Nəsr bölməsinə aid yazılar

Natiq MəmmədliMartın 3-ü, onun sevimli günüdü. Həmişə martın 3-ü olanda elə bil günəş də səxavətli olurdu, havanı elə isidirdi ki, adam ilıq yaz səhərində bir yerdə qərar tutmur, gəzmək, dolanmaq, zarafatlaşmaq, nə isə ürəyəyatan bir iş görmək istəyirdi. Elə bil tozlu-torpaqlı küçənin də tozu çəkilərdi, deyingən qonşu kişi də dilindən güldən ağır bir söz çıxarmazdı martın 3-də. Təbiət də insan da, bir sözlə yer üzündəki bütün canlı-cansız nə varsa, hər şey gözəlləşirdi, təzələnirdi, yeni bir təravətlə zövq oxşayırdı martın 3-də.
Davamı »

Rayona çatınca yol boyu sərnişinlərin telefon oxutmasından nə qədər pəjmürdə olsa da jurnalisti AzTV-1-dəki səhər verilişindəki gördüyü bir tanışı demək olar ki şoka saldı.
Bu tanış onu tulasufat etmiş,az qala dalına dubinka pərçimləmiş,ölüncə döymüş və döyə- döyə də üstünə işəmiş eşşəkqafalı,manqurt birisi idi.
“Dayan,dayan bu ki Azərbaycan bayrağını yüksəltməkdən zaddan danışır.Aha elə o zaman duymuşdum ki hərif idmançıdı.Biz ondan ötrü özünün dediyi kimi “canlı qruşa” idik.Qoy görüm,bu ki gedib Andorrada karate üzrə dünya çempionu olub.Ay sənin hər bir şeyini…”
Davamı »

Sizə öz kiçik hekayəmi danışacam. Öz çilçıraq hekayəmi. Bəlkə də maraqsız, xüsusi təmtəraqsız çilçıraq hekayəsini. Mən otuz şamdandan ibarət olan gözəl, böyük, varlı, lakin zövqsüz insanların lovğalıqlarını qıcıqlandıran və məni alıb, evlərində göydən asmaq qədər pula malik olan çilçırağam. Mən gözələm. Mənim gözəlliyim bahalı olmağımda deyil, həm də üzərindəki işləmələr, əsl brilyant kimi parlayan şüşələr, bir cüt gözü heyran qoyan çilçıraq. Mənim sahibim də öz kök arvadıyla dükana girəndə gözləri birinci məni tutdu.

Davamı »

( Millətimin fədakar oğlu Əhməd Obalıya anasının vəfatına görə başsağlığı verib və bu hekayəni Güney Azərbaycan uğrunda mübarizə aparan bütün millətçilərin analarına ittihaf edirem.)

Dəfələrlə həbs  olunub, işgəncəyə məruz qalsam da, amma evimizi tərk edib və özümə başqa sakit, əl-ayaqdan uzaq bir yerdə məskən seçmək fikrim yox idi. Lakin son işgəncə əvvəlkilərdən betər oldu. Məni  İranın xüsusi təhlükəsizlik orqanının nümayəndələri tərəfindən həddələyib bildirdilər ki, ölkəni tərk etməsən, ölümünü gözünün qabağına al!

Davamı »

Yetim laylalar

12 İyn 2008

İradə AytelQulağına səslər gəlirdi. Külək səsi, adam səsi, yarpaq xışıltısı, otun, torpağın, daşın, qayanın, göyün, yerin, quşların, heyvanların… səsi. Bu səslərin hamısı bir-birinə qarışmışdı. Qulaqları uğulduyır, bu qat-qarışıq – həm doğma, həm yad, həm munis, həm də vahiməli səslərdən qaçmaq, qurtulmaq istəyirdi. Qorxurdu bu səslərdən. Həm də qorxmurdu. Əfsanələrdə söylənilən Al qadınları kimi şirin, ovsunlu dilini işə salıb tanımadığı yerlərə çağırırdı həmin səslər onu.

Davamı »

Kloun

4 İyn 2008

Natiq Məmmədli-Mən onu istəyirəm, onu istəyirəm… onu — beş yaşında uşaq dil qəfəsə qoymurdu. Klounu göstərərək dayanmadan anasının əlini dartırdı.
-Yaxşı atana deyərik çağırar.
-Yox mən özüm onun yanına getmək istəyirəm.
-Olmaz.
-Niyə axı?…
-Adam klounun yanına getməz. O, özü gələr. Atana deyərik «zakaz» eləsin.
Davamı »

Həsrətlə baharın gəlişini gözləyirəm. O, baharı ki, dəmir barmaqlıqlar arasından ancaq təravətini, nəfəsini duya bilərəm. O, baharı ki, burda qadın dolu və hər tərəfdən bir səs gələn, hər ürəkdən bir dərd bölüşülən, amma yenə də bu səs dolu zülmət səssizlikdə, elə həmin bu dəmir barmaqlıqlar arasından quşların şən cikgiltisini eşidəcəyəm. O, baharı ki, hələ 9 il beləcə gözləyəcəm.

Davamı »

On doqquz

19 May 2008

Qurban YaquboğluOnunla söhbət eləyəndə beynim ancaq sevinc “istehsal” eləyirdi. Bizim kiçik elmi-tədqiqat institutuna gəlməyilə dostlaşmağımız bir oldu. Çox həssasdı, sözü göydə tuturdu, vallah, varam belə qıza.
- Bilirsən, – dedim ona, -mən bir nağıl yazıram. Deməli, təxminən 40 yaşında, yox, bir az aşağı, 35 yaşında bir kişi cavan bir qıza vurulur. Kişinin arvadı da var, uşaqları da. Bir gün kişi, arvadı, bir də bu qız təsadüfən bağda görüşürlər. Yəni belə bir görüş təsadüfən alınır. Bağda yox, yox… Nəsə örtülü bir yer olmalıdı. Elə bir yer ki, bütün səslər, sözlər, qımıldanmalar, hər şey bir yerə cəmlənsin. Ev, idarə, ofis olsun-görüşürlər… Tamam sakitlikdi. Bu adamlar, üçü bir yerdə nə danışa bilərlər? Onların danışığını heç cür qura bilmirəm.

Davamı »

Ağ qoyun

4 May 2008

Seymur ƏlioğluNədənsə qoyun sözünə və heyvanın özünə həmişə biganə yanaşırıq. Sovet dövründə camaatdan alınan qoyunlar hesabına yaradılan fermalarda çobanlar kolxoz rəhbərliyi ilə əlbir qoyunları «qurda yedizdirərək» dalına keçərdilər. Bəlkədə qoyuna hörmətsizlik və biganəlik bax elə oradan yarandı. Fərqinə varmadan bu gün qoyuna elə nifrətlə baxırıq ki, hətta bir-birimizə acıqlananda bir-birimizi qoyun da adlandırırıq. Amma təssüfki bu qoyunların qabağına düşüb, onları müəyyən istiqamətə aparan keçi isə artıq yoxdur.

Davamı »

Qıymadım

30 Apr 2008

İlk gündən, ilk andan qorxdum sənsiz qalmaqdan. Elə ilk gündən də sənsiz oldum, sənsiz qaldım. Qismətim sənsizlik oldu. Sevgim lal-kar oldu, dünyamda sakitlik, səssizlik oldu. Qulağım da sükutdan yoruldu. Canım, vücudum da sevdalılar dünyasından qovuldu. Məskən saldım göylərdə, Allahın yanında bəslədim səni öz ətimlə, qanımla saxladım səni öz ətində, qanında yaşatdım bu yazıq canımda.

Davamı »

   Aslan Quliyev   Savaşdan qayıtdı, üç il döyüşmüş, yaralanmış, yorulmuşdu. Onu qəhrəman kimi qarşılamadılar, xoş üz göstərən olmadı. Döyüşçü, zavallı döyüşçü, xəyalında minlərlə qarşılama səhnələri yaradan, qabağına qaçanları, onu qucaqlayıb bağrına basanları dəfələrlə xəyalında canlandıran Qabil heç nə başa düşə bilmirdi. Anası danışır, döyüşçü heyrətlə qulaq asırdı. Yardımlını digər bölgələrlə bağlayan bircə yol var, qar yağdımı, o da kəsilir. Adamlar unu, qəndi, çayı, lampanı, nefti, hətta qaloşu da İrandan gətirirlər. Mis, aliminium aparırlar, köhnə mis qabları əzir, dirəklərdən məftilləri açırlar. Bizimsə gedənimiz yoxdu, qardaşların kiçik, atan xəstə, ümid bircə sənədi. Döyüşçü çaşıb qalmışdı, necə yəni. Bəs qanun, vətən, torpaq?

Davamı »

Sahibsiz əl

24 Fev 2008

Günay SabirqızıAğ kətanın sinəsi bulanıb. Sahibsiz əl günəş çəkib ona. Baxan həris gözlərin atəşini söndürə biləcək qızıl damlaları süzülür sanki ovuclara günəşin şəfəqlərindən. Ancaq günəş də səxavətli deyil. Yəqin ona görədir ki, ona baxanın gözləri qamaşır. Günəş hamıya bəxş olunan hədsiz xəzinədir.
Ağ kətanın sinəsi bulanıb. Sahibsiz əl səma çəkib ona. Tozlu, palçıqlı dünyanın çirkli yollarıyla gedərkən yaşamağa yeganə təkan mavi sonsuzluq çəkilib, kətana.

Davamı »

Məktub

22 Fev 2008

İntişSalam, ata! Kefin necədi, nə yenilik var?
Bilirəm, bezmisən məktublarımdan. Sən də rahat yaşamaq istəyirsən. Artıq qışdır, qar yağıb, çovğun düşüb. 13 ildir qışı bu cür qarşılayıram. Sizsiz necə yaşadığımı bu vaxt ərzində göndərdiyim məktublarda yazmışam. Mənə heç bir cavab yoxdur. Məktublarım ya ora çatmır, ya da ki, oxumursan. Bəlkə də belə yaxşıdı. Yoxsa bu 13 ildə canını qoymağa yer tapmazdın. Başa düşürəm ki, bu hal xoşagəlməz və ağırdır.
Davamı »

Aslan Quliyev əvvəli burada

Qapının ağzında atılıb düşür, hirsindən sözünü deyə bilmirdi. Ay qız, qışqırırdı, nədi, mənə ürəyin yanır? Haçandan belə canı yanan olubsan? Əxlaq mənimdi, qoy pozulsun, zay olsun! «Ürəyim yanıb eləmir? – ondan fərqli olaraq qız sakit danışırdı, ancaq gülüşünü güclə boğduğu aydın hiss olunurdu. – Əslində mənim üçün fərqi yoxdu, pozulsun da. Bu gün də olmasa, sabah pozulacaq. Sadəcə, şərtimiz var, şərt kəsəndə baş işlətməliydin!»

Davamı »

Aslan Quliyev Dəstəkdən cingiltili, ürəyə yatan qız səsi gəlirdi, bu səsdə nəsə bir qəribəlik var idi. Mən sizinlə üzbəüz binada oluram, qız deyirdi, aşağıda, ağacların arasındakı çəmənlikdə uçan kəpənəyi mənim üçün tuta bilərsənmi?
Heyrətdən özünü itirmiş halda ayağa qalxıb pəncərə qabağına gəldi, aşağı, qızın dediyi çəmənliyə baxdı. Doğrudan da otların, çiçəklərin arasıyla qızılı qanadlı, gözəl, iri bir kəpənək uçurdu.
- Demək, tutum? – inamsızlıqla səsləndi.
- Hə də!
- Kəpənəyi?
- Bəs sən nəyi tutmaq istəyirsən? – qız səbirsizliklə dilləndi.
- Mən heç nəyi! Nəyə görə də tutmalıymışam?
- Xahiş edirəm, ona görə.

Davamı »

Sayt haqqında

Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!

Təqvim

İyul 2009
B.e. Ç.a. Çər C.a Cüm Şən Baz
« Mar    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Xəbər Paneli

    21 Fevral 2009
    www.cafarcabbarli.org

    Cəfər Cabbarlının 110 illiyi münasibətilə, Gülşən Cəbinin “Soyulmuş ağac dərisi” layihəsi çərçivəsində hazırlanmış saytda dramaturqun əsərlərindən, musiqisindən istifadə olunmuşdur.

    8 İyul 2008
    Qəm olası deyiləm

    Sevinc Şəhrazqızının CBS mətbəəsində çap olunan 120 səhifəlik şeirlər kitabı belə adlanır. “Qəm olası deyiləm” Sevinc Şəhrazqızının ilk kitabıdır. Müəllifin bundan əvvəl də toplularda, qəzet və elektron dərgilərdə şeirləri dərc olunmuşdur.   Oxuculara təqdim olunan bu kitabda Sevinc Şəhrazqızının istək və arzuları, bütün insani duyğuların ən alisi olan məhəbbət mövzusu və Davamı...

    23 İyun 2008
    PENGUAM ədəbiyyatımıza xidmət edən qurum olacaq

    Hər şey ondan başladı ki… Hər şey ondan başladı ki, Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondu adlı qurum Kiyev şəhərində qeydiyyatdan keçdi. Daha doğrusu, Ukraynada yaşayan həmvətənimiz, tanınmış iş adamı, “Polisya” şirkətinin sahibi İlqar Abbasov qardaşı Azər Abbasovla birgə fondu qurdular. Onsuzda o vaxta qədər Abbasov qardaşları sosial yönlü onlarla layihə həyata keçirirdilər. Davamı...

    10 İyun 2008
    İllər sonra yerini tapan ədalət

    Azərbaycan Sovet ədəbiyyatının önəmli isimlərindən biri İsmayıl Qarayevin “O və anam” mikroromanı Almaniyada dərc olunan Havuz.de ədəbiyyat e-dərgisində nəşr olunmuşdur. Xatırladaq ki, əsərin tərcüməsi Oqtay Hacımusaliya aiddir. Oqtay Hacımusalının dediyinə görə gələcəkdə digər dövlətlərin e-dərgilərində bu cür qarşılıqlı ədəbi əlaqələr davam etdiriləcəkdir.

    30 May 2008
    “Nəsimi” müsabiqəsinin qalibləri açıqlandı

    2 fevral 2008-ci il tarixindən start götürən “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin qaliblərinini bu gün təltifetmə mərasimi keçirilib. Kultaz.com və Lit.az portallarının birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə adları bu günə qədər gizli saxlanılan 5 nəfər peşəkar münsif tərəfindən 10 ballıq sitem üzrə qiymətləndirilən 10 yazar finala adlayıb. Bu gün BMM-də keçirilən təltifetmə mərasimində finalçılar Davamı...

    19 May 2008
    “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsində finalçıların adları məlum oldu

    Beləliklə, 2 fevral 2008-ci il tarixdə başlamış “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsində finalçıların adları məlum olub. Finala münsfilərdən ən yüksək bal almış yazarlar çıxa biliblər. Münsiflər yazarların yaradıcılğını 10 ballıq sistem üzrə qiymətləndirərək bir neçə nəfəri müsabiqənin ön sıralarına çıxarıb. Onlardan yalnız 6-sı müsabiqənin iki nominasiyası üzrə qalib hesab olunacaq. “Şeir”nominasiyasında ən Davamı...

    1 May 2008
    AYB-nın yeni saytı hazırdır

    İnternet məkanında Azərbaycan ədəbiyyatı ilə maraqlananlar bilirlər ki, Azərbaycan Yazıçılar Birliyinin saytı www.ayb.az ünvanında yerləşirdi. Daha sonra müəyyən müddətlik saytın fəaliyyəti dayanmışdı. Artıq birliyin yeni saytı fevralın 25-dən fəaliyyətdədir. Saytın yeni ünvanı isə www.azyb.net olaraq dəyişdirilib.

    25 Aprel 2008
    Yeni ədəbiyyat əlavəsi nəşrə başlayır

    Çapını yenidən bərpa edən «Milli Yol» qəzetinin hər cümə axşamı buraxılışında ədəbiyyat əlavəsi çap olunacaq. «Qəzet içində qəzet» kimi çap  ediləcək əlavəni yazar Elnur Astanbəyli hazırlayacaq. Əlavənin bu cümə axşamı sayında gənc yazar xanım Günel Mövludla müsahibə, AYB-çiləri ironik sancmalar, ən son ədəbiyyat xəbərləri  ilə yanaşı Yazıçılar Birliyi daxilindəki son qarşıdurmalar Davamı...

    7 Aprel 2008
    “Yazar” qəzetinin növbəti sayı satışda

    “Yazar” qəzetinin növbəti- 4-cü sayı işıq üzü görüb. Qəzetdə Elxan Zal Qaraxanlı, Qəışəm Nəcəfzadənin, Mübariz Xanağalının, Fəehad Amurun şeirləri, Kənan Hacının hekayəsi, Zahir Əzəmətin müsahibəsi, İlqar Fəhminin tərcüməsində Dmitri Zatonskinin “Postmodernizm tarixi interyerdə” tərcüməsi, Aydın Xanın “Milli yaradıcı intellektuallığın Anar Zirvəsi”, Oqtay Hacımusalının, Seyid Raminin köşləri və başqa materiallar yer alıb. Davamı...

    5 Aprel 2008
    “Pərvanə” ədəbi məclisi yenidən fəaliyyətə başladı

    “Pərvanə” ədəbi məclisi 1919-cu ildə Cəfər Cabbarlının təşəbbüsü ilə M.Ə.Sabir adına Mərkəzi Şəhər kitabxanasında yaradılıb. İlk sədri də C. Cabbarlı  olub. Bu məclisə o vaxtlar M. S. Ordubadi , H. Cavid və başqa görkəmli sənətkarlar gəlirdi. Daha sonralar  S. Vurğun, R. Rza, M. Müşfiq, Ə Cavad  və başqa gənc ədiblər bu Davamı...

Abunəlik

Əziz "Bizimki"lər, buraya e-mailinizi abunə edərək, "Bizimki" də olan yeniliklərdən, yeni əsərlərdən məlumat əldə edə bilərsiniz! Buyurun, tələsin!

Sorğu

    Yeni dizaynımızı bəyəndiniz mi?
    Nəticələrə bax

Sponsor

Yuxarı