aşdı,

Yarımçıq sitəmlə hara gedim mən?!

Elə bil dünyalar yerini çaşıb,

Küfrlə, imanım yaman dolaşıb.

Başım neçə ölüm yaşını aşıb,

Yarımçıq kəfənlə hara gedim mən?!

Yarımçıq dolaşan yarıma heyif,

Nəfəssiz əriyən qarıma heyif,

Min yol geyindiyim arıma heyif,

Yarımcan bədənlə hara gedim mən?!

Vətəndə, vətənsiz yaşayan oldum,

Yerimdə oturub yol aşan oldum,

Özümlə, hamıyla dalaşan oldum ,

Yarımçıq Vətənlə mən hara gedim.

Yarımçıq Vətənlə hara gedim mən.

Söz, ürək, ana
Hər kəsin əlinə bir fürsət düşüb

söz demək fürsəti

Hamı danışır.

Məsləhət verən var,

ağıl verən var.

Misallar gətirib nağıl deyən var.

Sözdən ilham alıb qanad açan var,

“üsyan et” söyləyib, vaxt yetişəndə

sözündən gizlənib qaçan adam var.

Hamı danışır….

Mən də danışıram

məndə də söz var.

Amma bu sözləri görməyə məndə

görən gözlərim var,

bir də ki,

ürəyim…

Çətin günlərimdə

dar günlərimdə,

ürəyim hər zaman gərəyim olur.

Yıxıldığım zaman əl uzadanda,

əlimi tutmağa əl olmayanda

ürəyim birinci dirəyim olur.

Bu dördcə metrlik dar otağımda,

Bəzən ac qalanda, susuz qalanda

həm duzum, həm də ki, çörəyim olur..

Mən də danışıram

arabir az-az

o da ki, anamla…..

Yaxşı ki, anamın əllərinədə

hərdən fürsət düşür:

“döz”demək fürsəti:

“Döz, səbir et, bala…”

Payız ətirli baxışlar

Baxışların kimi dəyişilibdir,

Çiçəklər söyləmir mehə sözünü.

Dalğalar inciyib-küsüb sahildən,

Çırpır qayalara dəniz özünü.

Buludlar səmayla barışır, amma

Yarpaqlar küsürlər budaqlarından.

Payız baxışınla görüşən zaman,

Təbəssüm çəkilir dodaqlarından.

Payız küləyinə vüsal qatmayır,

Hicranlı həsrətə dayaq kimidir.

Öləndə gözümə torpaq atmayın,

O da payızdakı yarpaq kimidir.