Category Archives: Şeir

Üşüyürəm

Sənin soyuqluğun,
bir də Bakı küləyi
Yaman üşütdü məni.
Soyuğa dözəmmirəm
Mən Aran balasıyam
Bir insafınız olsun
Mən Ağ Ayı deyiləm,
Mən Adam balasıyam

Fit səsi

Getmə dayan. Bir dəqiqə qulaq as
Qoy bitsin bu ayrılıq bitsin bu yas
Ən gözəl duyğular: sevgi, ehtiras
Qəlbdə sənin üçün dəstələnibdir
Gündüzlər də, gecələr də, zülmət də
Sənsizlik də, yalnızlıq da, həsrət də
Ayrılıq da, xəyanət də, nifrət də
Getdiyin yollarda tüstülənibdir

Telefon zəngləri

nəfəsini duymaq
ən gözəl musiqidir
danış, dinləyim
sevgilim
telefonu qucaqlayıb yatmaq
səni yanimda düşünməkdi
hər gecə
dəli hisslərimi
bölüşməkdi səninlə
bu gecənin aləmində
görüşməkdi səninlə
aramizdakı məsafələri yaxınlaşdırar
telefon zəngləri.

Aşıq dilindən

Ey düha, bir neçə söz bəxş elə ki, yara deyim,
Könlümün naləsini, sevgimi gülzara deyim.
Mən ki, Məcnun kimi səhralara düşmək bilməm,
Qəlbimin sirrini sən söylə görüm, hara deyim?
Mənə canan ki, özü ruhunu vermiş getmiş,
İstəməzdim ki, bu sirri gedə əğyara deyim.
Ürəyim hicran əlindən alışıb yandı, aman,
Uçar dağlar, əgər ki, dərdimi dağlara deyim.

Cib şəhəri

Bu şəhərdə adamlar
Bir-birinin cibində.
Yatır dostlar, qohumlar
Ciblərinin dibində
Ciblər gəlir üz-üzə,
Ciblər adam daşıyır.
Bu şəhərdə adamlar,
Ciblərində yaşıyır.

Xəzər

Bu gün sahilində dayanacağam,
Səninlə söhbətə gəlirəm, Xəzər.
Sirrimi tək sənə mən açacağam,
Səndə pənahımı gəzirəm, Xəzər.
Sən də dalğalısan illər boyunca,
Mənim ürəyim tək dayanmayırsan.
İnsan rahat olur həmdərd olunca,
Nədəndi dərdimə inanmayırsan?

Təkliyimə gələn qonaq

“ümidimi itirmiş halda
oturmuşsan,
göz yaşların gözlərindən
işartıyla yanaqlarına süzülür
ruhunun sahib olduğu
bədənin əzabıyla qovuşur
bu görüşmələr cox uzun
çəkir , bilirəm