Author Archives: Qismət

Mən ki cəhənnəmə qeydiyyatdayam

Hələ yaşamağım möcüzədir lap,
İnana bilmirəm mən həyatdayam.
Həyat bir oyundur, mənsə oyunçu,
Hələ bu oyunda ehtiyatdayam.
Bir gün çin çıxacaq yuxum ölümlə,
Vaxt gələr olaram qohum ölümlə,
Qaç-tutdu oynayır ruhum ölümlə,
Əzrayıl əmiylə zarafatdayam.

Ovqat

Üzüm pəncərəyə qısılı,
gözlərimdə intihara hazır
milyonlarla yaş qalmışdı.
Avtobusda bir qız oturdu
səndən sonra sənin yerində.
Amma yerin boş qalmışdı….

Mənim yazdığım vətən şeiri

Vətən haqqında şeir müsabiqəsi keçirilirdi. 1-ci yerə 100 manat mükafat qoyulmuşdu. Pula ən ehtiyac olduğum zaman idi. İlk vətən şeirimi onda yazdım. Bu da şeir…
Yaxşı danışıram maşından, qızdan,
Mövzu sən olanda susuram, Vətən.
Qoy yazım, qurtarsın [...]