Eşqimin yazında qarmı yağacaq?
Çiçəkli dağlardan çən ətri gəlir.
Vərəqlədim, oxumağa gecikdim,
Həyat kitabımdan tən ətri gəlir.
Dünyanı dərk edib, duyub, qanalı,
Könlüm sevincini oldu danalı,
Yoxsan, həsrətinin əli xınalı,
Vüsalın saçından dən ətri gəlir.
2008-08-05 |
Elnarə Şəms |
Bu yollar qəsdimə durublar nədir,
Elə addımbaşı yıxırlar məni.
Yollarda tələlər qurublar nədir,
Canımın içini sıxırlar mənim.
Yol var ki,küçənin başından keçir,
Məzar daşı kimi cansız,soyuqdur.
Yol var ki,gözümün yaşından keçir,
Elə qəlbim kimi oyuq,oyuqdur.
2008-08-01 |
Pərvanə Əliyeva |
İnsan ömrü boyu axtarır onu,
Ona qovuşmağa can atır hər gün.
Elə insan var ki, bir ömür boyu
Onun həsrətilə soldurur hüsnün.
Biz də axtarmışıq onu illərdir, -
Budur, qarşımızda durub o çiçək.
O, necə zərifdir, necə gözəldir, -
Biz qıymasaq, bir başqası dərəcək.
(Səlim Babulla oğlunun «hava hələ qaralmayıb» şerinə)
səngərlərdə düşmənlərlə döyüşən
igid əsgər həlak odu
övladını itirən ana …
muharibəyə,düşmənə də
Vətəninə , dostuna da
əlini göyə acıb
üsyan edir yana-yana
həsrətini qoxulayır,
balasının köynəyini
ətiriylə duxulayır
qəlbindəki müdhiş açını ana-ana
Üzünə baxdım
Yox heç baxmamış da içim yandı
İlk qırışların
İçim yanmır
Yox heç yanmır.Çünki artıq küləm.
Yanacaq bir yerim qalmayıb.
Yanacağım qurtarıb.
Sənə gülmə deyə bilmərəm
Ağlama da həmçinin.
Gülmək sənə çox yaraşır
Ağlamasın için.
2008-07-23 |
Sərxan Xəzər |
(Yaxud Corc Buşa dedikləri)
…Corc Buşun Əfqanıstan və İraqda apardığı müharibələr nəticəsində demokratik dəyərlərə inam azaldı və bir çox ölkədə demokratiya yadellilərin işğalçılıq niyyətlərini pərdələyən ideoloji silah kimi anlaşılmağa başlandı…
Bəsdir məni gilə-gilə
anaların gözlərindən axıtdığın,
qadınların namusuna ləkə kimi tanıtdığın,
həyata təhlükə kimi tanıtdığın
Bəsdir daha!
2008-07-21 |
İlham Çərkəz |
Mən gözümü açan gündən
Lənətin dar ağacından
səni asılmış görürəm.
Allah söyür, bəndə döyür,
baş gözünə təpik dəyir,
küncə qısılmış görürəm.
Hamı yüz qələt eləyib,
yüz lənət şeytana deyir…
Adəm oğlunun sürüsü
“təki” döyməyə ustadı.