Author Archives: Qəşəm Nəcəfzadə

Park

Sanki bu park
Bir şəkil lövhəsidir.
Asılıb şəhərin yaxasından.
Skamyalar yaşıl,
Üstündəki adamlar,
Xüsusən qızlar, oğlanlar
Onun meşə yuxularıdır.
Skamyalar vaxt küləyində
adamlardan bərk- bərk yapışıb.