Author Archives: Günel Eminli

“Naxışsız” çilçıraq

Sizə öz kiçik hekayəmi danışacam. Öz çilçıraq hekayəmi. Bəlkə də maraqsız, xüsusi təmtəraqsız çilçıraq hekayəsini. Mən otuz şamdandan ibarət olan gözəl, böyük, varlı, lakin zövqsüz insanların lovğalıqlarını qıcıqlandıran və məni alıb, evlərində göydən asmaq qədər pula malik olan çilçırağam. Mən gözələm. Mənim gözəlliyim bahalı olmağımda deyil, həm də üzərindəki işləmələr, əsl brilyant kimi parlayan şüşələr, [...]

Adamlar

Hara baxırsan adamlar-
Metroda adamlar, küçədə adamlar,
Çöldə adamlar, içəridə adamlar…
Yad baxışlar, yad münasibət
qəti addımlar
Yıxılana baxmayanlar
Gülənlə gülməyən,
kövrəlibən ağlamayanlar
Bir anda pullananlar
Vəzifəyə minib quduranlar
Adama oxşar adamlar