2007-11-12 |
Aslan Quliyev |
Dəstəkdən cingiltili, ürəyə yatan qız səsi gəlirdi, bu səsdə nəsə bir qəribəlik var idi. Mən sizinlə üzbəüz binada oluram, qız deyirdi, aşağıda, ağacların arasındakı çəmənlikdə uçan kəpənəyi mənim üçün tuta bilərsənmi?
Heyrətdən özünü itirmiş halda ayağa qalxıb pəncərə qabağına gəldi, aşağı, qızın dediyi çəmənliyə baxdı. Doğrudan da otların, [...]
2007-11-09 |
Günay Sabirqızı |
Reallığın acı hayqırtısı qulağını deşirdi. «Heç bir möcüzə, sehrbazlıq mövcud deyil»
Sərin payız mehi tellərini sığallayır, axmaq düşüncələri başından qovurdu.
Amma beyninin dərinliklərinə hopub gizlənmiş, özünə də aydın olmayan qaranlıq fikirləri yox etməkdə hətta meh də aciz idi.
Romantika yoxsa Reallıq? İçindən «eşidilən» səssiz siqnal bu gün məğlubun təyin ediləcəyini bildirirdi. Necə?!..
2007-11-07 |
Elnarə Şəms |
Pəncərəmə yağış qonaq gəldi bu gecə.
Döydü, açmadım.
Bir də döydü, döydü, döydü…
Mən isə baxırdım. Nə açırdım pəncərəni, nə də ki, önündən uzaqlaşırdım. Elə bil ki, kimdənsə qaçmışdı,gizlənmək istəyirdi.Tez-tez dönüb ətrafa göz gəzdirir və təkrar-təkrar pəncərəmi döyürdü. Mənə elə gəlirdi ki, o deyir: – Aç, nə olar, imdad elə, məni qovurlar, aç, [...]
2007-09-24 |
Günay Sabirqızı |
Bitən payızın son yadigarı- boz yarpaq qonub pəncərəmə. Asta-asta, aram-aram gözəl qızın hekayətini pıçıldayır mənə: «Kökləri boz torpağa uzanan, boz gövdəli ağacın boz yarpağıydım. Ancaq mavi donlu çiçək bitdi. Ləçəklərini yellədərək qonaq gəldi boz dünyamıza. Saçlarını günəş sığallamışdı sanki, şəfəq saçırdı. Gözlərindən səma öpmüşdü sanki, bərq vururdu. O, gözəl qısa şəlalələr don geyindirmişdi. Xoşbəxtlik [...]
2007-09-16 |
Əvəz Qurbanlı |
О gün gələcək(mi?)!
(Milli Оrdumuzun yаrаnmаsının 89 illiyinə ithаf еdirəm…)
Miq-29 qırıcı-bоmbаrdmаnçı döyüş təyyаrələrimizin və hərbi vеrtоlyоtlаrımızın pаytахt səmаsındа rəngli tüstülərlə Аzərbаycаn bаyrаğını çəkə-çəkə mаnеvr еtdikləri günün gеcəsi (yəni həmin günün səhəri аçılmаmış) qəribə bir yuхu gördüm. Görürəm ki, işğаl аltındа оlаn rаyоnlаrımızdаn birindəyəm. Qızğın döyüşlər gеdir.
2007-09-08 |
Gülər Sadıqova |
Qan damarlarımız, bədən hüceyrələrimiz…Əsl faciəni, əsl əzabı onlar yaşayır. Biz onların ayrı – ayrılıqda daşıdıqlarını yaşayırıq. Əzab dolu həyatımız onların üzərində. Bəzən düşünürəm: Görəsən insanlar şeytan və mələyin əslində onların özlərinin olduğunu yəni başa düşməyəcək qədər axmaqdırlar?
Üsyan! Yox, bu heç də rok deyil. Bu, mənim hüceyrələrimdir. Bu, mənim qan damarlarımdır. Şeytan mənim içimdə. Mələk də [...]
Basabası yara-yara balet teatrlarınının aktyorları kimi barmaqlarının ucunda çətinliklə arxaya keçdi. Arxa cərgədə oturan oğlanlardan biri qalxıb ona yer verdi. Yorğunluğunu, ayağının sızıltısını oturanda hiss elədi. Sızıltı bədəninə yayıldıqca rahatlandı. Bir anlıq avtobusa sanki isti hava üflədilər. Böyüklü-kiçikli insan nəfəsləri bir-birinə qovuşaraq avtobusdakı soyuğu itələyib saldılar yerə. Ömrünün üç ilini çıxmaqla qalan qırx yeddi ili [...]