Bizimki - Ədəbiyyat Portalı » Əvəz Qurbanlı

Şou-biznes
İllərdi ki, dillərdə olub car şou-biznes,

Etmiş bu sənət meydanını dar şou-biznes!

Dostlar, bu sənət meydanı gör kimlərə qaldı,

Hər yoldan ötən ulduz olub oynadı, çaldı…

Yazıq peşəkarlar, korifeylər yalan oldu,

Bunlar nə “əmək” çəkdi, əməkdar adı aldı?

İxrac eləyir yoxsa əməkdar şou-biznes?

Bir-birlərinin bəhsinə lütləşdilər, eyvay!

Kim harda kimi tapdısa cütləşdilər, eyvay!

Bundan sora gənc nəslə ümid bağlamayaqmı?

Bir çoxları birdən-birə kütləşdilər, eyvay!

Əlbəttə, səbəbkar və günahkar şou-biznes!

Etmiş kimisin kor, kimisin kar şou-biznes!

Artıq unudub xalq O müqəddəs YARa eşqi,

Cahillər əcəb bağladılar bulvara eşqi!

Həm zahiri, həm batini gözlər qapanıbdı,

Şöhrət mərəzi, gündəm azarı, para eşqi…

Qaytardı çoxun səhnəyə təkrar – şou-biznes!

Söz saxlamışam sinədə – anbarda samanı,

Day neynirəm anbarda saman, getdi zamanı…

At sən’ əti, öz məqsədin üçün para artır,

Söz qədrini artırma ki, yox yaxşı-yamanı –

Öz əhlini eylər özü miqdar şou-biznes!*

Biçarə Əvəz, day bu qədər odlara yanma,

“Hər şey düzələr” söyləsələr sözlə, inanma.

Bir gün səni də qorx ki bular cəlb eləsinlər,

Gördün ki gedən var qabağa – sən də dayanma;

Çünki tələb eylər belə rəftar şou-biznes!..

*”Artıran söz qədrini sidq ilə qədrin artırar,

Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz”

(M.Füzuli)

Döyüş həyəcanı
О gün gələcək(mi?)!

(Milli Оrdumuzun yаrаnmаsının 89 illiyinə ithаf еdirəm…)

Miq-29 qırıcı-bоmbаrdmаnçı döyüş təyyаrələrimizin və hərbi vеrtоlyоtlаrımızın pаytахt səmаsındа rəngli tüstülərlə Аzərbаycаn bаyrаğını çəkə-çəkə mаnеvr еtdikləri günün gеcəsi (yəni həmin günün səhəri аçılmаmış) qəribə bir yuхu gördüm. Görürəm ki, işğаl аltındа оlаn rаyоnlаrımızdаn birindəyəm. Qızğın döyüşlər gеdir.

Düşmən аrtillеriyаsı piyаdаlаrımızа göz аçmаğа imkаn vеrmir. Bu zаmаn zirvələrin birində qərаr tutub döyüşü diqqətlə izləyən gеnеrаllаrımızdаn biri rаtsiyа vаsitəsilə pаytахtlа əlаqə yаrаdır: “Dəniz, dəniz… еşidirsən? Dаnışаn zirvədir! Təcili оlаrаq bizə “Hаcılеylək” göndərin, gəlib yumurtаlаyıb gеtsin (dəniz və zirvə pаrоl, hаcılеylək – bоmbаrdmаnçı təyyаrə, yumurtа isə bоmbаdır)…”Məsələdən hаli оlаn kimi gözümdə оlаn qоrхulu həyəcаnı sеvinc əvəz еdir. Bəli, bir аzdаn qırıcılаrımız düşmən mövqеlərini bоmbаrdmаn еdəcək və mühаsirəni yаrаcаğıq!Bu хəbəri ilk оlаrаq mən еşitdiyimə görə istəyirəm əsgərlərimizin yаnınа qаçаrаq оnlаrı ruhlаndırаm. Bədbəхtlikdən qаlın dаğ mеşəsində аzıb düşmən səngərlərinin yаnınа gəlib çıхsаm dа, хоşbəхtlikdən məni hеç kəs görmür. Gizlənib еrməni zаbitlərinin аrа-sırа еşidilən dаnışıqlаrınа qulаq аsırаm: – Аrа, bu “zirvə”nin dеdiyi hаcılеylək nədir görəsən?- Nеcə yəni nədir, 15 ildən çохdur mühаribədəsən, hələ bilmirsən? Bulаr bоmbаrdmаnçı təyyаrələri bеlə аdlаndırırlаr dа!- Bilmək оlmаz, bəlkə pаrоlu dəyişiblər?- Dеyirsən dəyişdilər, biz bilmədik?Bеləcə, bаşlаyırlаr mübаhisəyə və sоndа qərаrа gəlirlər ki, оturub işin sоnunu gözləsinlər. Bu zаmаn dаğlаrın аrхаsındаn qırıcı səsi gəlir. Düşmənin bеş-аltı аddımlığındа оlduğumu unudurаm. Sеvincimin həddi yохdu – budur, bəli, bizimkidir! Bu sааt bоmbа yаğdırаcаq bu еrməni köpək uşаğının təpəsinə!..Еrmənilər yеnə bаşlаyırlаr mübаhisəyə:- Gördün аrа? Dеdim ki, hаcılеylək qırıcıyа dеyirlər!- …Еlə bu zаmаn təyyаrəmiz düşmən аrtillеriyаsının yеrləşdiyi mövqеlərin üstündən süzərək bоmbа yаğdırır… vаy, bu nədir, bоmbаlаrın hеç biri pаrtlаmır! Оlа bilməz!Еrmənilərin səsi yеnə еşidilir:- Hə, nооldu? Bəs dеyirdin təyyаrə bеlə gеtdi, bоmbа bеlə düşdü. Hаnı bəs?- Аrа, vаllаh bu təyyаrəyə охşаyır, аmmа dеyəsən аtdığı dоğrudаn dа yumurtаdır.- Аy ахmаq, hеç təyyаrə də yumurtа burахаr? Yəqin еlə dоğrudаn dа hаcılеyləkdir, ха-ха-ха…Аrtıq özümü sахlаyа bilməyib qоrхu, qəzəb və utаnc dоlu bir səslə bаğırırаm…Bаğırdım və öz səsimə аyıldım. Аyılаn kimi də аdətim üzrə sааtа bахdım – 11 tаmаm idi. Əcəb yаtıb qаlmışаm. Gördüyüm yuхunun аurаsındаn hələ çıхmаmış, mоbil tеlеfоnumun “dünyаnı dаğıtdığını” hiss еtdim. Dоstum idi. Еlə yахşı оldu, nеçə vахtdı, görüşmürdük, оturub bir аz çаy içə-içə dərdləşərik, dеdim. Görüşdük də. Hаl-əhvаl tutаndаn sоnrа yuхumu оnа dаnışdım, yоzmаsını хаhiş еtdim. Dоstum хеyli gülüb dеdi:- Dоğrudаn dа zоr yuхudu, yеri vаr. Yоzmаğınа gələndə, nə bilim… hə, hеç yаdımа düşmür, ахı bu gün, iyun аyının 26-sı Milli Оrdumuzun Yаrаnmаsı Günüdür! Bədbin оlmа, bir çох yuхulаr əksinə yоzulur. Əvvəlа, bu il Müdаfiə Sənаyеsi Nаzirliyimiz yаrаnıb; kеyfiyyətli silаh-sursаt istеhsаl еdəcək. İkincisi də bizdə о qədər yumurtа hаrdаydı ki, düşmənin bаşınа səpək. Оlsаydı, еlə vеrərdik əsgərlərimiz yеyərdilər, səngərdə də dаhа möhkəm dаyаnаrdılаr. Еrmənilərdən isə qоrхmаğınа dəyməz; еrməni еlə hər yеrdə vаr…Sоn sözlər qulаğımdа güllə kimi əks-sədа vеrdi: “еrməni еlə hər yеrdə vаr”. Yаdımа, Bаkıdа Аğdаm qаçqınıylа mülkiyyət dаvаsı аçаn еrməni аiləsi düşdü. Аcı bir təbəssümlə gülümsündüm. Dоstumun yоzumu dеyəsən məni qаnе еləmişdi…

Yumruq
Xasiyyəti pisdir deyə gəlməz xoşa yumruq,

Gəlməz xoşu – bir zərbəsi çıxsın boşa yumruq!

Döz yumruğa ki, hökmü verilmiş “dözüm” üstə,

Dözmək də göz üstə! Yeri var çün gözüm üstə…

“Göz üstə qaşın var!” – deyərək, bir sözüm üstə,

Çatdırdı özün alnıma nagah qoşa yumruq!

Xasiyyəti pisdir deyə gəlməz xoşa yumruq,

Gəlməz xoşu – bir zərbəsi çıxsın boşa yumruq!

Söz açma mənə “bu zopadı, bu dəyənəkdi…”

Billahi, bu yumruq yenə insanə gərəkdi.

Vay onda ki, idmançı vura – gör nə deməkdi!

Daşqəlbli atan zərbədə bənzər daşa yumruq,

Meydanda adam gördümü – istər joşa yumruq!

Görsən, hədəfi yumruğunun “peysəridaz”dı,

Doxsan dərəjə yumruğu əy – çarə qapazdı.

Kəlpeysərə, əlbəttə, bunun təsiri azdı,

Ardınja, pis olmaz, vurasan birbaşa yumruq.

Əlbəttə, qapaznan yaraşar bir başa yumruq!

Yumruq başı dörd səmtidən, eyvay, salıb haldan

Allah, bizi sən qoru bu dəhşətli zavaldan!

Yumruq “küləyi” ta o qədər əsdi Şimaldan,

Döndərdi mənim Yazımı axır Qışa yumruq…

Var niyyəti, çox layiq ola alqışa yumruq!

Yumruq çoxun oynatdı siyasət havasında,

Yumruqdu verən hökmü vəkillər arasında!

Derlər ki, yıxılmış Zəbi məjlis davasında;

Hərçənd atırmış Vəliyə Mirpaşa yumruq,

Çün sahibi xamdırsa, gərəkdir çaşa yumruq!

Yumruq, bizə sən çox da inanma, hələ yoxla,

Söz əhlini sal xəlbirə, bir-bir ələ, yoxla.

Susdurmaq işində neçədir mərhələ? Yoxla -

Öyrət Əvəzi “him-jim” ilə “göz-qaşa”, yumruq,

Lal dilləri dindirmə ki, həddin aşa, yumruq!

“Az aş” yeməyən başları döndər xaşa, yumruq!

Kart növbəsində
Bakı metropolitenində gediş haqqının ödənilməsinin kart sisteminə keçirilməsindən sonra fikirləşirdim ki, daha hər şey yaxşı olacaq. Ən azı, işə tələsəndə bezdirici jeton növbələri bizi bir az da gecikdirməyəcək. Üç-beş adamı vaxtında yola sala bilməyən əsəbi jetonsatan qadınların töhmət dolu baxışlarından, adamı pərt edən nalayiq sözlərindən və söyüşlərindən canımızı qurtardığımızı da zənn edirdim. Bəli, bundan sonra bunların heç biri olmayacaq, yalnız metrokartı göstərməklə metropliten stansiyasına daxil olacağıq, lap Avropa ölkələrində olduğu kimi. Lakin təəssüf ki, bu sevincim uzun sürmədi.

Əvvəlcə birdən-birə kart qıtlığı meydana çıxdı və böyük növbələr yaranmağa başladı. Yenə də mənim kimi çoxları işə gecikdi, indi də kartsatan və kartdolduran qadınların məzəmmətedici səsləri eşidilməyə başladı. Bütün bunları görməməkçün metrodan imtina edərək şəhərdaxili marşrutlardan istifadə etmək isə ağılsızlıqdır. Çünki istənilən marşrutda gedişhaqqı 20 qəpikdən aşağı deyildi, metroda isə ondan dörd dəfə ucuz – yəni 5 qəpik idi. Hər nə də olsa, cəhənnəm, metro ən ucuz nəqliyyat vasitəsidir. Metrodan mütləq istifadə etməliyəm, başqa çarəm yoxdur…

Beləcə, çarəsiz günlərimin biriydi. Metroda kart doldurmaq üçün növbəyə dayanmışdım. Bu vaxt kiminsə qoluma toxunduğunu hiss etdim. Dönüb arxaya baxanda, 15-16 yaşlarında, “priçoskalı” bir oğlanın mənə baxdığını gördüm:

- Əmi, məni də keçirərsən? – deyib, əlindəki 5 qəpiklik pulu yoxlayıcı nəzərlərlə mənə uzatdı. Sözsüz ki, oğlana acığım tutdu və onun 5 qəpiklik tutan əlini özünə tərəf itələdim:

- Ayıbdı səninçün, 5 qəpik nə olan şeydi, gəl keçirim səni!

Əvvəl onu keçirdim, sonra da özüm. Oğlan aparatdan keçən kimi “sağ ol” deməyi də unudub platformaya tərəf götürüldü. Əlbəttə, priçoskalı oğlanı “sağ ol” sözünə görə keçirməmişdim və onun təşəkkürünə ehtiyacım da yoxdur. O qədər olmuşdu ki belə hallar, neçə kartı olmayan adamı keçirmişdim aparatdan, nə olan şeydi ki. Axı bir gün mən də kartsız qala bilərəm, kiminsə köməyinə ehtiyacım olar…

Ertəsi gün yenə də həmin oğlanı kart növbəsində gördüm, bu dəfə oğlan yaşlı bir kişidən onu aparatdan keçirməsini xahiş edirdi, bu dəfə də 5 qəpiklik pulu ona uzatmışdı. Kişi də mənim kimi oğlanın pulunu qaytarıb, öz kartıyla onu aparatdan keçirdi. Elə oğlan da öz ənənəsinə sadiq qaldı – yenə “sağ ol” deməyib getdi…

Aradan günlər keçmişdi. Həmişəki kimi yenə də yolum metrodan düşmüşdü. Bu dəfə yuxudan gec durmuşdum, işə vaxtında çatmağım sual altındaydı. Tələsməklə itirdiyim vaxtın yerini doldurmaq istəyirdim. Lakin bədbəxtlikdən, arzulamadığım bir halla üzləşdim – keçid kartını evdə qoymuşdum. Yenidən 2 manatlıq keçid kartı almağım isə söz «konusu» deyil – cibimdə cəmi 20 qəpik pul var. Neyləməli, məcburam kiminsə kartına bir gedişlik yüklətdirib keçəm. Metro zəhrimar da elə bil məni görmüşdü, həmişə camaatın üst-üstə mindiyi kartdoldurma məntəqəsinin qarşısında indi məndən başqa heç kəs yoxdu. Gələnlər də birbaşa aparata yaxınlaşır, əvvəlcədən yüklədikləri kartla keçirdilər. Gözləməkdən başqa çarəm yox idi.

Bu zaman bir neçə gün əvvəl gördüyüm həmin priçoskalı oğlan kartdoldurma məntəqəsinə yaxınlaşdı və əlindəki keçid kartıyla 5 qəpiklik pulu şüşə arxasında əyləşən qadına uzatdı. Bəlkə də eyni hadisə iki dəfə təkrar olunduğundan onun sifəti yadımda qalmışdı, bəli, özüdü ki var! Tez oğlana yaxınlaşdım, yeganə pulum olan 20 qəpikliyi ona uzadaraq:

- Mənimçün də bir gedişlik yüklədərsənmi? – dedim. Hesab elədim ki, oğlan 20 qəpikdən bir gedişlik yüklətdirər, qalan pulu qaytarar. Priçoskalı isə deyəsən məni tanımadı, yenə də yoxlayıcı nəzərlərlə üzümə baxıb, dinməzcə pulu aldı, amma hamısını karta yüklətdirdi. Hirsimdən dişim bağırsağımı kəssə də dillənə bilmirdim. Aparatdan keçə-keçə məni fikir götürmüşdü: yox, ola bilməz! Bəs evə hansı pulla qayıdacağam? Bu anlarda mənə elə gəlirdi ki, priçoskalı oğlan bütün var-dövlətimi özününküləşdirib…

Priçoskalının səsi məni fikirdən ayırdı:

- Əmi, heç olmasa, “sağ ol” de də…

Qulaqlarıma inanmadım, həmin anda hansı hisslər keçirdiyimi bəlkə də bütün ömrüm boyu sözlə ifadə edə bilməyəcəyəm. Qəzəblə bağırdım:

- Nəəəə? Hələ bir sağ ol da istəyirsən? Sənin kartına 1 gediş haqqı, üstəlik də 3 “sağ ol” yüklətdirmişəm, bəs deyil?

Oğlan qorxunun yaratdığı çaşqınlıqla mənə baxdı:

- Əşi, niyə hirslənirsən, bir sözdü dedim də, deməmiş olum, – deyib aradan çıxdı.

O gündən sonra priçoskalıya metroda rast gəlmədim. Həmişə metroya düşəndə kartdoldurma məntəqəsinin qarşısında gözüm istər-istəməz nifrət dolu baxışlarla o priçoskalı fırıldaqçını axtarır…