Bizimki.Org » Günay Sabirqızı

Sahibsiz əl
Ağ kətanın sinəsi bulanıb. Sahibsiz əl günəş çəkib ona. Baxan həris gözlərin atəşini söndürə biləcək qızıl damlaları süzülür sanki ovuclara günəşin şəfəqlərindən. Ancaq günəş də səxavətli deyil. Yəqin ona görədir ki, ona baxanın gözləri qamaşır. Günəş hamıya bəxş olunan hədsiz xəzinədir.

Ağ kətanın sinəsi bulanıb. Sahibsiz əl səma çəkib ona. Tozlu, palçıqlı dünyanın çirkli yollarıyla gedərkən yaşamağa yeganə təkan mavi sonsuzluq çəkilib, kətana.

Ağ kətanın sinəsi bulanıb, sahibsiz əl bulaq çəkib ona. Sakit yaz mehinin zərifcə toxunduğu körpə tək məsum bulağın həzinliyni sahibsiz əl də seyr edib yəqin.

Ağ kətanın sinəsi bulandı, bulandı və tablo adlanan mənzərə yarandı.

Fırçanın qəfil, qətiyyətli tərpənişi hamını diksindirdi. Deyəsən hamı yerindəydi. Gülərüz səma, parlaq günəş, titrəyən otlar, əsən külək və bulaq. Hamının yerində olduğunu görüb, kiçik dünyanın sakinləri səbrlə növbəti qonağı gözləməyə başladılar. Günəş ayın, səma ulduzun, bulaq okeanın, otlar çiçəyin, külək qasırğanın həsrətiylə fırçanın hərəkətlərini izlədilər.

Fırça qara boyaya qonub, kətanın sinəsində gözlənilmədən qara şırım açdı…

Küləyin həzinliyi, günəşin parlaqlığı, otların pıçıltısı itdi…

Ağ kətanın sinəsi bulanıb. Sahibsiz əl qara şırım çəkib ona…

Təsadüf
Reallığın  acı hayqırtısı qulağını  deşirdi. «Heç bir möcüzə, sehrbazlıq mövcud deyil»

Sərin  payız  mehi tellərini sığallayır, axmaq düşüncələri başından qovurdu.

Amma beyninin dərinliklərinə hopub gizlənmiş, özünə də aydın olmayan qaranlıq fikirləri yox etməkdə hətta meh də aciz idi.

Romantika yoxsa Reallıq? İçindən  «eşidilən»  səssiz siqnal bu gün məğlubun təyin ediləcəyini bildirirdi. Necə?!..

Pəncərədən boylanan bir cüt göz ətrafı nəzərdən keçirməyə başladı. Gözünə sataşan ilk əşya kağız parçası oldu. Möcüzə kimi az qala  müqəddəs və mücərrəd varlığın bu əzik-üzük kağız  parçasına nə dəxli? Yenə beyninin  həmən qaranlıq guşəsinə baş çəkdi. İndicə o kağız  parçasını göyə qaldıracaq. Nə?! İndicə o,  kağız  parçasını  göyün yeddinci qatına qaldıracaq?!  Özü öz qətiyyətindən qorxub diksindi. Bunu o demişdi?! Kağız  parçasını göyün yeddinci qatına qaldırmaq. Bu ki, axmaqlıqdır. Adi uşaq axmaqlığı. Düz üç il bundan öncə, Yeni ilə bir saat qalmış təkcə öz otağında oturub Şaxta babanın gəlişini gözləyəndə… Yox…gəlişinə əmin olanda, heç nə olmadı. Ya da dörd il bundan əvvəl   adi, sınmış stul ayağını sehrli çubuq bilib, dirijor kimi yellədərkən, hamının gülüş hədəfinə çevrilməsindən başqa heç bir möcüzə baş vermədi.

İndi niyə bu kağız  parçası göyə qalxmalıdı? … Yenə də səsini eşitmədiyi «möcüzəli» siqnalın «səsi» beynini silkələdi.Yenə bu nə əminlik idi? Yaxşı, sonuncu dəfə. Özünü sonuncu dəfə sınayacaqdı.Gözlərini kağız  parçasına zilləyib, bütün enerjisi və inamı ilə onun üzərinə «hücuma keçdi». Bircə anın içində kağız  parçası asta-asta göyə qalxdı…

Reallıq qalib gəlmişdi. Zəif payız mehinin gücü onu aldada bilməzdi…

Yarpaqlar niyə ölürlər?
Bitən payızın son yadigarı- boz yarpaq qonub pəncərəmə. Asta-asta, aram-aram gözəl  qızın hekayətini pıçıldayır mənə: «Kökləri boz torpağa uzanan, boz gövdəli ağacın boz yarpağıydım. Ancaq mavi donlu çiçək bitdi. Ləçəklərini yellədərək qonaq gəldi boz dünyamıza. Saçlarını günəş sığallamışdı sanki, şəfəq saçırdı. Gözlərindən səma öpmüşdü sanki, bərq vururdu. O, gözəl qısa şəlalələr don geyindirmişdi. Xoşbəxtlik şərabı ilə dolu qədəhə bənzəyirdi. Elə hey aşıb-daşır, dünyamızı dəyişirdi…

İndi boz dünyamızda mavi gözlü, sarı saçlı gözəl oynayırdı. O, yarpaqların xışıltısın, küləklərin pıçıltısın oğurlamışdı. Gözəl qızın saçlarından axıb-süzülən şəfəqlər, bir fırça olub, dünyamızı yenidən rəngləyirdi. Gözəl qızın rəqsi dərdli qəlblərə məlhəm, yaralı  ürəklərə əlac olmuşdu. Bir gün məndə ayılıb, artıq boz olmadığımı gördüm. İndi mən də yamyaşıl idim. Sevincimdən qəlbim titrədi, əsdi…Və  qəfildən yanımdakı qonşumun saralıb, quruduğunu gördüm. O, payızadək dözə bilməmişdi.  Gözəl qız da bunu gördü. Gözəl qızın rəqsi bitdi. O,  dayandı, durdu. «- Yarpaqlar ölürlər?!». Gözəl qız ağladl, inlədi. Xoşbəxt dünyamız yenidən  qaranlıqlaşdı. Gözəl qız oynamadı. İldırım çaxdı. Yağışlar yağdı, saçlarının sarılığı, gözlərinin maviliyi itdi.  Gözəl  qızın. Şəlalələr donlarını geri istədilər…

İndi həmin ağacın altında bir qız oturub. Yağışlarla ağlayır, küləklərlə çırpınır. Soruşur, soruşur. Soruşur : «Yarpaqlar  niyə ölürlər?