Milli Kitab Mükafatının Ekspertlər Şurası müsabiqəyə təqdim olunmuş 265 əsərdən 20-ni seçib. “Bizimki”nin verdiyi xəbərə görə, bu əsərlərin adları yanvarın 26-da Milli Kitabxanada keçirilən mətbuat konfransında açıqlanıb.
“Uzun siyahı”- 20-liyə düşən əsər və müəlliflərin adlarını təqdim edirik (sıralanma şərtidir).
Xatırladaq ki, Ekspertlər şurası növbəti mərhələ üçün 10 ən yaxşı əsəri məhz bu 20-likdən müəyyənləşdirəcək. Onluğa düşən laureatların [...]
Çingiz Abdullayevin yeni kitabı çıxıb
Çingiz Abdullayevin yeni kitabı nəşr olunub. Azərbaycan Yazıçılar İttifaqının katibi, dünya şöhrətli dedektiv yazar Çingiz Abdullayevin yeni kitabı nəşr olunub. ”Vtorioe rojdenie Venerı” (Veneranın ikinci doğuluşu) adlı kitab yanvarıən 23-də “Əli və Nino”kitab mağazasında təqdim olunacaq. Qeyd edək ki,təqdimat mərasimində kitabsevərlər müəllifə sual vermək və imza almaq imkanı əldə edəcəklər.
İsrail məhkəməsi məşhur yazıçı Frans Kafkanın indiyəcən naməlum qalmış əlyazmalarının ictimaiyyətə açıqlanması haqqında qərar qəbul edib.
Agentliklər əlyazmalar arasında Kafkanın indiyəcən elmə məlum olmayan yarımçıq romanının orijinalının ola biləcəyini də yazırlar.
Kafkanın şəxsi arxivinə aid olan naməlum əlyazmalar haqqında məlumat mətbuata 2008-ci ildə sızıb.
Sözügedən əlyazmaları Kafka ölümündən qabaq dostu Maks Broda vəsiyyət edibmiş.
Brod öləndən sonra isə əlyazmalar [...]
Aret Vartanyanın kitabı təqdim edilib
İstanbulda yaşayan erməni əsilli yazıçı Aret Vartanyanın kitabı təqdim edilib. “Bir nəfəs İstanbul” adlı romanında İstanbul və istanbullular barədə yazılıb.
“Bu dəfə səninlə İstanbulu və İstanbuldakı səni, məni yaşıyacağıq. Bu dəfə yolumuzun tanışları var. Zəngini, yoxsulu, kürdü, ələvisi, mühavizəkarı, ermənisi, rumu, musəvisi… Bir arada yaşaya bilmənin hekayəsi… İstanbulun küçələrində itərkən sənin, mənim, [...]
“Azərbaycanda müasir ədəbiyyat var və əsərlər də yazılır. Ancaq Azərbaycan Yazıçılar Birliyi bu əsərlərə fikir vermir. Ümumiyyətlə, əsərlər arasından hansının yaxşı, hansının pis olduğunu demir”. “Bizimki” xəbər verir ki, bu sözləri tanınmış yazıçı Afaq Məsud SİA-ya açıqlamasında deyib. O bildirib ki, AYB gənc ədiblərin ədəbiyyata marağının artırılması yolunda lazım olan müsabiqələr təşkil etmir, laqeyid münasibət [...]