Ömrümdən bircə günüm, zil qaranlıq bir gecə,
Yenə hövlank oyanmışam, düşünürəm gizlicə.
Açıldıqca ömür səhfəm, yaşandıqca hər anım,
Şıltaq körpə uşaq təki, məni danlar vicdanım.
Eh əzizim, yırğalanıb oyandıqca duyğular,
Gözlərimdə donan səni, xəyalını nəm yuyar.
Davamı »
Xasiyyəti pisdir deyə gəlməz xoşa yumruq,
Gəlməz xoşu – bir zərbəsi çıxsın boşa yumruq!
Döz yumruğa ki, hökmü verilmiş “dözüm” üstə,
Dözmək də göz üstə! Yeri var çün gözüm üstə…
“Göz üstə qaşın var!” - deyərək, bir sözüm üstə,
Çatdırdı özün alnıma nagah qoşa yumruq!
Davamı »
Gözlərim yumulu,
ağzımı da
qapaya biləydim kaş,
qəhqəhələrimdən
qulaqlarım tutulur,
ayaqlarım
sevmədiyim yerlərdən üzülüb,
əllərim
can atmadığım göylərdə oynayır,
gözlərimdən
yaz yağışı damcılayır,
Heç kimdən bu qədər utanmamışdım,
Bu gün səndən utandığım qədər.
Sən gözümün içinə baxa-baxa yalan söyləyəndə
Çəkdim gözümü üzündən,
Utandım gözündən,
İnanmadığımı anlarsan deyə gözümdən,
Zillədim onları çayıma…
Qoydum özümü axmaqlığa ki,
Əmin olasan inanmağıma…
Hər kəsin əlinə bir fürsət düşüb
söz demək fürsəti
Hamı danışır.
Məsləhət verən var,
ağıl verən var.
Misallar gətirib nağıl deyən var.
Sözdən ilham alıb qanad açan var,
“üsyan et” söyləyib, vaxt yetişəndə
sözündən gizlənib qaçan adam var.
…Eh yazıq kişilər, bu gedişnən hara gedirsiniz
Arvadı yüz gündə bir dəfə bazara göndərəmmirsiniz
Boşluqdan domino oynayırsınız
Bir gündə yüz dəfə bazara gedirsiniz
Düşməni üzdən tanımırsınız
Domino daşlarını tərs üzündən tanıyırsınız
Sizi bu günə salanı yox
“naparnik”inizi qınayırsınız
Davamı »
balaca bir soyuq otaq…
haylı, küylü insanların
səslərindən təngə gəlmiş
soyuq divar…
susmuş o da…
sükutunun görkəmində
kimlərinsə xəyalı var.
sınmış olan qürurundan,
gözlərini dikmiş yerə
düşünməkdə…
Yarısını ona verdim,
yarısını ona.
Bir az qalmışdı,
qara günə saxlamışdım
onu da Başqası aldı.
Mənə heç nə qalmadı ürəyimdən.
Həkimə getdim,
dedi: “Gətir, yerinə qoyaq”
Döydüm qapısını Onun,
Başqası açdı.
Sizə gələndə
Onu gördüm qapıda.
O birisini axtardım,
dedilər, həkimə gedib…
Davamı »
Mənim sevda nağıllarımın
sayı bitib-tükənməz…
Hər bir yeni nağılın
başlanğıcı sonluğundan
xəbər verər,
Heç bir sevda nağılım
xoşbəxt sonluqla bitməz…
Hər nağılım bitdiyində
öyrəndim daha sərt olmağı
daha laqeyd, daha soyuqqanlı
yanaşmağı
tərk edilmələrə,
məyusluq dolu xatirələrə…
Davamı »
səninlə yalnızlığı unutdum
yalnızlığı
artıq düşüncələrimdə biri var
dərdləşdiyim,
bölüşdüyüm,
sevişdiyim…
səninlə özümü sevməyi unutdum
özümü sevməyi
necə də boz,
ağ-qara,
rəngsizəmmiş
Davamı »
Azərbaycan bütöv deyil!
Azərbaycan tikə-tikə
Mənə oğul deyən dili,
Düşünməyin çəkin şişə!
Azərbaycan ölməyibdir.
Azərbaycan yaralıdır.
Dərbənd, Zəncan, Təbriz, Bakı
Bir-birindən aralıdır.
Azərbaycan qoca deyil,
Azərbaycan hələ cavan.
Bu cavanın sinəsində
Neçə talan, neçə viran.
Davamı »
Bu gün gözlərimdən yaş düşdü yerə,
Qaldıra bilmədim gücüm çatmadı.
Elə bil mən boyda daş düşdü yerə,
Daşa qovuşmağa ömür çatmadı.
Yol gəldi həyatdan ölümə qədər,
Torpağın çiynində getdi göz yaşım.
Ağladım yaşımın ilinə qədər,
Sevginin qoynunda itdi göz yaşım.
Davamı »
Bir axşam tərəfi
günəş batarkən
bir gəlinlik donu
kirayə götürək,
bir şüşə likör,
bir qutu siqar…
və bir qədər zaman
gedək
səhraların bitən yerinə…
Davamı »
Bu şeir Çingiz Mustafayevə həsr olunur
Qarşımda Xiyaban, soyuq məzarlar…
Məzardan baxışlar sinə dağlayır.
Tutulur ayaqlar, susur dodaqlar,
Bədən süst olsa da, gözlər ağlayır.
Düz 15 il qabaqlar göz önündədi,
Ayın on beşidir, qan tarixidir.
Çingizin söhbəti söz önündədi,
Torpağa qoyduğu can tarixidir.
Davamı »
Çıxmırsan fikrimdən, xəyallarımdan,
Mən xoşbəxt oluram səni görəndə.
Təbəssüm boylanır baxışlarımdan,
Sevincdən uçuram səni görəndə.
Sənsiz itirirəm izimi belə,
Yollara dikirəm gözümü belə.
Hər şeyi, dünyanı, özümü belə,
Sanki unuduram səni görəndə.
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!