Author Archives: Əvəz Qurbanlı

Şou-biznes

İllərdi ki, dillərdə olub car şou-biznes,
Etmiş bu sənət meydanını dar şou-biznes!
Dostlar, bu sənət meydanı gör kimlərə qaldı,
Hər yoldan ötən ulduz olub oynadı, çaldı…
Yazıq peşəkarlar, korifeylər yalan oldu,
Bunlar nə “əmək” çəkdi, əməkdar adı aldı?
İxrac eləyir yoxsa əməkdar şou-biznes?

Döyüş həyəcanı

О gün gələcək(mi?)!
(Milli Оrdumuzun yаrаnmаsının 89 illiyinə ithаf еdirəm…)
Miq-29 qırıcı-bоmbаrdmаnçı döyüş təyyаrələrimizin və hərbi vеrtоlyоtlаrımızın pаytахt səmаsındа rəngli tüstülərlə Аzərbаycаn bаyrаğını çəkə-çəkə mаnеvr еtdikləri günün gеcəsi (yəni həmin günün səhəri аçılmаmış) qəribə bir yuхu gördüm. Görürəm ki, işğаl аltındа оlаn rаyоnlаrımızdаn birindəyəm. Qızğın döyüşlər gеdir.

Yumruq

Xasiyyəti pisdir deyə gəlməz xoşa yumruq,
Gəlməz xoşu – bir zərbəsi çıxsın boşa yumruq!
Döz yumruğa ki, hökmü verilmiş “dözüm” üstə,
Dözmək də göz üstə! Yeri var çün gözüm üstə…
“Göz üstə qaşın var!” – deyərək, bir sözüm üstə,
Çatdırdı özün alnıma nagah qoşa yumruq!

Kart növbəsində

Bakı metropolitenində gediş haqqının ödənilməsinin kart sisteminə keçirilməsindən sonra fikirləşirdim ki, daha hər şey yaxşı olacaq. Ən azı, işə tələsəndə bezdirici jeton növbələri bizi bir az da gecikdirməyəcək. Üç-beş adamı vaxtında yola sala bilməyən əsəbi jetonsatan qadınların töhmət dolu baxışlarından, adamı pərt edən nalayiq sözlərindən və söyüşlərindən canımızı qurtardığımızı da zənn edirdim. Bəli, bundan sonra [...]