Author Archives: Gülşən Cəbi

Sınaq beşdə iki

Günəş-
üzündən qopmuş bir parça…
Mən səni unutsam,
məni unutma!
Sən- mənim sevdiyimin,
Mən- sənin gordüyünün
yarısı…
Kiminsə gözünün,
Kiminsə ürəyinin qarası…

Sınaq beşdə bir

Kepkaya ithaf olunur

…Olsun ki, yapçıdan gələcək rüşvət,
Tez ol qafiyə tap, düşübdür fürsət.
Bas-bağla seçkidən, neftdən, gəlirdən,
Bəlkə də deputat keçdin belə sən.
***
Söhbət et bulvardan, tel, blutuzdan,
Sökük eyvanından boylanan qızdan.
Söhbət et dan yeri sökülsə, birdən
Sahildə çürüyən ölmüş qarpızdan.

Əfsanə

Ölümündən sonra Avel Kaini gördü. Səhrada gedirdilər, hündür boyları onları uzaqdan göstərirdi. Yerdə oturdular, ocaq qaladılar və yeməklərini qızdırdılar. Ağır gündən sonra yorulan hər kəs kimi susurdular.
Göy üzündə hələ kimsənin ad vermədiyi ulduz alışdı. Kain qardaşına dedi:
- Bağışla.
- Artıq xatırlamıram. Biz yenə birlikdəyik. Qardaş, kim kimi öldürüb?
- [...]

Müasir uşaq ədəbiyyatımızda “uşaq” yoxdur

Müsahibimiz Azərbaycan Yazıçılar Birliyi “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri və Uşaq Ədəbiyyatı Seksiyasının rəhbəri şair Qəşəm Nəcəfzadədir.

- Uşaq kimdir?
- Uşağın kimliyini bilmək istəsən, onu görmək lazımdı. Söhbət fiziki mənada görməkdən getmir. Uşaq şeirinin yazılması üçün uşağın ozü olmalıdır. İndi bu gün Azərbaycanda uşaq varmı? Yəni uşağın oyunu, bağı- bağçası, [...]

Bir neçə adi söz

“Kütlələrə bir oyuncaq verin! Onunla oynayarlar və lider öz həqiqi hədəflərini saxlayacaq dərəcədə bacarıqlıdırsa,hər vaxt başqalarının özünü idarəetmə imkanı verməsindən istifadə edəcək.”(Napoleon Bonapart)
Düzü, bunları çoxdan demək (yazmaq) istəyirdim, sonra nəsə oldu, istəyim elə ən adi istək kimi də qaldı. İndi isə bir az reallaşdırmaq fikrim var, ona görə yox ki, bugünkü çiskinli hava, gah şıdırığı, [...]

Borxesdən “Etnoqraf”

Xorxe Luis Borxes (Jorge Luis Borges) 24 avqust 1899-cu il tarixində Argentinada, Buenos-Ayres şəhərində doğulub. 1923-cü ildə ilk kitabı çıxan yazıçı 1938-ci ildə kitabxana məmurluğuna başlamış, “Ficciones” və “Alef” adlı kitablarında toplanan məşhur hekayələrini bu dönəmdə yazmışdır. Virginia Vulfun və Uilyam Folknerin kitabları ispancaya ilk dəfə bu vaxtlarda Borxes tərəfındən qazandırılmışdır. Bu ərəfədə [...]

Azərbaycan

Ax, unudulmuş Vətən, ax yazıq Vətən!
Dünyalar titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı, millətlər yuxudan oyanıb gözlərini açdılar və pərakəndə düşmüş qardaşlarını tapıb, dağılmış evlərini bina etməyə üz qoydular.
Bəs, sən haralardasan, ay biçarə Vətən?!
Dünya və Aləm dəyişildi, mənalar özgə təbir əxz elədi, yəni bizim dilcə söyləsək, o şeylər ki, əsl mənalarını itirmişdi, qayıdıb əslini tapdı, [...]