Bizimki bölməsinə aid yazılar

İltifat KöçəriHara Vətən deyim, hara üz tutum?
Yarısı qürbətdi, yarı dərbədər!
Görən bu qəflətdə yatan ölkəyə,
Nə desəm yerindən onu tərpədər?

Baxıram, Təbrizin üzü dumandı,
Göyçəm, Zəngəzurum virana qaldı.
Dərbənd, Borçalının halı nə haldı,
Axır xəcalətin təri, tər nə tər.
Davamı »

“Bizimki” Forum

19 Sen 2007

Forum Əziz, “Bizimki”sevərlər,

Nəhayət ki, izləyicilərimizin xahişini və tələbini nəzərə alaraq, “Bizimki” gənc ədəbi e-jurnalının Forumunu yaratmağa qərar verdik. Forumda sizlər müxtəlif ədəbi mövzularda müzakirələr apara, fikirlərinizi bölüşə bilərsiniz. Həmçinin sizə maraqlı olan mövzuları aça və forum içtirakçılarının fikirlərini öyrənə bilərsiniz. Forumumuzun hər kəsə xeyirli olacağına ümid edirik.

Forumu ziyarət etmək üçün keçid: www.forum.bizimki.org

Hörmətlə,

“Bizimki” Redaksiya Heyəti

Müzakirə və sorğu

17 Sen 2007

Əvvəla bütün “Bizimki” yazıçı və oxucularını Ramazan ayının gəlməyi münasibəti ilə təbrik edirik. İbadətləriniz qəbul olsun!

Son günlər jurnalda gedən şərhlərdə ən əsas vurğulanan və müzakirə obyektinə çevrilən məsələlərdən biri nisbətən yaşlı yazıçıların əsərlərinin nəşr olunması ilə bağlıdır. Bu yöndə “Bizimki” müəlliflərin və oxucuların mövqeyini bilmək istərdik. Sağ tərəfdə bir sorğu da yerləşdirilib. Qeyd edək ki, sorğunun və şərhlərin gedişatını nəzərə alaraq, bu məsələ barədə konkret qərar qəbul olunacaqdır. “Bizimki”sevərlərdən xahişimiz budur ki, öz dəyərli şərhləri ilə bu müzakirəyə biganə yanaşmasınlar. Uğurlar!

Bizimki yeniliklərlə

29 İyn 2007

Salam. Xoş gördük, əziz “Bizimki”lər. Saytımız yeni fəsildə, yeni tərzi ilə qarşınızdadır. Bizlər dizaynı dəyişməklə bərabər dərgimizin strukturunda da müəyyən dəyişikliklər etmişik. Belə ki, əvvəllər hər ayın əvvəli və ortası dərc olunan jurnalımız indən belə hər gün yeni məqalə, şeir və əsərlərlə yenilənəcək. Bu həm saytımızın hər gün aktual olmasına, həm də ziyarətçilərin öz fikirlərini mütəmadi bölüşmələrinə şərait yaradacaq. Xahiş olunur ki, sağ tərəfdə “abunəlik” bölməsindən saytımıza abunə olun və hər yeni əsər barədə mailinizə məlumat gəlsin. Və saytda Azərbaycan ədəbiyyatında baş verən məlumatlar da yer alacaq. Ümidvarıq jurnalımızın bu yeni tərzini bəyənəcəksiniz. Jurnalın köhnə versiyasını isə, 23 nömrəsi ilə birgə www.ilk.bizimki.org keçidindən əldə edə bilərsiz. “Bizimki”lərlə olun, “Bizimki”lərdən olun!

Sayt haqqında

Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!

Təqvim

Avqust 2008
B.e Ç.a Çər C.a Cüm Şən Baz
« İyl    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Xəbər Paneli

    8 İyul 2008
    Qəm olası deyiləm

    Sevinc Şəhrazqızının CBS mətbəəsində çap olunan 120 səhifəlik şeirlər kitabı belə adlanır. “Qəm olası deyiləm” Sevinc Şəhrazqızının ilk kitabıdır. Müəllifin bundan əvvəl də toplularda, qəzet və elektron dərgilərdə şeirləri dərc olunmuşdur.   Oxuculara təqdim olunan bu kitabda Sevinc Şəhrazqızının istək və arzuları, bütün insani duyğuların ən alisi olan məhəbbət mövzusu və Davamı...

    23 İyun 2008
    PENGUAM ədəbiyyatımıza xidmət edən qurum olacaq

    Hər şey ondan başladı ki… Hər şey ondan başladı ki, Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondu adlı qurum Kiyev şəhərində qeydiyyatdan keçdi. Daha doğrusu, Ukraynada yaşayan həmvətənimiz, tanınmış iş adamı, “Polisya” şirkətinin sahibi İlqar Abbasov qardaşı Azər Abbasovla birgə fondu qurdular. Onsuzda o vaxta qədər Abbasov qardaşları sosial yönlü onlarla layihə həyata keçirirdilər. Davamı...

    10 İyun 2008
    İllər sonra yerini tapan ədalət

    Azərbaycan Sovet ədəbiyyatının önəmli isimlərindən biri İsmayıl Qarayevin “O və anam” mikroromanı Almaniyada dərc olunan Havuz.de ədəbiyyat e-dərgisində nəşr olunmuşdur. Xatırladaq ki, əsərin tərcüməsi Oqtay Hacımusaliya aiddir. Oqtay Hacımusalının dediyinə görə gələcəkdə digər dövlətlərin e-dərgilərində bu cür qarşılıqlı ədəbi əlaqələr davam etdiriləcəkdir.

    30 May 2008
    “Nəsimi” müsabiqəsinin qalibləri açıqlandı

    2 fevral 2008-ci il tarixindən start götürən “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin qaliblərinini bu gün təltifetmə mərasimi keçirilib. Kultaz.com və Lit.az portallarının birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə adları bu günə qədər gizli saxlanılan 5 nəfər peşəkar münsif tərəfindən 10 ballıq sitem üzrə qiymətləndirilən 10 yazar finala adlayıb. Bu gün BMM-də keçirilən təltifetmə mərasimində finalçılar Davamı...

    19 May 2008
    “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsində finalçıların adları məlum oldu

    Beləliklə, 2 fevral 2008-ci il tarixdə başlamış “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsində finalçıların adları məlum olub. Finala münsfilərdən ən yüksək bal almış yazarlar çıxa biliblər. Münsiflər yazarların yaradıcılğını 10 ballıq sistem üzrə qiymətləndirərək bir neçə nəfəri müsabiqənin ön sıralarına çıxarıb. Onlardan yalnız 6-sı müsabiqənin iki nominasiyası üzrə qalib hesab olunacaq. “Şeir”nominasiyasında ən Davamı...

    1 May 2008
    AYB-nın yeni saytı hazırdır

    İnternet məkanında Azərbaycan ədəbiyyatı ilə maraqlananlar bilirlər ki, Azərbaycan Yazıçılar Birliyinin saytı www.ayb.az ünvanında yerləşirdi. Daha sonra müəyyən müddətlik saytın fəaliyyəti dayanmışdı. Artıq birliyin yeni saytı fevralın 25-dən fəaliyyətdədir. Saytın yeni ünvanı isə www.azyb.net olaraq dəyişdirilib.

    25 Aprel 2008
    Yeni ədəbiyyat əlavəsi nəşrə başlayır

    Çapını yenidən bərpa edən «Milli Yol» qəzetinin hər cümə axşamı buraxılışında ədəbiyyat əlavəsi çap olunacaq. «Qəzet içində qəzet» kimi çap  ediləcək əlavəni yazar Elnur Astanbəyli hazırlayacaq. Əlavənin bu cümə axşamı sayında gənc yazar xanım Günel Mövludla müsahibə, AYB-çiləri ironik sancmalar, ən son ədəbiyyat xəbərləri  ilə yanaşı Yazıçılar Birliyi daxilindəki son qarşıdurmalar Davamı...

    7 Aprel 2008
    “Yazar” qəzetinin növbəti sayı satışda

    “Yazar” qəzetinin növbəti- 4-cü sayı işıq üzü görüb. Qəzetdə Elxan Zal Qaraxanlı, Qəışəm Nəcəfzadənin, Mübariz Xanağalının, Fəehad Amurun şeirləri, Kənan Hacının hekayəsi, Zahir Əzəmətin müsahibəsi, İlqar Fəhminin tərcüməsində Dmitri Zatonskinin “Postmodernizm tarixi interyerdə” tərcüməsi, Aydın Xanın “Milli yaradıcı intellektuallığın Anar Zirvəsi”, Oqtay Hacımusalının, Seyid Raminin köşləri və başqa materiallar yer alıb. Davamı...

    5 Aprel 2008
    “Pərvanə” ədəbi məclisi yenidən fəaliyyətə başladı

    “Pərvanə” ədəbi məclisi 1919-cu ildə Cəfər Cabbarlının təşəbbüsü ilə M.Ə.Sabir adına Mərkəzi Şəhər kitabxanasında yaradılıb. İlk sədri də C. Cabbarlı  olub. Bu məclisə o vaxtlar M. S. Ordubadi , H. Cavid və başqa görkəmli sənətkarlar gəlirdi. Daha sonralar  S. Vurğun, R. Rza, M. Müşfiq, Ə Cavad  və başqa gənc ədiblər bu Davamı...

    26 Fevral 2008
    Doqquz İqlim dərgisinin yeni sayı

    Bu günlərdə şair Xanəmir Telmanoğlunun “Döqquz iklim” dərgisi işıq üzü gördü. Çətinliklərə baxmayaraq bu dərgi davamlı şəkildə çıxmağı bacarır. Hər sayısı bir-birindən daha fərqli və rəngarəng olaraq oxucuların görüşünə gələn “9 iklim” dərgisi bu dəfəki sayısında da əvvəlki ənənəsinə sadiq qalaraq “Orhun Yenisey” əlifbasını üz Davamı...

Sorğu

    Yeni dizaynımızı bəyəndiniz mi?
    Nəticələrə bax

Abunəlik

Əziz "Bizimki"lər, buraya e-mailinizi abunə edərək, "Bizimki" də olan yeniliklərdən, yeni əsərlərdən məlumat əldə edə bilərsiniz! Buyurun, tələsin!

Sponsorlar

Ən çox səs verilən

Ən çox göndərilən

Yuxarı