Category Archives: Kitab aləmi

MKM-in 20-liyi məlumdur

Milli Kitab Mükafatının Ekspertlər Şurası müsabiqəyə təqdim olunmuş 265 əsərdən 20-ni seçib. “Bizimki”nin verdiyi xəbərə görə, bu əsərlərin adları yanvarın 26-da Milli Kitabxanada keçirilən mətbuat konfransında açıqlanıb.
“Uzun siyahı”- 20-liyə düşən əsər və müəlliflərin adlarını təqdim edirik (sıralanma şərtidir).
Xatırladaq ki, Ekspertlər şurası növbəti mərhələ üçün 10 ən yaxşı əsəri məhz bu 20-likdən müəyyənləşdirəcək. Onluğa düşən laureatların [...]

Kafkanın yeni əsəri…

İsrail məhkəməsi məşhur yazıçı Frans Kafkanın indiyəcən naməlum qalmış əlyazmalarının ictimaiyyətə açıqlanması haqqında qərar qəbul edib.
Agentliklər əlyazmalar arasında Kafkanın indiyəcən elmə məlum olmayan yarımçıq romanının orijinalının ola biləcəyini də yazırlar.
Kafkanın şəxsi arxivinə aid olan naməlum əlyazmalar haqqında məlumat mətbuata 2008-ci ildə sızıb.
Sözügedən əlyazmaları Kafka ölümündən qabaq dostu Maks Broda vəsiyyət edibmiş.
Brod öləndən sonra isə əlyazmalar [...]

Erməninin İstanbulu

Aret Vartanyanın kitabı təqdim edilib
İstanbulda yaşayan erməni əsilli yazıçı Aret Vartanyanın kitabı təqdim edilib. “Bir nəfəs İstanbul” adlı romanında İstanbul və istanbullular barədə yazılıb.
“Bu dəfə səninlə İstanbulu və İstanbuldakı səni, məni yaşıyacağıq. Bu dəfə yolumuzun tanışları var. Zəngini, yoxsulu, kürdü, ələvisi, mühavizəkarı, ermənisi, rumu, musəvisi… Bir arada yaşaya bilmənin hekayəsi… İstanbulun küçələrində itərkən sənin, mənim, [...]

Zəlimxan Yaqub “Sürgün”də

Şairin yeni kitabı nəşr olunub 
Xalq şairi və Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun “Sürgün” adlı yeni kitabı nəşr olunub. Şairin 60 illik yubileyinə həsr olunan kitaba onun 2009-ci ildə Özbəkistan, Qırğızıstan, Qazaxıstan səfəri zamanı bu ölkələrdə yaşayan Azərbaycan və türk diasporunun üzvləri ilə keçirdiyi görüşlər, həmçinin “Sürgün” poeması daxil edilib. Bu barədə “OLAYLAR”a Z.Yaqubun özü məlumat verib. Məlumata [...]