Author Archives: Günay Sabirqızı

Sahibsiz əl

Ağ kətanın sinəsi bulanıb. Sahibsiz əl günəş çəkib ona. Baxan həris gözlərin atəşini söndürə biləcək qızıl damlaları süzülür sanki ovuclara günəşin şəfəqlərindən. Ancaq günəş də səxavətli deyil. Yəqin ona görədir ki, ona baxanın gözləri qamaşır. Günəş hamıya bəxş olunan hədsiz xəzinədir.
Ağ kətanın sinəsi bulanıb. Sahibsiz əl səma çəkib ona. Tozlu, palçıqlı dünyanın çirkli yollarıyla gedərkən [...]

Təsadüf

Reallığın acı hayqırtısı qulağını deşirdi. «Heç bir möcüzə, sehrbazlıq mövcud deyil»
Sərin payız mehi tellərini sığallayır, axmaq düşüncələri başından qovurdu.
Amma beyninin dərinliklərinə hopub gizlənmiş, özünə də aydın olmayan qaranlıq fikirləri yox etməkdə hətta meh də aciz idi.
Romantika yoxsa Reallıq? İçindən «eşidilən» səssiz siqnal bu gün məğlubun təyin ediləcəyini bildirirdi. Necə?!..

Yarpaqlar niyə ölürlər?

Bitən payızın son yadigarı- boz yarpaq qonub pəncərəmə. Asta-asta, aram-aram gözəl qızın hekayətini pıçıldayır mənə: «Kökləri boz torpağa uzanan, boz gövdəli ağacın boz yarpağıydım. Ancaq mavi donlu çiçək bitdi. Ləçəklərini yellədərək qonaq gəldi boz dünyamıza. Saçlarını günəş sığallamışdı sanki, şəfəq saçırdı. Gözlərindən səma öpmüşdü sanki, bərq vururdu. O, gözəl qısa şəlalələr don geyindirmişdi. Xoşbəxtlik [...]