Ramin Abbaszadə: “Şeirlər”
Yağmur yağanda.
Ağlamağım gəlir.
Ağlayanda
şeir cücərir.
Şeir yazanda
sən.
Sən gələndə
özləm
dərd-qəm.
Bir də ağ-qara xatirələr.
Səninçun sevmədiyim qızlar.
Sındırdığım ürəklər.
Yağmur yağanda.
Ağlamağım gəlir.
Ağlayanda
şeir cücərir.
Şeir yazanda
sən.
Sən gələndə
özləm
dərd-qəm.
Bir də ağ-qara xatirələr.
Səninçun sevmədiyim qızlar.
Sındırdığım ürəklər.
Bu qədər asan olmamalıydı hər şey…
Tanışlardan telefon nömrəni götürmək,
əlini tutmaq, evə ötürmək
əvvəl dodaqlarına
sonra xətrinə dəymək
bu qədər asan olmamalıydı…
İkimiz də istədiyimizə çatan kimi tükəndik.
ikimiz də olduğumuzdan
artıq olduq görünür.
Bu qədər asan olmamalıydı…
Günəş-
üzündən qopmuş bir parça…
Mən səni unutsam,
məni unutma!
Sən- mənim sevdiyimin,
Mən- sənin gordüyünün
yarısı…
Kiminsə gözünün,
Kiminsə ürəyinin qarası…
Adımı dəyirmançı qoydun,
Üstümdəki unumdanmı,
Sən məni beləmi tanıyırsan
əynimdəki libasımdan,
donumdanmı?
Nahaq naşı bilirsən
bu dəyirmançını, əzizim,
Sənin ilk dəfə getdiyin hər yolda
neçə dəfə o tərəfədir,
neçə dəfə də bu tərəfə
mənim köhnəlmiş izim…
Arzularım zəncirlənib
Ömrümün zindanında…
Qədrini bilmək istəmirəm bəxtimə düşən anın da.
Ümidlərim yol gedir
Yıxıla dura.
Sabahlar da sənsiz açılır
Könlümü qıra qıra.
Daha gülə bilmirəm
Gözlərimin içinə.
Sevgimiz vəsiyyət etmişdi mənə
Keçinə-keçinə:
Çalış heç kimi sevmə….
Səni çox sevirəm
ölümünə sevirəm.
Yuxularını gəzərəm,
sənə həmdəm olaram.
Sənə sevirəm deyib,
dodağından öpərəm.
İllərdi ki, dillərdə olub car şou-biznes,
Etmiş bu sənət meydanını dar şou-biznes!
Dostlar, bu sənət meydanı gör kimlərə qaldı,
Hər yoldan ötən ulduz olub oynadı, çaldı…
Yazıq peşəkarlar, korifeylər yalan oldu,
Bunlar nə “əmək” çəkdi, əməkdar adı aldı?
İxrac eləyir yoxsa əməkdar şou-biznes?