Bizimki - Ədəbiyyat Portalı » Nəsr

Yaxşı anaların oğulları
Martın 3-ü, onun sevimli günüdü. Həmişə martın 3-ü olanda elə bil günəş də səxavətli olurdu, havanı elə isidirdi ki, adam ilıq yaz səhərində bir yerdə qərar tutmur, gəzmək, dolanmaq, zarafatlaşmaq, nə isə ürəyəyatan bir iş görmək istəyirdi. Elə bil tozlu-torpaqlı küçənin də tozu çəkilərdi, deyingən qonşu kişi də dilindən güldən ağır bir söz çıxarmazdı martın 3-də. Təbiət də insan da, bir sözlə yer üzündəki bütün canlı-cansız nə varsa, hər şey gözəlləşirdi, təzələnirdi, yeni bir təravətlə zövq oxşayırdı martın 3-də.

Uzun illər qarşılayıb yola saldığı, sevib əzizlədiyi 3 martların birində gözəl-göyçək balası dünyaya gəlmişdi. Adını İlyas qoymuşdu. Heç əri ilə də məsləhətləşməmişdi də. Eləcə anadan olan kimi uşağı belə adlandırmışdı. Yoldaşı da xətrinə dəyməyib – «qoy sən deyən olsun» demişdi. Qayınatası bir az incik düşsə də, sonradan onun da saqqızını oğurlamışdı: «Hə İlyas olanda nə olar, Allah saxlasın, adımıza layiq oğul olsun, atasına dayaq dursun». Beləcə martın 3-ü onun həyatının şirin, xəyallarının pərvazlanan günü idi. Oğlunun dünyaya gəlişi ilə dünya gözəlləşmişdi, uşaqlıq illərinin boz-bullanlıq xatiratı, yeddi yaşından daddığı yetimliyi, şəhərin hisinə, pasına, bürküsünə öyrəşənə kimi çəkdiyi müsibətlər elə bil yuxu olmuşdu. İlyasın doğulması ilə onu əhatə edən hər şey sanki təzədən doğulmuşdu. Özü də daha gözəl, daha qəşəng, hamısı da İlyasa oxşayırdı.

Yenə də martın 3-ü. Həmin hisslər, həmin ilıq yaz günəşi, həmin səhər mehi… İlyasın xoşladığı qırmızı donunu geymişdi. Daha doğrusu bu rəgndə, bu parçadan onun bir neçə dəst paltarı vardı. İllər ötür, qocaldıqca şişmanlaşır ona görə qırmızı donu tez-tez də olmasa üç-dörd ildən bir dəyişmək lazım gəlirdi. Çünki martın 3-də məhz belə, İlyasın xoşladığı kimi qırmızı donunu geyinmək istəyirdi. Dərzisi də öyrənmişdi, hər dəfə qırmızı parça alıb yanına gedəndə işin nə yerdə olduğunu bilirdi, dinməz söyləməz ölçüləri götürüb işə başlayırdı.

Çayını içdi, qırmızı paltarını geyinib güzgünün qabağına keçdi. İllərin alnında qoyduğu dərin izlərə, gözlərinin, dodaqlarının kənarında çoxdan yer eləmiş qırışlara, bir az boz bullanlığa çalan gözlərinə ötəvarı nəzər saldı. Güzgüyə baxmağı xoşlamırdı. Elə qız vaxtında, tələbə olanda da. Rəfiqələri güzgünün qabağında saatlarla vaxt keçirərdilər, demək olar ki, hamısı çantasında güzgü gəzdirərdi. O, isə bundan heç xoşlanmazdı. Səbəbini bilmirdi. Sadəcə güzgünün qabağında çox dayanmazdı. Ancaq bu gün bir az dayandı. Martın 3-ü idi axı…

Səhər saat 11 olardı. Küçədə qonşu qadınlardan bir neçəsi əl-qolla söhbət edirdi, onu gördülər söhbət kəsildi. «Sabahınız xeyir» deyib yubanmadan ötüb keçdi. «Yenə qırmızı geyinib?..», «Bu gün ayın neçəsidi ki?..», «Martın 3-dü də oğlunun yanına gedir».

Tini burulub küçənin yuxarı başındakı avtobus dayanacağına getdi. Ayrı vaxtı «39-u» gözləyənə kimi adamın gözünün kökü saralardı. Marşrut taksisi ya adamla dolu keçər, ya da ümumiyyətlə gec gələrdi. Bu dəfə isə elə bil avtobus dayanıb onu gözləyirdi. Bu gün İlyasın günü idi, ayrı cür ola da bilməzdi.

Avtobusda çox adam yox idi: dörd nəfər cavan uşaq arxada oturmuşdu, bir nəfər orta yaşlı kişi orta cərgədə, aynanın qabağında, iki nəfər ağbirçək isə qabaq sırada əyləşmişdilər. O, da keçib qadınlarla üzbəüz oturdu.

- Ahh!!!- ağbirçəklərdən biri hamının eşidəcəyi bir tərzdə köks ötürdü.

- Ahın dağlara. Nə yaman ah çəkdin, ay qız?- onun yanında oturan ikinci arvad dilləndi.

- Türməyə gedirəm. Üç aydı oğlum yatır. Zavallıya yemək aparıram. Dədəsinə çəkib, qurban olduğum hər şeyi yemir. Xəbər göndərib ki, ürəyi düşbərə istəyir. Neyliyim anayam da… Balamandan ötrü düşbərə nədi, lap canımı da verərəm.

- Niyə tutublar ki?- bayaqki, arvad sual dolu nəzərlə onu yenə süzdü.

- Şərlədilər. İki məhəllə aşağıda ev yarmışdılar, atdılar balamın üstünə. Nədi ki, bir dəfə yatıb çıxıb. İndi mənim balam bir dəfə qələt eləyib deyinə həmişə qələt eləməlidir. Nə qədər and-aman elədik, soyulduq-talanldıq xeyri olmadı. 5 il verdilər uşağa.

- Neçə yaşı var uşuğın?

-44.

-Bıy onun harası uşaqdı?

-Mənim üçün hamısı uşaqdı. Neçə yaşları olur-olsun, elə bilirəm böyüməyiblər.

«Nə qədər tanış hisslərdi, ilahi. Anaların hamısı belədi görəsən? Övladlarının yaşından asılı olmayaraq elə bilirlər ki, yenə də uşaqdılar. Bir vaxtlar İlyas haqqında da belə fikirləşirdi. Məktəbə yola salanda da, məktəbdən qayıdanda. Yuxusunu qarışdıranda səhərlər uşağın başına üzərlik hərlədi. İlyas hələ tələbə olanda bir dəfə yağışlı havada universitetə oğluna çətir aparmışdı. O, da bərk əsəbiləşmişdi: «Ay ana uşaq deyiləm ki?» demişdi. «Yox ay bala uşaqsan» – sən demə o tək deyilmiş… Sən demə 44 yaşında uşağı olan analar da varmış…»

-Elə bir oğlun var. O da türmədə? – ikinci yaşlı qadın deyəsən çənəsinin altına salmağa adam axtarırdı. Ona görə də birinci dəfə müsahibə götürən naşı jurnalistlər kimi cavabından asılı olmayaraq sualı-suala calamışdı.

-Bir niyə beş uşağım var.

-Maşallah allah saxlasın.

-Sizinkilərlə belə. Allah saxlasın deyəndə ki… Beşi də qənim kəsilib ömrümə-günümə. Biri türmədə, biri «rusetdə», üçüdə ki avarvdı. Biri-birinə dəyməz, biri də heçinə.

-Ay qız elə demə. Əlbət beşinin içindən biri qeyrətə gələr. Elə hamısı alçaq olmaz ki…

-Hamısı alçaqdı. Bir-birlərini danışdımırlar. Deyim arvadlar aralarını vurub, yalançı olaram. Elə öz qanlarında var. Atalarıyla əmiləri də ölənə kimi bir-birlərini dindirmədilər, bunlar da o yolu gedirlər. Görüm heç sağ getməsinlər. Bilmirəm, nəyimə lazım idi, Allah beş uşağı birdən verdi mənə.

«Aman Allah. Bu necə anadır. Heç belə ananı da sevmək olar? Gör oğulları haqqında nələr danışır. Hamısı da qara rəngdə. Axı beş uşağın beşi də necə fərsiz ola bilər. Bəlkə günah elə bu arvadın özündədir…»

- «Yasamal bazarı», düşən var? – altı-yeddi yaşlarında olan kandoktorun kal səsi onu fikirdən ayırdı. Qeyri-ixtiyarı qara, sısqa uşağın üzünə baxdı. «Görünür çox qışqırır, boğazının damarları necə çıxıb. Hələ bunun əllərinə bax, elə bil kömür mədənində işləyir. İşləyir demişkən, görəsən, məktəbə niyə getmir? Axı indi dərslərin qızğın çağıdır. Amma, nə qəşəng qap-qara gözləri var. Lap İlyasın gözlərinə oxşayır. Yox İlyasın gözləri parıldayırdı, İlyasın gözlərində işıq vardı. Bu uşağın gözləri isə sadəcə közərir. Təki bu közərmənin içində bir ümid olardı. Anası da o ümidə baxıb sevinərdi».

- …. İndi də gözləyirlər ki, başımı qoyam yerə öləm, daxmanı da aralarında bölsünlər – yaşlı qadın danışdıqca əsəbləşirdi, qara sifəti bir qədər də qaralır, gözləri az qala həlqəsindən çıxacaqdı – bilirsiniz başınızı da ağrıdıram, dərdli adam çox danışan olur, neyliyim. Qorxuram ki, öləndən sonra daxmanı bölə bilməsinlər, qırğın düşsün. Meyidim qala ortalıqda oğullarım bıçaq davasına çıxalar…

- Yəni, deyirsən beşinin içindən heç biri salamat çıxmadı? – naşı jurnalistə oxşayan arvad növbəti qızışdırıcı sualını verdi.

- Salamatı deyəndə ki,… «rusetdəki» babatdı. Heç olmasa bayramdan-bayrama zəng eləyir. Bakıya ayağı düşəndə bir saatlığa da olsa, gəlib dəyir mənə.

- Görürsən biri qeyrətli çıxıb. Naşükür olma.

- Mənə bax, bəs sənin nəyin var? Yarımısanmı oğuldan-uşaqdan? – dərdli qadın bu dəfə sual verəni qabaqladı.

- İki oğlum var. İkisinə də bir qoz. Elə səninkilərin tayıdılar. Böyütdük, yağ-bal içində bəslədik, korluq nədi bilmədilər. Ən yaxşı məktəbə düzəldik, əllərinə diplom verdik. Onlar institutu qurtarana kimi yazıq kişi özü tələbəlik elədi. Dedik ki, adam olsunlar. Onlar da yekəlib kişi olmaq əvəzinə uşaq oldular…

«Yekəlib uşaq oldular» – bir istədi bu sözə qəhqəhə çəkib gülsün, özünü güclə saxladı. İlyas da universitetə gedirdi. Amma onun əvəzinə atası tələbəlik eləmirdi. O, özü hamıdan yaxşı tələbə idi. Hamının sevimlisi idi. İlahi nə qədər dostları vardı. Amma bir sualdan yaman qorxurdu. Elə uşaqlıqdan qorxurdu bu sualdan. Qorxurdu deyəndə ki, cavab verməyə çətinlik çəkərdi. O sualı da ki, yalnız anasından eşidərdi «Ay oğul, yekələndə nə olacaqsan?» – «Ay ana bəsdi də, vermə bu sualı mənə…» deyərdi. «Yazıq bala, bəlkə yekələndə uşaq olmaqdan qorxurmuş. Ona görə yayınırmış cavabdan. Amma nahaq yerə. Gərək cavab verəydin oğul, cavab verəydin. Axı sən böyüyüb uşaq olmadın. Axı sən heç uşaq da olmamısan…»

- … Ataları öləndən sonra da darışdılar bir-birlərinin canına. Kişinin Masazırda torpağı, mülki vardı. Bölə bilmədilər aralarında. Didişdilər, dağılışdılar.

- Hara dağılışdılar? – dərdli qadın soruşdu.

- Biri getdi Türkiyəyə, o biri də Almaniyadadı. Deyəsən evləniblər, heç mənim ağzımı arayıb, xeyir-duamı alan da olmadı. Almaniyada yaşayan şəkil göndərib, altından da, yazıb ki, «ana bu mənim qızımdı, adı da Marinadı». Mən də yazdım ki, «ay qurumsaq heç olmasa Məryəm qoyaydın, «Marina» nədi?

-«Nəşriyyat»da düşən var? – kandokturun kal səsi yenidən eşidildi?

Orta yaşlı kişi düşdü, arxada oturan cavanlarsa qulaqcıqla radioda nəyəsə qulaq asırdılar.

-Ay bacı, sən nə əcəb dinmirsən? Səndə nə var, nə yox? – sualını verən arvad öz tarixçəsini qurtar-qurtarmaz bu dəfə üzünü ona tutdu – bacı səninləyəm e? Deyirəm sən də yarımısanmı oğul-uşaqdan?

Fikri hələ də balaca kandoktorun yanında idi. Uşağın gözləri yaman xoşuna gəlirdi. Öz-özünə düşünürdü ki, təki bu közərən gözlərdə ümid olsun. Bu balacanın anası da həmin ümidə baxıb sevinsin. Sevinə bilməsə də, hər halda özünü elə göstərsin, hər halda təsəlli tapsın, hər halda…

- Ay bacı səninləyəm e? – sual verməyi özünə peşəyə çevirən arvadın deyəsən tərsliyi tutmuşdu.

- Bir oğlum var – nəhayət ki, dilləndi. Sonra yadına düşdü ki, bu, onun səhərdən bəri «sabahınız xeyir» kəlməsindən sonra dediyi ikinci kəlmədir – indi gedirəm onun yanına – cavab verdi.

- Qırmızı geyinmisən, yəqin xeyir işdi? Neçə yaşı var oğlunun?

- 19.

- Hə, onda yüz faiz xeyir işdi. Bacıcan məndən sənə məsləhət, uşağa üz vermə. Bax bizə üz verib üzdən olduq.

- Nə badə özünü canıyanan göstərəsən. Qoy zəhmətə alışsın, müftəxor olmasın bizimkilər kimi. Mənimkinin 44 yaşı var, türməyə düşdüyü bəs deyil, hələ bir ağbirçək anasına düşbərə sifariş verib. Dəli şeytan deyir ver bu düşbərəni «şofir»ə qoy yesin, lap savab olar.

- Yaman dedin ay nənə, pis fikir dolü – sürücü söhbətə müdaxilə elədi – bir azdan da «obed» vaxtıdı, lap əntiqə olar.

- Barı, 19 yaşlı oğlun sözünə baxırmı? Yekəbaşlıq eləmir ki? – sual verən arvad növbəti cəhdini etdi.

- Yox nə danışırsınız. Mənimki yaxşı oğuldur – bu sözləri elə həyəcanla, elə səmimiyyətlə dedi ki, ona inanmamaq mümkün deyildi.

- Təki elə olun ay bacı, təki elə olsun. Eh hanı, hardadır yaxşı anaların oğulları? – Yasamaldan bəri dil qəfəsə qoymayan, sual yağdıran arvad nəhayət «yaradıcılığının» ən cazibədar sualını verdi. Amma sual konkret şəxsə ünvanlanmadığından heç kim ona cavab verməyə hazırlaşmırdı. O, sualı bir daha təkrar etdi, sadəcə elə-belə, cavab almaq üçün yox – Hardadır yaxşı anaların oğulları?

- «Şəhidlər Xiyabanı», düşən var? – balaca kandoktorun kal səsi yenə cingildədi.

- Hə mən düşürəm – qırmızı paltarlı ana gediş haqqını ödəyib bir daha balacanın gözlərinə baxdı…

Köşə yazısının P.S.-i
Rayona çatınca yol boyu sərnişinlərin telefon oxutmasından nə qədər pəjmürdə olsa da jurnalisti AzTV-1-dəki səhər verilişindəki gördüyü bir tanışı demək olar ki şoka saldı.

Bu tanış onu tulasufat etmiş,az qala dalına dubinka pərçimləmiş,ölüncə döymüş və döyə- döyə də üstünə işəmiş eşşəkqafalı,manqurt birisi idi.

“Dayan,dayan bu ki Azərbaycan bayrağını yüksəltməkdən zaddan danışır.Aha elə o zaman duymuşdum ki hərif idmançıdı.Biz ondan ötrü özünün dediyi kimi “canlı qruşa” idik.Qoy görüm,bu ki gedib Andorrada karate üzrə dünya çempionu olub.Ay sənin hər bir şeyini…”

Sərnişinlər hoptum vətənpərvər olmuşdular.

-Azərbaycanda belə oğullar var halal olsun.

Çempion danışırdı:

-Ən yaddaqalan döyüşum erməni idmançısını məğlub etdiyim döyüş olduşBu hadisəni ömrüm boyu unutmaram.Qoy görsünlər ki Qarabağı da qaytarararıq ali baş komandanımız əmr versə.

Sərnişinlər xeyli əl çaldılar.Jurnalist baxdı ki o da əl çalır

-Ay sənin əllərin qırılsın,gör kimə əl çalırsan –dedi öz-özünə.Və növbəti köşə yazısının artıq hazır olduğunu düşündü.Maraqlı və sensasion olsun deyə sərniçinlərin də mövqeyini öyrənmək istədi:

-Əşşi mən bu gədəni tanıyıram.Heç bilirsiniz demokratiya uğrunda mübarizə aparan oğlanların başına nə oyun açıb bu alçaq?Hələ qadınları demirəm.Müxalifətçi qadınlara “YAP-a qurban” oxudurdu bu əclaf.2003-cü il oktyabr seçkilərindən sonra görəydiniz onu.

-Kəs küçük.Elə əcəb eləyib.Nə atdırırdınız meydanda.Gördük dəə müxalifəti.Yaxşı oğulsan get sən də bayrağımızı ucalt göylərə.

Sanki bu sözlör xorla deyildi.Bir qul oğlu qul tapılmadı ki onu müdafiı etsin.Hətta az qaldı ki onu budayıb avtobusdan düşürsünlər.

-Sakit ay yoldaşlar.Qoy bir tikə çörəyimizi qazanaq-sürücü narazı-narazı onu xilas etdi.

Avtobusun ölü qoyun yerişinə keçməsi ilə sərnişinlərin hay küyü də kəsildi.Bircə jurnalist başa düşmədi nə baş verdiyini.

-Sürücü qardaş,axı tələsirdiniz?

-Əşşi bu oxumuş adamlarda niyə ağıl olmur görəsən.Görmürsənmi qabaqdakı otuz bir rayon icra ba.çısınındı.Onun maşınını keçmək olar?Adamın nəslini stroya qoyarlar.

Aha,bu da mövzuya əlavə.Bu ki lap göydəndüşmə oldu.

Pəncərədən çölə baxdı.Maşın karvanı ölü qoyun yerişi ilə irəliləyirdi.Nəhayət be. –altı dəqiqədən sonra avtobus sürəti artırdı.Lakin iki ndəqiqə keçməmiş avtobus yenidən ölü qoyun yerişinə keçdi.Jurnalist məsələnin mahiyyətini başa düşdü.Qabaqda ölü aparırdılar.Hüç kim ğlünü keçmək istəmirdi.Hamı qorxurdu ki başına bir bədbəxtlik gələr ölüdən qabağa küçsə.

Qabaqda gedən ğlü jurnalist üçün köşə yazısının P.S-ini də hazır etdi.

Avtobus artıq vağzala çatırdı

“Naxışsız” çilçıraq
Sizə öz kiçik hekayəmi danışacam. Öz çilçıraq hekayəmi. Bəlkə də maraqsız, xüsusi təmtəraqsız çilçıraq hekayəsini. Mən otuz şamdandan ibarət olan gözəl, böyük, varlı, lakin zövqsüz insanların lovğalıqlarını qıcıqlandıran və məni alıb, evlərində göydən asmaq qədər pula malik olan çilçırağam. Mən gözələm. Mənim gözəlliyim bahalı olmağımda deyil, həm də üzərindəki işləmələr, əsl brilyant kimi parlayan şüşələr, bir cüt gözü heyran qoyan çilçıraq. Mənim sahibim də öz kök arvadıyla dükana girəndə gözləri birinci məni tutdu.

İnanmıram, gözləri mənim gözəlliyimdən qamaşdı. Sadəcə böyüklüyüm, onların pullarının çoxluğu ilə düz mütənasib olduğundan sevincək oldular. Məni tələm-tələsik alıb, öz qonaq otaqlarından asdılar. Sahibim biznesmen, yəni loru dillə pullu alverçi, arvadı isə özü kimi pullu xanımlara paltar tikən dərzi idi. Dərzi deyəndə ki, dərzidən başqa hər şey, modelyer, dizayner, stilist, imicmeyker, nə desəniz o. Deməli, varlı, ədabaz xanımlar qarderoblarının bəzi hissəsini gətirib, bizim xanıma göstərir, bizimki də bir-neçə paltarı hansı kəmərlə taxmağı, hansı ayaqqabı ilə uyğunlaşdırmağı, hansı çanta ilə götürməyi kimi məsləhətlər verirdi. Sual meydana çıxır ki, bizim varlı sahibənin başqalarına məsləhət verib, pul qazanmağına nə kimi ehtiyac var. Cavab olunur: “Artıq pul” məfhumu yoxdur və bir də onun səviyyəsində olan qadınların qarderoblarına bu yolla nəzarət etməkdən asan və əyləncəli vasitə yoxdur. Hələ bir bu söhbət əsnasında şəhər qeybətləri, təzə söhbətlər, “yuxarı”da baş verən dəyişikliklərdən, hansı salonda saç düzəltməsindən başlayıb, sabah kiminsə evinə aparılacaq xonçanın içində şirninin hansı dükandan və neçəyə alınmasına kimi, xonçanın hansı gül salonunda düzəldilməsinə qədər olan söhbətlər, bunları sizcə nəyə dəyişmək olar?

Bircə onların olduğu otağın divarlarına, çilçırağın, bütün əşyaların bəxti yaman gətirib. Bütün günü söhbətlər, dedi-qodular, təzə qeybətlər, bir-birinə qarımış bahalı ətirlərin xaotik  məcmusu, paltarlarını dəyişərkən öz fiquralarını reklam etdirən əndamlar, onların gözləri qabağında xoş mənzərə kimi canlanırdı. Bircə mən idim bu gözəl kompaniyadan ayrı düşən. Mən olduğum otaqdan bura yaxın düşmək belə mümkün deyildi. Yadımdan çıxmışdı axı, mənim yerimi dəyişmişdilər. Mən artıq cah-cəlallı qonaq otağını yox, koridorun lap sonunda yerləşən balaca otağı işıqlandırırdım. Hadisə belə baş verdi. Ev yiyələrinin kiçik oğlu qonaq otağında Ronaldoluq etmək eşqinə düşdü. Və vurduğu top zərbəsi Ronaldonun vurduğu kimi topu tora yox, düz mənim üstümə göndərdi. Nəticədə hesab dəyişmədi. Amma mənim şamdanlarımdan birinin lampasını dəyişməsi olduq. Ancaq bu də kömək eləmədi. Zərif şüşələrimin birində zərif çat yarandı. Sahiblərim onu düzəltmək əvəzinə ağılların daha orijinal fikir gəldi. Məni qaranlıq, balaca otağa keçirmək, bura isə daha gözəlini, daha təmtəraqlısını almaq. Beləcə mənim bəxtimin naxışı məndən üz döndərdi. Mənim kimi çilçırağı balaca otağa gömdülər. Mən o yeddi otaq qədər otaq işıqlandıra biləcək halda, dükanda hamının mənə həsrətli baxıb keçdiyi halda məni buna layiq bildilər. Adımı lap dəyişmək istədim, çilçıraq yox, qəmli çıraq. Böyük, gözəl olduğum halda lampa taleyi yaşamalıydım. Artıq elə qəmlənirdim ki, toz da mənim üstümü örtməyə başladı. Ayda bir dəfə yadlarına düşəndə gəlib, üstümü silirlər, vəssəlam. Mənim bu qəmli hekayətim el burada bitirsəydim, amma bir dəfə xoş bir hadisə də oldu. Mənim bu xanımımın evinə gələn gələn həmişə özündənrazı xanımlar olduğu üçün onlar mənim kimi çilçırağın belə uzaq otaqda varlığından belə xəbər tutmazdılar. Niyə ki, hamının yanında paltarlarını dəyişirdilər., heç o biri otağa keçmək barədə belə düşünmürdülər. Bir dəfə bu evə bir xanım öz kiçik qızı ilə gəldi. Onda ətəyini düzəltdirməyə gəlmişdi. Ətəyi geyinib dərzi xanıma göstərmək məqamı gələndə o, paltarını hamının yanında dəyişmək istəmədi. Koridora çxıb, düz mən olan otağa gəldi. İşığı yandırıb, içəri girdi. O, məni görəndə gözlərində elə qəribə ifadə yarandı ki, mənim dərdimə şərik olacaq yeganə məxluqu canlılar və cansızlar içərisində tapdım. O, heyifslənən kimi oldu, paltarını dəyişdi, getmədən əvvəl bir də çönüb mənə baxdı. Bu baxış məni sakitləşdirdi, deməli dünyada hələ anlayışlı insanlar var, bəxtində naxış olmayan, üzərində naxışı olan çilçırağın dərdinə şərik olan insanlar.

Ay ana, yel vurub sındırdı sünbülümüzü…
( Millətimin fədakar oğlu Əhməd Obalıya anasının vəfatına görə başsağlığı verib və bu hekayəni Güney Azərbaycan uğrunda mübarizə aparan bütün millətçilərin analarına ittihaf edirem.)

Dəfələrlə həbs  olunub, işgəncəyə məruz qalsam da, amma evimizi tərk edib və özümə başqa sakit, əl-ayaqdan uzaq bir yerdə məskən seçmək fikrim yox idi. Lakin son işgəncə əvvəlkilərdən betər oldu. Məni  İranın xüsusi təhlükəsizlik orqanının nümayəndələri tərəfindən həddələyib bildirdilər ki, ölkəni tərk etməsən, ölümünü gözünün qabağına al!

Nə qədər düşünsəm də, hər halda seçim qapıları üzümə bağlı idi. Ağır iqtisadi, siyasi duruma görə, Güney Azərbaycanı tərk etməkdən başqa əlacım qalmırdı. Mənlə çiyin – çiyinə mübarizə aparan onlarla milli fəal artıq ölkəni tərk edib xaricə mühacirət etmişdilər. Əlbəttə, öz xoşlarına yox. Belə demək mümkünsə, rejimin küçə – bazarlarda, xiyabanlarda, adamların gediş – gəlişinin çox olduğu ictimai yerlərdə dar ağacı qurub, ölkə gənclərini  ana – bacılarının, doğmalarının gözünün qabağında vəhşi kimi  asıb, sadiscəsinə ləzzət aldığı,  insanın bədənini və ruhunu hər tərəfli təhqir etdiyi səhnəni yaşamadan, bir az da olsa, zirək tərpənib  kəndiri boyunlarından çıxarıb qaçmışdılar. Günügündən işgəncənin sayını və növünü artıran hökumət dairəsi istəyirdi ki, əhali onların idarəçilik üsuluna tabe olub, səslərini çıxarmasınlar. Buna görə də ölkəni elə ölkənin özü boyda zindana çevirib əhalini isə onun içində əsir kimi saxlayırdılar. Belə demək mümkünsə, İran adlanan məmləkətdə adamlar qurbanlıq quzu taleyi yaşayırdılar. İstənilən halda qanlarının tökülməsi labud idi. Ölkədə ədalət məhkəməsi olmadığı üçün qan tökənin isə qəti mühakiməsi yox idi. Axı ədalət məhkəməsini kim qura bilərdi ki, əgər idarəçilik özü ədalətsizlik üzərində qurulubsa? Elə ona görə də haqqını sübut edə bilməyib, haqsızlığın qurbanı olan minlərlə Azərbaycan gənci ən yaxşı halda ölkəni tərk etməkdən başqa, real çıxış yolu tapa bilmirdilər.

Adlarını desəm, o,  gedənlər içərsindən yəqin indi siz də çoxsunu tanıyarsız. Bizlə bir məhəllədə böyümüş Əli, xaricdən sığınacaq alıb, Kanadaya köçdü. Onluq olsaydı, yüz il qalsa da, getməzdi. Niyə də getməliydi ki?  Axı o zavallının kiminlə nə işi var idi ki ? İş – gücü əkib – biçmək, axırda da biçdiklərini satıb, mədaxil – məxarici ödəyib, evin gündəlik təlabatları üçün çalışmaqdan başqa işinin adı yox idi. Məyəg onun əməllərində hökumət siyasətinə xələl gələsi nə isə var idimi ? Amma böyük qardaşı Məsud, universitetdə dərs otağında oturduğu yerdə tutulub, sorğu – sualsız, məhkəməsiz – filansız zindanda dörd divar arasında  asılandan sonra, atası Həmid kişi dərddən yorğan – döşəyə düşüb xəstələndi. Bundan sonra ikinci oğlunun, əslində yerdə qalan bu bir tək oğlunun da qardaşına görə vaxtsız – vədəsiz xüsusi idarəyə aparılıb – gətirilməsi, evlərinin ələk – vələk edilib evdəki kitabların müsadirə olunması ailəyə növbəti xəbərdarlıq olduğu üçün onu xaricə ötürməyi məsləhət bildilər. Rəsulsa bacısının toyundan iki gün qabaq getməli oldu. Başqa neynəyə bilərdi?  Əlirza isə üç dəfə zindana düşüb, ordan çıxandan sonra ağlının  kəsdiyi  bu oldu ki, ağ – qara, gecə – gündüz, həyəcan – sakitlik, həyat – ölüm, işıq – kölgə zolağının  arasından özünə bir yol seçib, işıq gələn tərəfi tutub getməlidir.

Tay – tuşlarım seçimlərində yanılmadılar. Vətəni tərk etsələr də, onun məhəbbətini dərdi ilə birgə sevə – sevə özləri ilə qürbətə apardılar! Amma mən anamı buraxıb xaricə gedə bilməzdim. Çünki onun yalnız  bir övladı vardı…

Məhəllədəki dost – tanışlarımdan hər dəfə kimsə evlərini tərk edib, çıxıb gedəndə anam deyərdi:

–  Sən  gözümdən getsən, ayrılıq dərdinə mən dözə bilmərəm.

Nəhayət, bir gün özümü məcbur etdim ki, anamla açıq danışım. Söhbətə belə başladım:

– Özün bilirsən ki, bu rejimə müxalif fikirlərimə görə dəfələrlə tutulub işgəncəyə məruz qalmışam.

– Bilirəm! Hamısını bilirəm, –  dedi. Sakitcə üzümə baxıb, başını bir neçə dəfə silkələdi.

Onun sözlərimi təsdiq etməsi imkan verdi ki, fikrimi tamamlayım. Onun üçün də davam etdim:

– Amma indi ölümlə hədələnmişəm. Əgər xaricə getməsəm, gözlənilməz hadisə baş verə bilər…

Son sözümü deyib, səsimi içimə saldım. Dinmədim, səsim qısıldı. Anamın üzünün səyriməsi, rənginin avazıması imkan vermədi ki, fikirimi daha artıq açmaq üçün söhbəti davam etdirim, izah edim, sözümü tamamlayım. Amma araya çökən sakitliyi bu dəfə o pozdu:

– Hər şeyi bilirəm, deməsən də bilirəm.

Anam o qədər təmkinlə dilləndi ki, sanki mənim başıma gələnləri məndən də yaxşı o bilir. Mənsə:

– Nəyi? — Sual etdim.

O isə :

– Ağzıma daş, — deyib, — iraq – iraq, bizdən uzaq. Kiş – kişlər olsun… — Deməklə, bu dəfə qəm – kədəri insan ömründən qovan el deyimlərini bir – bir sayıb qurtarandan sonra, son ayda şəhərdə edam olunanların, tutulub uzun müddət zindan alanların adını dilə gətirdi. Sonda isə:

– Nə qal deyə bilirəm, nə də get! Ay oğul, yel vurub sındırıb sünbülümüzü … — dedi anam.

Sözünü qurtaran anam, bir an dinməz – söyləməz  mənə baxdı. Hiss etdim ki, ürəyi doludu, amma bəlkə də ürəyindəkilərini dilləndirməklə məni incidəcəyindən qorxdu. Bilmədim, susması nədən oldu, o boyda dolu ürəklə!

Sonra ayağa durub qonşu otağa keçdi. Az keçmədi yanıma gəlib, qarşımda durdu. Sağ əlini qabağa, mənə uzadıb ağlaya – ağlaya dedi:

– Bunları götür, canını qurtar. Çıx get!

Qulağımla eşitdiklərimə inana bilmirdim. Doğrudanmı,  bunu anam deyirdi?  Mat – mat üzünə baxdım. Yəqin elə çaş – baş qalıb, onun nə etdiyini anlaya bilmədiyim üçün daha sonra əlavə etdi:

– Mən sənə deyəndə ki, istəyirəm mənim gözümün qabağında olasan. Səni daim şad və sağlam görüm.

Amma mən sənin məzarının göz qabağında olmağını istəmirəm…

“Sənin məzarın” kəlməsi anamı kövrəltdi, bu söz onun bərkdən hönkürüb ağlamasına səbəb oldu. Güman etdim ki, bu sözün mənasını canlandırıb yaşadığı üçün kövrəldi anam. Ona sarıldım, onu

möhkəm – möhkəm qucaqlayıb ana – bala hər ikimiz qara taleyimizə göz yaşı tökdük.

Yadıma gəlir o gecə məni yuxu aparmırdı. Birdən gördüm anam otağın qapısını  yavaşca açıb, başını içəri uzatdı. Hərəkətsiz olub, qapının açılmasına  heç bir reaksiya vermədiyimi görüb, yatdığımı güman etdi. Asta addımlarla irəli yeriyib yatdığım çarpayın yanına gəldi. Qurşağa qədər üstümə atdığım yorğanı kürəyimə  çəkəndə qəfildən onun əlindən yapışdım.

– Ay ana, mən uşaq deyiləm ki, gəlib üstümü örtürsən. –  Kəlməsini yavaş səslə, bir az da qınayıcı tərizdə dedim ki, mənlə bağlı narahatçılığını azaldım.

Anamsa üzünü mənə tutub dedi:

– Sənin əlli yaşın olsa da, mənim gözümdə hələ də o yaşdasan ki, beşikdə bələnmiş körpə tək. Elə bil heç böyüməmisən, beşikdə yırğalanıb lay – lay oxunan çağlarındı…

Sübh tezdən Ərdəbildəki ata – baba evimizdən çıxdım. Hava hələ işıqlanmamışdı. O qədər erkən idi ki, səhərin ala – qaranlığında obaşdan oyanıb, öz nəğməsi ilə aləmə səs salan torağaylar belə bahar nəğmələrini gecədən boğazlarında dincə qoymuşdular. Gecənin bitməməsi onların da köklənib avazla oxumamasına səbəb olmuşdu. Fikirləşdim, bəlkə yola çıxmağa çox tələsmişəm ? Görəsən, bir də onları eşitmək mənə nəsib olacaqmı ?..

Anamdan ayrıldım! Burasını danışmağa gücüm yoxdur. Bir də mənə elə gəlir ki, bütün analar balalarından eyni cür, eyni halla ayrılırlar.

Son dəfə anamdan ayrılıb yola düşdüm və bir qədər gedəndən sonra dönüb arxaya baxdım. Anam evə getməyib, həyət qapısının kəndərində durub, hələ də  arxamca baxırdı. Ürəyim dözmədi, addımlarımı saxladım. Qabağa yox, bu dəfə arxaya addım atdım.  Əlimdəki bağlamanı qaldığım yolun yarısında qoyub, qaçıb anamı qucaqladım.

– Ay ana, məgər dünyanın axırıdı?! — dedim.

– Ürəyimə damıb ki, səni son dəfə görürəm… — dedi.

Yolun ortasından yükümü götürəndə ürəyimdə öz – özümə dedim ki, bir də arxaya baxmayacam. Amma qonşumuz Həsən dayının evinin böyründəki cığırı dönüb böyük yola çıxanda özümdən ixtiyarsız boynumu arxaya çevirdim. Anam təzə – təzə  açılmaq istəyən sübh dumanının içində qranit heykəl kimi hərəkətsiz  donub durmuşdu.

Anamdan, doğama evimizdən və elimizdən ayrılandan sonra, ağır məhrumiyyətlərə dözə – dözə nəhayət, Avropanın bir ölkəsində yerbəyer ola bildim. Burda da vətənin azad, bir və bütöv olması üçün mübarizəmi davam etdirdim. Əslində mübarizənin bir başqa biçmini tapdım. Amma burda da olsa, sakit həyat yaşaya bilmədim. İran rejiminə qarşı müxalif qüvvə kimi təqiblərimi yerbəyerdən hər vasitə ilə göz önünə çəkib, qorxudub mübarizədən sapındırmağa çalışırdılar. Burda da təqib olunur, yerli – yersiz hədələrə məruz qalırdım.  Bir sözlə, rejimə başağrısı olmuşdum. Dəfələrlə İran xüsusi idarəsinin nümayəndələri anamı hədələyib istəmişdilər ki, burdakı fəaliyyətimə son qoyum və mənim ölkəyə qayıtmağıma məni razı salsın. Amma həm mən və həm də anam yaxşı bilirdik ki, mənim geri qayıtmağım şəhər meydanında qurulub yiyəsini gözləyən dar ağacına baş əyməyimlə  nəticələnəcək.

Nəinki ölkəyə qayıtmaq haqqında düşünmürdüm, əksinə anamı yanıma gətirməklə bağlı  ardıcıl yollar axtarırdım. Hətta turist kimi heç olmasa  bir dəfə Avropaya gəlib görüşməyimizi arzulayırdım. Bundan ötəri o

da çalışırdı. Bir neçə dəfə xarici pasport almaq üçün müvafiq dövlət idarəsinə müraciət də etmişdi.Sözsüz ki,mənə görə ona pasport verilməsi mümkün deyildi.

Yadıma gəlir, bir dəfə telefonda ona dedim ki:

– Bu ayrılıq məni çox kədərləndirir. Anadan ayrılıq qədər dərd olarmış?

Anam mənə dedi ki:

– Ay oğul, ağbirçək ana yerinə, ana vətənə fikir elə! Ana Vətən azad olmasa, anaların üzü gülməz.

Hər dəfə onunla telefon söhbəti edəndə qoyub gəldiyim hər şey haqqında ona sual verərdim. Hər kəsdən, hər şeydən xəbər tutmaq istəyirdim. Hətta, bağımızdakı alma ağaclarının hamısının öz yerində qalıb – qalmaması, necə bar gətirməsi belə qürbətdə Vətənlə bağlı doğan suallarımın silsiləsinə daxil  idi. Bu yerdə inanmıram məni hər kəs  başa düşsün. Bunu yalnız Vətəndən qürbətə bir zənbillə çıxmaq məcburiyyətində qalanlar bilər.

Beləcə nə az, nə çox, düz on dörd il anamı görmədim. Bir gecə telefon zəng çaldı. Uzaqdan idi, amma

doğma səs idi.  Məhəlləmizin ağsaqqalı Həsən dayıydı.  Gözlənilmədən anamın vəfat etdiyini dedi. Mən ona zənginə görə təşəkkür etdim və sonda dedim ki, sabah bilet alıb anamın torpağa tapşırılma mərasimində iştirak edəcəm.

Kişi bir az tutulub, dinmədi. Amma sonra peşman olmuş kimi sözünə davam etdi. Dedi ki, anan əvvəllər xəstə idi, amma halı birdən – birə qarışdı.  Biz güman etmirdik bu xəstəliklə getsin.  O zaman sənə telefon vurub, xəbər vermək istədik.  Lakin ananın son vəsiyyəti bu oldu ki, o ölüb torpağa tapşırılandan sonra sənə xəbər verilə.  Anan  istəmirdi ki, ona görə sən çətinlik çəkəsən.  O, hətta vəsiyyət etdi ki, torpağa tapşırılma mərasimindən sonra da sən qayıdıb onun qəbrini ziyarət etməyəsən.

Sonda Həsən dayı dedi ki, anan öləndə sənin şəklini əlində saxlamışdı, bağrına basdı. Son dəqiqədə üç dəfə sənin adını dilinə gətirib, canını tapşırdı.

Bu yerdə danışmaq istədim, dilim topuq çaldı.  Mənim səsimin kəsilməsini hiss edən Həsən dayı, sonda əlavə etdi ki, gərək bunu sənə deməyəydim.

O peşiman olsa da, amma nə fayda! Ağızdan çıxan hansı söz öz ilk mənzilinə qayıdıb ki, onunku da həmçinin, yerinə qayıtsın, mən də sakitləşim. Anam son dəqiqələrində nə düşünüb, necə yaşamasını öz – özlüyümdə bir xeyli götür – qoy etdim.

Demək, anam ölümü ilə də mənim kədərlənməyimi istəmirdi!

Həsən dayı ilə söhbətimiz bitəndən sonra əllərim boşaldı, bədənim süst oldu. Əlimdəki telefon oturduğum divanın üstünə düşdü. Ayağa qalxıb anamın divardan asılmış çərçivədəki şəklinə sarı addımladım. Onunla üz – üzə durub bir xeyli sakitcə baxdım. Fikrim on dörd il qabağa, son görüşümüzə getdi. Anam cib yaylığını çıxarıb qara günümüzə yığdığı qara köpükləri mənə uzatdı. Həyəcandanmı, ya nədənsə bilmirəm, əlləri əsdi. Ona görə də pullar yaylığın arasında qalmayıb cingilti ilə yerə səpələndi. Kağız pullar isə yüngül olduqları üçün yerə çatmayıb havada uçuşurdular.

– Götür, get! Çıx get! Get!.. Təki sən salamat qal!.. — dedi.

Mən ikimizin ayağının altına səpələnmiş pullara nəzər yetirib, hamısı bir yerdə yol xərcini ödəmədiyi üçün təəssüf etdim…

Uzun hekayətdir, elə deyilmi? Amma inanmıram, vətəni əsir övladlardan kiminsə qürbət hekayəti bundan fərqli olsun. Mənim keçdiyim yoldan qısa olsa da.

Qürbət hekayətlərinin hamısı bir biçimdə, bir rənglə yazılır…

9 Qismət Günü, İşıq Ayı, 30 – cu il

Yetim laylalar
Qulağına səslər gəlirdi. Külək səsi, adam səsi, yarpaq xışıltısı, otun, torpağın, daşın, qayanın, göyün, yerin, quşların, heyvanların… səsi. Bu səslərin hamısı bir-birinə qarışmışdı. Qulaqları uğulduyır, bu qat-qarışıq – həm doğma, həm yad, həm munis, həm də vahiməli səslərdən qaçmaq, qurtulmaq istəyirdi. Qorxurdu bu səslərdən. Həm də qorxmurdu. Əfsanələrdə söylənilən Al qadınları kimi şirin, ovsunlu dilini işə salıb tanımadığı yerlərə çağırırdı həmin səslər onu.

Tərpənmirdi. Bir ovuc torpağa dönüb, yerdən bapbalaca boyu ilə azca seçilən torpaq yığnağına qarışmışdı sanki. Bu torpaq yığnağı ilə birgə heç yerdə, heç vaxt eşitmədiyi səsləri dinləyirdi. Həmin torpaq yığnağının özü də, o yığnağın baş ucuna sancılan neçə belə yığnaqlara yol yoldaşı olmaqdan qocalmış, üzü qırış-qırış olmuş daş parçası da, həmin daş parçasının xəcalət tökülən qırışlarını öz gözəl ləçəkləri ilə gizlətmək istəyən bir cüt qızılgül də onunla birgə o səslərə qulaq asırdı. Bəlkə elə bu torpaq yığnağı, üzü qırış-qırış olmuş bu daş da, hələ dünyanın zövqünü tumurcaqlarında yaşayan qızılgüllər özü də danışır, səsini səslərə qatırdı.

Bircə onu bilirdi, duyurdu ki, bura başqa bir dünya, başqa bir məkandır. Buranın daşları, ağacları, adamları tamam başqa cürdülər. Həm də bu daşlar, ağaclar, adamlar bir-birlərinin oxşarıdılar. Boy sırası ilə düzülmüş daşların hamısı bir rəngdə, bir səmtdə, ağacların hamısı bir qaydada, bir düzümdə, adamların isə hamısı bir gözdə, bir baxışdadırlar. Keşikçi ağacların altından zirehli daşlar, zirehli daşların üzərindən isə bir-birinə bənzəyən baxışlar… O baxışların hamısında eyni kədər, eyni hüzn, eyni dalğınlıq gizlənmişdi. O baxışların hamısı bir səmtə, bir tərəfə dikilmişdi. O baxışların hamısı ağrılı, acılı olsalar da heç birindən «imdad edin», «kömək edin» pıçıltıları eşidilmirdi. Heç kəsi gözləmirdilər o baxışlar. Sonsuzluğa dikilir, elə sonsuzluqda da qeyb olurdular.

Düşünürdü… Bəlkə elə bu qara daşlardan boylanan «qara» adamlardı bu səsləri çıxaran. Yox! Axı bu səslər adam səslərinə bənzəmirdilər. Həm də bənzəyirdilər…

Ha çalışdı ki, bu qat-qarışıq səslərin içindən bircəsini seçsin, anlasın. Amma mümkün olmadı. Yenə qulaqları uğuldadı, qarışıq səslərin içində özünün iniltisi də əridi, yox oldu.

Ona elə gəldi ki, sinəsi böyüdü, döşləri südlə doldu və həmin torpaq yığnağının üzərindəki bir cüt qızılgülə, sonra üzü qırışmış daş parçasına, oradan da bapbalaca torpaq yığnağına düşdü. İçində nəfəsini kəsən bir sancı baş qaldırdı. Sancı getdikcə şiddətlənir, bütün varlığını bürüyürdü. Kürəyindən sinəsinə doğru yönələn küt ağrı isə daha dözülməz idi…

… Həkimlər həmişəki kimi adi iş günlərini yaşayır, ana olmağa hazırlaşan qadınlar həmin müqəddəs duyğuları gerçəkləşdirəcək bir dünyanın astanasında gah qışqırır, gah ağlayır, analarını səsləyib, haray çəkir, həkimlərdən imdad diləyir, o müqəddəs dünyanın qapısına tez çatmaq, içəri girmək üçün qaçır, tövşüyürdülər.

Hələ ömründə belə ağrı, bulə sancı görməmişdi. Əvvəl bir saatdan, sonra yarım saatdan, iyirmi dəqiqədən bir tutun sancı bir iki dəqiqə davam edir və sakitləşirdi. Ona elə gəlirdi ki, həmin bir-iki dəqiqə bir az da uzansa dözməzdi…

Qışqırmaq, gücü çatanadək qaçmaq, ağrıların əlindən qurtarmaq istəyirdi. Həkimlərsə ona təzyiqinin çox yüksək olması ilə əlaqədar olaraq, qışqırmağın, hərəkət etməyin dünyaya gələcək körpəsi və özü üçün çox zərərli olduğunu söyləyirdilər. Hətta ışığın da ona mənfi təsir edəcəyini deyib, qaranlıq bir otaqda olmasını məsləhət bilmişdilər. Həsəd aparırdı dəhliz boyu qaçan, qışqıran hamilə qadınlara. Qaranlıq otaqda, arxası üstə uzanıqlı halda bu ölümdən betər sancının sakitləşməsini gözləyirdi. Dodaqları, bənizi dümmağ olsa da, əllərinin içı qıpqırmızı köpmüşdü. Sancısı hər tutanda dəmir çaprayıdan yapışar, var gücü ilə sıxardı. Artıq çaprayı da dilə gəlmişdi. Ondan qurtulacığı anı gözləyirdi. Sancısı dayanan kimi isə göz qapaqları yumulur, illərin yuxusuzu kimi, yuxuya dalırdı. Ağrı və yuxu onun iradəsinə, gücünə hakim kəsilmişdi.

Elə həmin dözülməz sancıların içində kürəyindən sinəsinə doğrü yön alan küt bir ağrı da onun olan hənirini kəsir, qüvvəsini tükəndirirdi. Ona elə gəlirdi ki, kimsə kürəyindən sinəsinə böyük bir bıçaq saplayıb və o bıçağı kürəyindəcə qəddarcasına burur, yenə bururdu.

Onun təzyiqini tez-tez ölçən tibb bacısı əvvəllər ürəyi ilə bağlı bir şikayətinin olub-olmamasını da soruşmuşdu. Yox, – demişdi. Yalan söyləmişdi. Gələcək körpəsinin xatirinə yox demişdi.

Dözürdü bütün bunlara. Bəlkə də uzun zamandır bu ana həsrət qaldığı üçün dözürdü.

Ürəyinin altında başqa bir ürəyin döyündüyünü hiss etdiyi gündən onda həyata bağlılıq, inam, yaşamaq eşqi baş qaldırmışdı. Yaşamaq və körpəsini yaşatmaq eşqi. Əslində həmin yaşamaq eşqinin özü də yaşatmaqdan irəli gəlirdi. O artıq bilirdi ki, bir canlını, həm də onun özünün canında olan canlını yaşatmalıdır. Elə həmin sancıların, ağrıların içində olanda da ürəyinin altındakı ürəyin döyüntülərini eşidir və o döyüntüləri yaşatmaq üçün dözürdü, yaşayırdı…

Bircə anlıq gördü körpəsini. Ağ xalatlı həkim çox həyəcanlı idi. Onun üzündəki həyəcandan hiss olunurdu ki, bu günkü iş günü heç də həmişəki kimi adi iş günlərindən deyil. Bəlkə elə bu gün də adi idi. Bəlkə də həmin ağ xalatlı həkim belə günləri yaşamış, belə anlara da öyrəşmişdi. Amma yox, həkim tələsir, təlaş keçirirdi. O, isə bütün bunları kənardan çox adi, çox sakit seyr edirdi. İçində bir rahatlıq yaranmışdı. Bayaqkı ağrılardan əsər-əlamət qalmamışdı. Qarnındakı sancılar, kürəyindəki «bıçaq yerinin» küt ağrısı hamısı yoxa çıxmışdı. Bir anlıq bu əzab dolu dünyadan uzaq düşdüyünü hiss etdi. Çarpayıdan aşağıyı doğru ümidsiz bir görkəmdə sallanan qollarını yuxarı qaldırdı. Sağ əlini ürəyinin üstünə qoydu. Yox, ürəyi də döyünmürdü. Onun ağrıları ilə birgə ürəyini də ağ xalatlı həkim çəkib bədənindən çıxarmışdı. Bir anlıq həkimin əllərinə baxdı. Gördü ürəyini o əllərdə. Ürəyi bapbalaca idi. Ürəyinin əlləri, ayaqları, saçları, bapbalaca ağzı, burnu var idi. Ürəyinin gözlərinə baxmaq istədi. Amma deyəsən ürəyi onu görmək istəmirdi. O bapbalaca gözlərini bərk-bərk yummuşdu. Ürəyinin avazımış sifətinə, balaca əllərinə, ayaqlarına, sarımtıl saçlarına bir də baxdı. Yavaşca ürəyinə yalvardı, yalvardı ki, gözlərini açsın, bircə dəfə açsın. Ürəyi onun bu yalvarışlarına da cavab vermədi. Susdu… susdu…

Bir azdan ağxalatlılar çoxalmışdı. Onlar tələsir, vurnuxur, onun ürəyini ona qaytarmaq üçün çalışırdılar. Onun ürəyinə iynə vurdular, döyündürmək üçün süni nəfəs verdilər açmadı gözlərini ürəyi. Onun bədənindən qopduğu, çıxarıldığı üçün ağlamadı, hayqırmadı ürəyi. Susdu… susdu!

Sonra isə onun bapbalaca ürəyini başqa yerə apardılar. O da yumdu gözlərini ürəyi kimi, o da susdu, ağlamadı, hayqırmadı susdu… içində ürəyinin gözlərinə baxmaq, səsini eşitmək, nəfəsini duymaq, onu bağrına basmaq, ürəyini öz yerinə – köksünə qoymaq arzusu olsa da susdu. Ürəyinin yerindən bir sızıltı çıxdı. Ürəyinin yeri göynədi. İki damla solğun rəngli yaş dənəcikləri çıxdı ürəyinin yerindən, ağladı ürəyinin yeri…

Yenə susdu… Söyləmədi, heç kəsə demədi ağ xalatlıların onun ürəyini çıxarıb apardıqlarını. Yoxdu daha onun ürəyi. Ağrıların əlində qovrulan zaman göz yaşları altında, inildəyə-inildəyə çağırdığı, səslədiyi, amma səsinə səs verməyən anasına, onunla birgə o məşum gecəni yaşayan ömür-gün yoldaşına da demədi daha ürəyi olmadığını. Heç kəsə demədi susdu…

Onun ürəyinin yeri göynədikcə ağlamaqdan gözləri şişmiş döşləri, bir də qan ağladı, bir də sızladı, bir də göynədi. O yer qan ağladıqca ürəyini gəzdi, ürəyini axtardı. Amma bilirdi… bilirdi ki, artıq ürəyi ondan çox uzaqlardadı. Bir də geri dönməyəcək. Onun bapbalaca ürəyi qocalmış, üzünə qırış düşmüş bapbalaca bir daş parçasının altında bapbalaca bir torpaq yığnağına dönüb. O bapbalaca torpaq yığnağından isə ürəyini alıb heç vaxt öz yerinə qoya bilməyəcək.

Ürəyini oxşamaq, illərdir sinəsində qoruyub saxladığı büküm-büküm, qönçə-qönçə laylaları söyləmək, ürəyinin bircə təbəssümünü görmək, nəfəsini duymaq istədi. Boynunu bükdü laylaları, yetim qaldı laylaları…

…Anladı, bildi ki, daha onun ürəyi başqa bir dünyanın yetim sakinidir, o isə bu dünyanın… Heç vaxt, heç kimə söyləyə bilmədiyi iniltilər dilə gəldi, danışdı…

Bu dünyada mən yetiməm,

O dünyada balam yetim!

Həmin iniltilər yenə də həmişəki kimi tanımadığı, bilmədiyi qatmaqarışıq səslərə qarışdı. Elə bu qatmaqarışıq səslər içindən qulağına çox aydın eşidilən, həm də başa düşülən bir səs gəldi:

- Gəl, ay bala, gəl, burada ha dursan, ha gözləsən də bir xeyri yoxdur. Mən on beş ildir ki, bu yerə-gəlib gedirəm. Amma bu on beş ildə bircə nəfərin geri döndüyünü görməmişəm. Gəl, gəl gedək…

Bir əlində yaylıq, o biri əlində gülabdan tutmuş qara örpəkli qadının səsi onun bütün ağrı acılarını əlindən aldı. O dəhşətli hənirini kəsən sancı, kürəyindəki ağrılar da birdən-birə yoxa çıxmışdı. Bayaqdan bəri qulaqlarında uğuldayan qatmaqarışıq səslər də susmuş, kirimişdi. Qeyri-ixtiyari əllərini sinəsinə apardı. Döşlərinin şişi də çəkilmişdi…

Başını qaldırdı. Sanki bu yerləri ilk dəfə idi görürdü. Fikirləşdi, fikirləşdi ki, aman Allah burada nə qədər bapbalaca torpaq yığnaqları var imiş. Həmin torpaq yığnaqları, üzləri qırışmış daşlar getdikcə böyüyür, böyüdükcə sanki üzlərinə sığal çəkilir, «qoca», dümmağ, simsiyah, par-par yanan mərmərlərə dönür, həmin mərmərlər isə ölümü cavanlaşdırır, sonra isə kiçildirdi…

Kloun
-Mən onu istəyirəm, onu istəyirəm… onu — beş yaşında uşaq dil qəfəsə qoymurdu. Klounu göstərərək dayanmadan anasının əlini dartırdı.

-Yaxşı atana deyərik çağırar.

-Yox mən özüm onun yanına getmək istəyirəm.

-Olmaz.

-Niyə axı?…

-Adam klounun yanına getməz. O, özü gələr. Atana deyərik «zakaz» eləsin.

Səriyyə xanımın ad günü idi. Qohum-tanışda restoranda Lütfi müəllimin təşkil etdiyi mərasimə qatılmışdı. Özündən on beş yaş kiçik arvadına ad günü keçirmək Lütfünün ürəyincə olmasa da, məcbur idi. Çünki ötən həftə rəfiqəsinin yubileyində Səriyyənin hər şeyə necə həsədlə baxdığını hiss etmişdi. Özünə söz vermişdi ki, arvadına mütləq ad günü keçirəcək. Özü də necə…

Ovqatlarının daha xoş keçməsi, özünün təbirincə desək «əl-ayağa dolaşmaması» üçün balaca oğlunu dayəsigildə qoymağı qərara almışdı. Amma tərslikdə özünə çəkmiş oğlunun hönkürtüsünə dözməmişdi. Məclisin əvvəlində uşaq böyüklərin əhatəsində özünü böyük kimi aparmağa çalışdı. Amma sonra yenə uşaqlığı tutdu. Uzaqdan klounu görən kimi «Mən onu istəyirəm, onu…»–, deyə vurnuxmağa başladı.

-O klounu «zakaz» elə gəlsin. Bayaqdan özünə əl qatıb — Səriyyə dilləndi.

-Noolub ə, — atasının sualının cavabı özünü çox gözlətmədi. «Onu istəyirəm, onu…» — balaca əlini klouna tərəf uzatdı.

-İndi təşkil edərik — Lütfi ofisiantı çağırdı — O gədiyə deynən gəlsin bura.

-O, stollara yaxınlaşmır ki, müəllim — uzun illər restoranda çalışdığından ofisiantda peşəkar vərdiş yaranmışdı: birincisi, sifariş qəbul edəndə müştərinin qarşısında təzim edirmiş kimi dayanardı, ikincisi peşəsindən asılı olmayaraq hamıya «müəllim» deyirdi. Əslində qalsa müəllim özü idi. Özü də fizikadan dərs deyərdi. Amma bir vaxtlar…

-Nətəhəri stola yaxınlaşmır ə?… Lütfi təəccüblənmiş kimi gözlərini ofisianta bərəldərək, cavabını gözləmədən — get «adminstratoru» bura çağır — hıçqıraraq ağzını düz ofisiantın üzünü marçıldatdı.

-Bilirsiniz müəllim, qayda belədir e… vallah. Uşaqları klounun yanına qoyurlar ki, başlarını qatsın. Bura gəlib sizin istirahətinizə niyə mane olsun ki? Qoy balacanı aparım…

-Hə, hə mən gedərəm — uşaq qaçmaq istədi.

-Otur yerində ə. Dedim bura gələcək vəssalam.

-Ata qoy mən gedim kloun əminin yanına.

-Ə, adam klouna «əmi» deməz. Öküz boyda əmilərin oturub burda, heç onlara «əmi» demirsən. Gədiyə denən gəlsin bura — Lütfü ofisianta üzünü bozartdı.

-Əsəbiləşmə mənim «ponçikim» indi gələr.

-Ay ana, deməmişəm o sözü mənə demə — Lütfi tərs-tərs anasına tərəf baxdı.

Onun həmişə yanaqları qırmızı olardı. Elə uşaq vaxtından boyunun balacalığına, yanaqlarının qırmızılığına, yaşıdlarına baxan yerdə ətli-qanlı olmasına görə hamı ona «ponçik Lütfü» deyərdi. İndi bir az da içkinin təsirindən ofisiantı bozaran sifəti əməlli-başlı ponçiki xatırladırdı.

Kloun bu restoranda çoxdan şiləyirdi. Ofisiantdan da əvvəl. Onda bura heç restoranda deyildi, fəhlə yeməkxanası idi. Neftayırma zavodunun fəhlələri üçün nəzərdə tutulsa da, yoldan keçənlər də daimi müştərilərə çevrilmişdilər. O da burda ofisiant işləyirdi.

Bir gün müdiri işdən çıxardılar. Təzə şef də yeməkxananın profilini dəyişdi. Həyəti genişləndirdi, palma ağacları əkdirdi, kabinetlər düzəltdirdi… Bir sözlə əsaslı kapital qoyuluşundan sonra fəhlə yeməkxanası çönüb oldu restoran. Artıq yeni müştərilər peyda olmağa başladı, fəhlələrin, yoldan keçənlərin də ayağı buradan kəsildi. O, isə əvvəlki işində idi, qulluq göstərirdi. Həm də indi tək deyildi, təzə müdir yeniyetmə uşaqlardan təzə ofisiantlar dəstəsi düzəltmişdi. Ona da eşitdirmişdi ki, yaşlı ofisiant müştəriləri qaçırda bilər, mətbəx işləri ilə məşğul olsa yaxşıdır. Bir müddət mətbəxdə işləyəndən sonra ağlına «əla» ideya gəlmişdi- «bəlkə klounluq eləyim». Birinci, arvadı buna razı olmamışdı. «Kloun nədi? Dəli olmusan ay kişi?.. İndən sonra klounluq eliyə bilərsən?». «Niyə eləmirəm. Mətbəxdə pişik kimi eşələnməkdənsə, klounluq eliyib uşaqların başını qataram. Həm də məni kim tanıyacaq, üz-gözümü qrimləyərəm, papaq qoyaram, maska taxaram. Hörməti də ki, hörmət. İndi klounlara yaxşı hörmət eliyirlər. Sabah müdirə deyəcəyəm».

Müdir ideyanı yaxşı qarşıladı. Dərhal razılaşdı. Ona tünd qırmızı rəngdə uzun qotazlı papaq, sarı yekə burun, yaşıl, göy, qırmızı zolaqlı kostyum tikdilər. Özü də yeni peşəsinə tez alışdı. Bütün uşaqların, hətta içib açarının itirəndən sonra elə böyüklərin də sevimlisinə çevrildi. Bəziləri isə restorana elə klouna görə gəlirdilər. Restoranın televiziyada gedən reklam roliklərində də əsas sima kimi onu çəkmişdilər. Bu peşəni seçəndə bir məsələdə haqlı idi — klouna doğurdan da hörmət edirmişlər, özü də hələ fəhlə yeməkxanasından bəri işlədiyi uzun illər ərzində belə hörmətli olmamışdı.

Təxminən üç dəqiqədən sonra kloun stola yaxınlaşdı.

-Harda qalmısan ə?..– Lütfü qızarmış gözləri ilə klounu aşağıdan yuxarıya süzdü– buna bax bunun papağına bax! Ə, sən kişisən?

O, bütün gözlənilməz suallara hazır idi. Dəfələrlə dəcəl uşaqların, əyyaş böyüklərin duzsuz suallarını çox cavablandırmışdı. Amma belə şit və axmaq sual birinci dəfəydi eşidirdi.

-Mən kolunam– sakitcə dilləndi.

-Kişi döyülsən niyə? — masanın sağ tərəfində oturmuş yekəqarın birisinin qoyunun qabırğasını dişinə çəkə-çəkə təkrar etdiyi suala yenə sakitcə cavab verdi:

-Mən klounam.

-Ayə yox e, deyirlər ki, kişi döyülsən? — bu dəfə Lütfünün o biri qardaşı dilləndi.

Bir istədi desin ki, «ay …, sizə kişi lazımdı?» — özünü güclə saxladı.

-Yaxşı kimsən bilmirəm, gör bu uşaq nə istiyir? — Lütfü əlini cibinə salıb klounun burnuna 10 dollar yapışdırdı.

-Adın nədi qaqaş?

-Truladı, kloun dayı.

-Ə indi də əmidən qurtardın dayıya keçmisən. Bəs əjdaha boyda dayılarından utanmırsan — Lütfü oğluna incik nəzərlərlə baxaraq dilləndi — Adam klouna dayı deməz.

-Tural bala gəl səninlə top-top oynayaq.

-Oynayaq — uşaq sevincindən az qala ağlayacaqdı.

Göy topu ona sarı tulladı, özü də əzilib-büzülərək tullanmağa başladı. Uşaq sevincindən atılıb-düşürdü, klounu yamsılamağa çalışırdı. Bir az topla oynadıqdan sonra uşağa qaçaraq onu tutmağa təklif etdi. Tural əlini əlinə vurub onun arxasınca düşdü. Bərkdən gülə-gülə klounun quyruğundan tutub onun kimi qaçmağa, masaların başına fırlanmağa başladı.

-A, bu kloun uşağı niyə camaatın başına fırlıyır — Səriyyə şərab badəsini yerə qoyub üzünü ərinə tutdu.

-A gədə, uşağı niyə fırlıyırsan, hıy? — Lütfü hıçqıra-hıçqıra klounu səslədi.

-Bilirsiniz burda başqa cür oynamaq olmur. İcazə verin balacanı aparım o biri uşaqların yanına, siz də istirahət edin.

-Heç elə şey yoxdu, burda oynayacaqsan. Özü də mən deyən oyunu. Əyil qoy uşaq minsin belinə, sonra nə qədər istəyirsən qaç.

-Yox mən minmirəm — Tural ağlamsındı.

-Ə, min, özü də «hoşa-hoşa» de. Sən yaşda olanda o qədər eşşək minmişəm ki…

-Ay Lütfü doğurdan eşşək minmisən? — Səriyyə soruşdu.

-Bə, nədi. Elə bilirsən  ki, həmişə «Cip»də gəzmişəm.

Masadan boğunuq bir qəhqəhə qalxdı. Lütfü elə bərkdən danışırdı ki, ətrafdakılar onu eşitməyə bilməzdilər. Noyabr ayı olmağına baxmayaraq hava meyxoş idi. Müştərilər bayırda süni gölün kənarında palma ağaclarının altında oturmuşdular.

Kloun uşağı belinə alıb at kimi qaçırdı. Bu balacanın xoşuna gəlirdi. Ara-bir «hoşa-hoşa» deyib qışqırırdı:

-Sən eşşəksən? — uşaq pıçıltıyla kloununun qulağına dedi.

-Yox, mən atam.

-Bəs atam mən boyda olanda niyə eşşək sürüb?

-Çünki sənin atanın kəndində ancaq eşşək olub — verdiyi cavab ürəyindən tikan çıxarsa da, bir qədər qorxuya düşdü. Birdən uşaq atasına deyər… Onda nə olacaq? Sonra sözünə düzəliş vermək istədi:

-Bilirsən Tural at eşşəkdən balacadı. Allah qoysa sən də bir az böyü, onda atan kimi eşşək minərsən…

-Ə, bura gə görüm ə, hoşa…– Lütfünün xırıltılı səsi eşidildi.

-Deyirəm bu rumkalarımızı da dolduraq və içək klounun sağlığına — Lütfü «hazır» idi. O, dəmlənəndə gərək dindirməyəsən. Yoxsa elə söyüşlər söyər ki, yeddi qatından keçər.

Bir dəfə Səriyyənin kiçik qardaşı ilə içəndən sonra qayınanasının ünvanına elə yağlı «komplimentlər» demişdi ki, qayının üstünə bıçıq çəkmişdi. Arvadının qışqırtısına yığılan qonşular çətinliklə aranı sakitləşdirmişdilər. O vaxtdan nə kiçik qayını, nə qaynanası onun qapısını açırdılar.

-Tut görüm bunu — Lütfü qədəhi klouna tərəf uzatdı.

-Yox rəis qadan alım. Mənə olmaz. Vallah olmaz. Sonra uşaqlara nə deyərəm.

-Ə, sənə deyirəm tut.

Tural hələ klounun belində idi. Atasının təkidindən sonra ağlamağa başladı.

-Qoy yerə o it oğlunu. Ağlama ə, kişi ol. Mamasının ad günündü adam heç ağlayar. Qoy kloun düdük biznən əlli-əlli vursun, sonra sənnən top-top oynayacaq.

-Vur kloun əmi, dayı… sonra top-top oynayarıq.

-Gördün uşaq da deyir. Vur…

Kloun bir göz qırpımında badəni başına çəkdi. Tezcədə topu götürüb uzaqlaşmaq istədi.

-Yox-yox. Belə olmaz. Uşağı heç yerə aparma. Elə burda oynaqla…

Lütfü klounun qoltuğunda tutduğu topa bir təpik vurdu. Top süni gölün çarhovuzuna dəyərək suya düşdü. Tural yenə ağlamağa başladı. Bu dəfə hönkürə-hönkürə… Kloun pərt halda uşağın başını sığallayıb sakitləşdirməyə çalışdı: «Ağlama göy top suya düşdü, qırmızısını gətirərəm».

-Yox mən onu istəyirəm — uşaq hönkürtüsünü kəsmirdi.

-Yaxşı onda onu sudan çıxararam — dedi.

Yaxınlıqdakı ofisiant hardansa uzun bir çubuq gətirdi. Topu diyirləyərək bir qədər yaxına itələdi. Kloun çarhovuzun kənarında ehmalca əyilib topu əli ilə götürməyə çalışdı. Bu vaxt qüvvətli bir zərbə hiss etdi. Əslində hiss etməyə heç macal da tapmadı, başı üstə gölə düşdü. Əksinə buz kimi suyun soyuqluğu iliyinə qədər işlədi. Xüsusi sifarişlə tikilmiş kostyumun bütün rəngləri bir-birinə qarışdı. Hamı bütün seyrçilər elə bildirilər ki, kloun uşağı sakitləşdirmək üçün suya özü baş vurub. Bu qeyri-adi sərgüzəştdən cuşa gələn müştərilər onu alqışlamağa başladılar. Bircə masanın küncünə qısılmış uşaq atasının klouna təpik vurduğunu, sonra da əlini-əlinə vuraraq qəhqəhə çəkdiyini anlaşılmaz hisslərlə, heyrətlə gözlərini bərəldərək seyr edirdi.

Kloun suyu süzülə-süzülə göldən çıxıb, uşağa yaxınlaşdı, topu ona uzatdı. Uşaq pıçıltıyla:

-Sən kşisən? — dedi.

-Mən  klounam — cavab verdi.

-Bəs kişi kimdi?

-Kişi sənin atan, əmin, dayın…

-Onda mən də klounam…–, uşaq bu dəfə bərkdən dedi.

Ömrümün 10 ili
Həsrətlə baharın gəlişini gözləyirəm. O, baharı ki, dəmir barmaqlıqlar arasından ancaq təravətini, nəfəsini duya bilərəm. O, baharı ki, burda qadın dolu və hər tərəfdən bir səs gələn, hər ürəkdən bir dərd bölüşülən, amma yenə də bu səs dolu zülmət səssizlikdə, elə həmin bu dəmir barmaqlıqlar arasından quşların şən cikgiltisini eşidəcəyəm. O, baharı ki, hələ 9 il beləcə gözləyəcəm.

Bu gün düz 1 il keçir əllərimə qandallar taxılan o gündən, amma hələ də gözlərimin önündən getmir hökmün oxunan o an. 4 tərəfimdə məhkəmə divarları, qarşımda mənə məni cəlladmışam, qəddarmışam kimi göstərən, soyuq baxışlı hakim, bir tərəfimdə lehimə, digərimdə isə əleyhimə olan vəkillər, arxamda isə neçə-neçə məni qınayan, mənə nifrətlə baxan, mənə tüpürən gözlər… Mən necə də yalqızammış, ay Allah! Heç kim məni dinləmədi, anlamadı, heç kim mənə inanmadı.

Offf… of pul, pul, pul.. Dilim utana-utana boynuma alır ki, nə qədər böyük gücə sahibdir bu balaca kağız parçası. Zəif, yüngül insanların, üstündə necə də ağalıq edir pul, öz qullarını ağa göstərərək.

Ehh….., başladılar danışmağa yalançı şahidlər, yekəqarın vəkillər. Ama mən heç kimi eşitmirdim. Dəhşətdən bərəlmiş, acıdan yaşarmış gözlərimlə baxırdım ətrafıma və düşünürdüm: Aman Allah gözlərimin önündən necə də axır həyatım. Bu güclü görünən, özlərini ağıllı, doğru sayan insanların arasında demə bircə mənəmmiş zəif görünsəmdə əsl güclü, doğru olan. Çünki, əməlimdən peşmən deyiləm, alnım açıq, üzüağ baxıram qarşımdakına, boynum bükük deyil.

Görən, nədir namus? Vəhşi bir pəncənin və ya dişin qabağına atılacaq yemmi, bir toz qədər dəyəri olmayan gərəksiz bir şeymi? Cinayətkarammı? – bəli. Bu adı özümə qazandığım o an, coşmuşdu, dayanmadan hərəkətdə idi, fırlanırdı fələyimin çərxi. Nə qədər hayqırsamda, hayqırışım sanki, içimdə boğulmuş, ya da lal bir insanın çığırtısıymış kimi heç eşidilmədi. Hansı ki, avazım ən son tonuna qədər, çığırırdı, amma boşa, çünki, heç nə durduran deyil bu çərxi. Buna yetən güc yoxdur. Bu gün zorla mənə sahib olmaq istəyən, namusumu korlamağa çalışan və sabah bunu başqa, saf, pak qızlara qarşı törədən əclafa təşəkkürmü etməliydim? Əlbəttə ki, yox! Namusumu qorumalıydım və qorudum. Amma bunu bilən varmı? Kim biləcək, kim mənə haqq verəcək, kim məni qoruyacaq? Mədələrini görməmiş kimi kağız parçaları ilə doldurub, “özlərinin də qızları var”-amma bunu düşünməyən, mənə pozğun, ləyaqətsiz qadın damğası vuran, daş ürəkli zalımlarmı? Ordakı yalançı şahidlərdən deyil, mənim şahidim. Bir tək Allah bilir olan hər şeyi.

Dilimiz dönüb-dolaşıb helə zəmanə korlanıb deyirik, daha demirik ki, insanlar korlanıb və öz murdar ürəkləri ilə korlayırlar ətrafı. Necə də vəfasızdır bəslədiklərin ay dünya, necə də pozublar səni! Necə də korlayıblar bu insanlar bu fağır zəmanəni.  Hakimin mənə hökm oxuduğu həmən o an, ürəyim dəlicə çırpınırdı. Gözlərim heç nə görmür, qulaqlarım heç nə eşitmirdi. Bircə onu bilirdim ki, namusumla, arımla, əyilməz qamətimlə, güclü qadınlığımla mən fəxr edirəm. Bəli, düz 10 il, 10 böyük il aldılar ömrümdən. Və mən o  an anladım ki, bu həyatda nə qədər ağadır, nə qədər doğrudur yalan.