Category Archives: Digər

Böyük sirr – Seyid Cəmaləddin Əfqani

 (170 illiyinə) 
Şeyx Cəmaləddin Əfqani Azərbaycan türküdür. Marağalı bir ailənin övladıdır. Həmədan yaxınlığında, Əsədabad kəndində dünyaya gəlib (Əhməd Ağaoğlu).
***
Əfqanıstanda əfqan, Türkiyədə türk, Misirdə ərəbdir. İstanbulda Sultan Əbdülhəmid, İranda Nəsrəddin şah, Peterburqda çar Aleksandr Cəmaləddin Əfqaninin fikirlərinə ehtiyatla yanaşır. farslar onu şiə, türklər və ərəblər sünnü, hər iki məzhəbin ortaq çevrələri məzhəblərüstü insan kimi tanıyır. Mason adlandıranlar [...]

Hara Vətən deyim?

Hara Vətən deyim, hara üz tutum?
Yarısı qürbətdi, yarı dərbədər!
Görən bu qəflətdə yatan ölkəyə,
Nə desəm yerindən onu tərpədər?
Baxıram, Təbrizin üzü dumandı,
Göyçəm, Zəngəzurum virana qaldı.
Dərbənd, Borçalının halı nə haldı,
Axır xəcalətin təri, tər nə tər.

Sağol

Mən də girdeydim
Sevilən, sevindirən
Yumru Yumşax, isti.
Top kimi uçan
Uçduran quşları
Mən də girdeydim
Sevən, vurulan, döyülən
Çapılan, yarılan
Ölməyən amma.

“Bizimki” Forum

Əziz, “Bizimki”sevərlər,
Nəhayət ki, izləyicilərimizin xahişini və tələbini nəzərə alaraq, “Bizimki” gənc ədəbi e-jurnalının Forumunu yaratmağa qərar verdik. Forumda sizlər müxtəlif ədəbi mövzularda müzakirələr apara, fikirlərinizi bölüşə bilərsiniz. Həmçinin sizə [...]

Müzakirə və sorğu

Əvvəla bütün “Bizimki” yazıçı və oxucularını Ramazan ayının gəlməyi münasibəti ilə təbrik edirik. İbadətləriniz qəbul olsun!
Son günlər jurnalda gedən şərhlərdə ən əsas vurğulanan və müzakirə obyektinə çevrilən məsələlərdən biri nisbətən yaşlı yazıçıların əsərlərinin nəşr olunması ilə bağlıdır. Bu yöndə “Bizimki” müəlliflərin və oxucuların mövqeyini bilmək istərdik. Sağ tərəfdə bir sorğu da yerləşdirilib. Qeyd edək [...]

Azərbaycan

Ax, unudulmuş Vətən, ax yazıq Vətən!
Dünyalar titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı, millətlər yuxudan oyanıb gözlərini açdılar və pərakəndə düşmüş qardaşlarını tapıb, dağılmış evlərini bina etməyə üz qoydular.
Bəs, sən haralardasan, ay biçarə Vətən?!
Dünya və Aləm dəyişildi, mənalar özgə təbir əxz elədi, yəni bizim dilcə söyləsək, o şeylər ki, əsl mənalarını itirmişdi, qayıdıb əslini tapdı, [...]

Dil məsələsi

Vaxt ötür; hər ötən gün, hər deyilmiş söz keçmişdir. Keçmişin yaradıcısı da, daşıyıcısı da, keçmişin keçmişdə qalmasının və ya qalmamasının səbəbkarı da, hakimi də insanlardır, cəmiyyətdir, xalqdır. Bəzən keçmiş keçmişdə qala bilmir. Keçmişin səhvləri aradan qaldırılmayınca keçmiş bu gündür, keçmiş sözlər də bu günün sözləridir.
Jurnalımızda yeni bölmə olan “Keçməmiş keçmiş” məhz keçmişdə qalmalı olduğu halda, [...]