Bizimki - Ədəbiyyat Portalı » Sevinc Şəhrazqızı

Ətri gəlir
Eşqimin yazında qarmı yağacaq?

Çiçəkli dağlardan çən ətri gəlir.

Vərəqlədim, oxumağa gecikdim,

Həyat kitabımdan tən ətri gəlir.

Dünyanı dərk edib, duyub, qanalı,

Könlüm sevincini oldu danalı,

Yoxsan, həsrətinin əli xınalı,

Vüsalın saçından dən ətri gəlir.

Eşqin eyləyibdi könlümü xəstə,

Sənsə qızınırsan bir yad nəfəsdə,

Uyuyur sənsizlik qollarım üstə,

Bəs niyə hər yandan sən ətri gəlir?

Özgə xəyallara düşüb yansan da,

Mənim həsrətimi qonaq sansan da,

Sən özün-özünə bunu dansan da,

Sənin varlığından mən ətri gəlir.

Sən demə

Çox gözlədim, sonu gəldi, yetişdi,

Alma yoxmuş  nağıllarda sən demə.

Ha dindirdim, danışmadı mənimlə,

Nağıl imiş qoğallar da sən demə.

Düşündükcə dayazını, dərini,

Dərk eylədim bu həyatın sirrini,

Acısını mənə verib, şirini,

Gizlədirmiş noğullarda sən demə.

Yanılmazmı qəm əhlindən eşq uman,

Sevinərmi gözlərindən nəm daman?

Bir dəlilik gizlənirmiş hər zaman,

Ən mötəbər ağıllarda sən demə.

Oldun

Nə mən sənə çiçək oldum,

Nə sən mənim gülüm oldun.

Nə mən sənə ürək oldum,

Nə sən mənə zülüm oldun.

Nə mən sənin xəyalların,

Nə sən mənim arzularım,

Nə mən sənə gərək oldum,

Nə sən mənə ölüm oldun.

Həsrətə çıraqdı izim,

Necə qaçım, ayrı gəzim?

Qəmli üzüm, nəmli gözüm,

Ağı deyən dilim oldun.

Hər an məndən gen dolandın,

Hər an məni sənə dandın,

Nə sən bu ocaqda yandın,

Nə də mənim külüm oldun

Öpüm mən
Mənə yalan danış, yalanlar danış,

Sevinərək sözlərindən öpüm mən.

Qoy inanım bu yalana büsbütün,

Məni sevən gözlərindən öpüm mən.

Nə müddətdi dayanmısan qəsdimə,

Alışmadın, mən qızınam istinə,

Qədəmini qoy ürəyim üstünə,

Ləpirindən, izlərindən öpüm mən.

Həsrətindən cavan ömrüm çürüdü,

Saçlarımı bəmbəyaz dən bürüdü.

İzn ver sevgilim, bəlkə əridi,

Ürəyinin buzlarından öpüm mən.

Haçan oldu məni məndən aldığın,

Gözlərimə həkk olaraq qaldığın?

Ürəyimə nə zamandır saldığın

Ocağından, közlərindən öpüm mən.

Sevincimdir gözlərinlə güldüyün,

Göz yaşımı baxışınla sildiyin,

Taleyimdir dərd adında bir düyün,

Qəm-kədərli çözlərindən öpüm mən.

Sənsiz atılacaq oxu neynirəm,

Getməz gözlərimə yuxu, neynirəm,

Bu da bəsdir, axı çoxu neynirəm?

Şükür eyləyib, azlarından öpüm mən.

Günəşimdir köksündəki çırağın,

Yaz sevgini, gözüm olsun varağın,

Gərəkdir ki, sən doğulan torpağın,

Dağlarından, düzlərindən öpüm mən.

Cismindən sevgini qovub, teyləyən,

Bu yazıq könlümü əsir eyləyən,

Hərdən həzin-həzin Sevinc söyləyən,

Dodağının nazlarından öpüm mən.

Şübhən olmasın

Bir gün həyatında olmasam gülüm,

Səni sevdiyimə şübhən olmasın.

Hər gecə yuxuda səni görməyə,

Gizli gəldiyimə şübhən olmasın.

Qıymaram ot basa, itə izlərin,

İnan yixılaram, əssə dizlərin.

Nə vaxt sən sevinsən, gülsə gözlərin,

Mən də güldüyümə şübhən olmasın.

Həsrət neyləyəcək qəlblər yaxınsa,

Dilə nə gərək var gözlər oxunsa.

Haçan ayağına bir daş toxunsa,

Bunu bildiyimə şübhən olmasın.

Qocalıq hökmümü verdin sən indi,

Düşür saçlarıma bəyaz dən indi.

Sevincim, şadlığım bütöv sənindi,

Dərdi böldüyümə şübhən olmasın.

Mənə bəxş etdiyin lal baxışları,

Onları bəzəyən bu naxışları,

Gözümdən süzülür qəm yağışları,

Tənha sildiyimə şübhən olmasın.

Gör harda qırıldı, harda incəldi?!

Gedirəm, bəlkə də könlüm dincəldi.

Əzrayıl donunda həsrətin gəldi,

Daha öldüyümə şübhən olmasın.