Qızım, paltarını yığ, yığış gedək,
daha buralarda bir işimiz yox.
Bizim indimiz yox, keçmişimiz yox,
bircə yolumuz var, o da gələcək.
Biz güclü deyilik, zəifik, zəif,
gələr üstümüzə daşla adamlar.
Baş aça bilmərik nə istəyirlər
Bu cavan adamlar, yaşlı adamlar.
bilirəm, ən yaxşısını istəyirsən mənim üçün
məni qardaşlarım qədər sevirmişsən –
nə yazıq ki böyüyüncə anladım.
ya yalnız indi qisqanmıram onları sənə.
mən axmaq deyiləm, ana,
bilirəm, sən də yata bilmirsən gecələr
mən yataqda çevrildikcə.
internetdə səhifələri dolaşarkən
siçanın çıqqıltısından bilirsən necə darıxdığımı…
istəmirsən səhər işdə başım agrısın…
Mənə hеç nə dеmə -
Tüpürə bilərəm hər şеyə:
rahatlığa, хоşbəхtliyə…
dеyingən qоnşulara, işə.
çохdan unutduğum kеçmişə…
Əvvəl-əvvəl maraqlı gələr,
dоğma görünər..
Sоnra bеzdirərəm tələblərimlə –
məsələn?! -
hər gün görüşmək istəyərəm…
Yarısını ona verdim,
yarısını ona.
Bir az qalmışdı,
qara günə saxlamışdım
onu da Başqası aldı.
Mənə heç nə qalmadı ürəyimdən.
Həkimə getdim,
dedi: “Gətir, yerinə qoyaq”
Döydüm qapısını Onun,
Başqası açdı.
Sizə gələndə
Onu gördüm qapıda.
O birisini axtardım,
dedilər, həkimə gedib…