Author Archives: Sevinc Şəhrazqızı

Ətri gəlir

Eşqimin yazında qarmı yağacaq?
Çiçəkli dağlardan çən ətri gəlir.
Vərəqlədim, oxumağa gecikdim,
Həyat kitabımdan tən ətri gəlir.
Dünyanı dərk edib, duyub, qanalı,
Könlüm sevincini oldu danalı,
Yoxsan, həsrətinin əli xınalı,
Vüsalın saçından dən ətri gəlir.

Öpüm mən

Mənə yalan danış, yalanlar danış,
Sevinərək sözlərindən öpüm mən.
Qoy inanım bu yalana büsbütün,
Məni sevən gözlərindən öpüm mən.
Nə müddətdi dayanmısan qəsdimə,
Alışmadın, mən qızınam istinə,
Qədəmini qoy ürəyim üstünə,
Ləpirindən, izlərindən öpüm mən.