Yazar arxivi

Oqtay Hacımusalıhökm oxundu isanın mövludu günü
gətirdilər zamanın əlеyhinə gеdən qoca aşiqi
yеnə də su vardı əlindəki camda
yеnə də əl açıb oynamağa dəyərdi bu mübarək bayramda
çarmıxa gərdilər isanın mövludu günü
əllərini mıxlayıb ayaqlarını zəncirə vurub
özlərinə yеr hazırladılar
əbabil quşlarının ayaqları altında
şеytana daş atılan yеrdə
mən onu gördüm isanın mövludu günü
sеvil kinotеatrında
hər gün səhər tеlli xalanın süpürdüyü o gеniş zalda
əlini qoltuğuna qoyub
fikirləşirdi məyus halda
Davamı »

Tereza

20 Ağu 2007

İtalo Kalvinoİtalo Kalvino (1923-1985) qurama və fantastik janrda əsərlər yazan italyan yazıçıdır. İtaliya Komunist Partiyası və “Einaudi” kitabxanasında bir sıra vəzifələrdə işləyən İtalo həmçinin qəzt və jurnallarda yazarlıq etmişdir. II Dünya Müharibəsindən sonra italyan mədəniyyətinin ən məşhur simalarından birinə çevrildi. Bir çox ədəbi mükafat alan İtalo 1960-cı ildə yayınlanan “Nostri Antenati” (Atalarımız) adlı kitabında mövcd olan fantastik hekayələri sayəsində ədəbi beynəlxalq arenada lazımlı səviyyəyə yüksəlmişdir.

Davamı »

Iftixar PiriyevŞair – dramaturq İftixar özü haqda nə deyə bilər “Bizimki” oxucularına?

Özüm haqda yalnız tərcümeyi-hal xarakterli məlumat verə bilərəm. 1960-cı ildə Gürcüstan Respublikasında, Qaraçöp mahalında doğulmuşam. İncəsənət Universitetini bitirmişəm. Akademik Milli Dram Teatrında bir sıra əsas və aparıcı rollar oynamışam. Teletamaşalara, teleseriallara, filmlərə çəkilmişəm. “Yaşadığım bu ömür”, “Nə qəribə yuxuymuş” şeirlər, “Böyük Turanın Himni” himn-poema kitablarının, “Dan yeri söküləndə”, “Körpü”, “Məngənə və ya Kor Aşığın işığı”, “Eşqin tikan dairəsi”, “Qarışqalar yuvasını dəyişmir” pyeslərinin, “Müstəqil Vətənin Memarı” poemasının müəllifiyəm. “Dan yeri söküləndə” pyesim teatrda tamaşaya qoyulub. Üç pyesim rus və türk dillərinə, “Müstəqil Vətənin Memarı” poemam isə dünyanın bir çox dillərinə tərcümə olunub. Azərbaycan Milli “Dastan” Teatrının yaradıcısı, Tiflis Azərbaycan Dövlət Dram Teatrının bərpa rəhbəri olmuşam.

Davamı »

Sayt haqqında

Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!

Xəbər Paneli

    14 Nisan 2010
    “Bizim söz” ədəbi-publisistik qəzetinin aprel sayı satışda!

    “Bizim söz” ədəbi-publisistik qəzetinin yeni sayı aprelin 15-dən satışda olacaq. Qəzetin bu sayında ədəbi mühitdə baş verən yeniliklər, professor Şahlar Əsgərov, Vaqif Yusifli, Qəşəm Nəcəfzadə, Lalı Mehralı və b. məqalələri, Kənan Hacı, Ayxan Kiçikbəy və Arif Alimin hekayələri, Əvəz Qurbanlının Dayandur Sevginlə müsahibəsi, Nofəl Ədalət və Telman Dəjəllinin köşə yazıları, Mahirə Davamı...

    27 Ocak 2010
    “Veneranın ikinci doğuluşu” olacaq

    Çingiz Abdullayevin yeni kitabı çıxıb Çingiz Abdullayevin yeni kitabı nəşr olunub. Azərbaycan Yazıçılar İttifaqının katibi, dünya şöhrətli dedektiv yazar Çingiz Abdullayevin yeni kitabı nəşr olunub. ”Vtorioe rojdenie Venerı” (Veneranın ikinci doğuluşu) adlı kitab yanvarıən 23-də “Əli və Nino”kitab mağazasında təqdim olunacaq. Qeyd edək ki,təqdimat mərasimində kitabsevərlər müəllifə sual vermək və imza almaq Davamı...

    27 Ocak 2010
    Kafkanın yeni əsəri…

    İsrail məhkəməsi məşhur yazıçı Frans Kafkanın indiyəcən naməlum qalmış əlyazmalarının ictimaiyyətə açıqlanması haqqında qərar qəbul edib. Agentliklər əlyazmalar arasında Kafkanın indiyəcən elmə məlum olmayan yarımçıq romanının orijinalının ola biləcəyini də yazırlar. Kafkanın şəxsi arxivinə aid olan naməlum əlyazmalar haqqında məlumat mətbuata 2008-ci ildə sızıb. Sözügedən əlyazmaları Kafka ölümündən qabaq dostu Maks Broda vəsiyyət edibmiş. Brod Davamı...

    27 Ocak 2010
    Erməninin İstanbulu

    Aret Vartanyanın kitabı təqdim edilib İstanbulda yaşayan erməni əsilli yazıçı Aret Vartanyanın kitabı təqdim edilib. “Bir nəfəs İstanbul” adlı romanında İstanbul və istanbullular barədə yazılıb. “Bu dəfə səninlə İstanbulu və İstanbuldakı səni, məni yaşıyacağıq. Bu dəfə yolumuzun tanışları var. Zəngini, yoxsulu, kürdü, ələvisi, mühavizəkarı, ermənisi, rumu, musəvisi… Bir arada yaşaya bilmənin hekayəsi… İstanbulun Davamı...

    26 Ocak 2010
    Afaq Məsud: “AYB gənc ədiblərə laqeyddir”

    “Azərbaycanda müasir ədəbiyyat var və əsərlər də yazılır. Ancaq Azərbaycan Yazıçılar Birliyi bu əsərlərə fikir vermir. Ümumiyyətlə, əsərlər arasından hansının yaxşı, hansının pis olduğunu demir”. “Bizimki” xəbər verir ki, bu sözləri tanınmış yazıçı Afaq Məsud SİA-ya açıqlamasında deyib. O bildirib ki, AYB gənc ədiblərin ədəbiyyata marağının artırılması yolunda lazım olan müsabiqələr Davamı...

Təqvim

Eylül 2010
Pts Sal Çar Per Cum Cts Paz
« Nis    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Sorğu

    Yeni dizaynımızı bəyəndiniz mi?
    Nəticələrə bax

Abunəlik

Hörmətli oxucular, e-jurnalımıza abunə olaraq "Bizimki" də olan yeniliklərdən məlumat əldə edə bilərsiniz!

Sayğac

ILK-10 Azeri Website Directory

Yuxarı