Bizimki - Ədəbiyyat Portalı » Xəbərlər

MKM-in 20-liyi məlumdur
Milli Kitab Mükafatının Ekspertlər Şurası müsabiqəyə təqdim olunmuş 265 əsərdən 20-ni seçib. “Bizimki”nin verdiyi xəbərə görə, bu əsərlərin adları yanvarın 26-da Milli Kitabxanada keçirilən mətbuat konfransında açıqlanıb.

“Uzun siyahı”- 20-liyə düşən əsər və müəlliflərin adlarını təqdim edirik (sıralanma şərtidir).

Xatırladaq ki, Ekspertlər şurası növbəti mərhələ üçün 10 ən yaxşı əsəri məhz bu 20-likdən müəyyənləşdirəcək. Onluğa düşən laureatların əsərləri kitab şəklində çap olunaraq kitabxanalara və ali məktəblərə pulsuz paylanacaq. Bu əsərlər münsiflər heyətinə təqdim ediləcək. Fevral-mart aylarında onlar 10 ən yaxşı əsərdən 3-nü müəyyənləşdirəcək və mayın 1-də keçiriləcək təqdimetmə mərasimində həmin qaliblərin adları açıqlanacaq.

Birinci yerin qalibi 3000 manat, ikinci yerin qalibi 2000 manat, üçüncü yerin qalibi isə 1000 manat qazanacaq. Bundan əlavə, bir gənc yazıçıya Gənclər və İdman Nazirliyindən 1000 manat məbləğində mükafat veriləcək.

Azərbaycan dilində:

Məqsəd Nur, hekayələr

Fəxri Uğurlu, hekayələr

Şərif Ağayar, “Kərpic kəsəın kişinin dastanı”- hekayə

İlqar Fəhmi, “Bakı haqqında kollaj”- roman

Rafiq Tağı, hekayələr

Taleh Şahsuvarlı, “Canlanma”- roman

Əjdər Ol, Portret hekayələr

Əlabbas Bağırov, “Qiyamçı”- roman

Eyvaz Əlləzoğlu, “Odunçu geri qayıdır”- roman

Nəriman Əbdürrəhmanlı, “Yalqız”

Yusif Şükürlü, “Çapa”- hekayə

Seyran Səxavət, “Yəhudi Əlifbası”- roman

Mövlud Süleymanlı, “Erməni adındakı hərflər” roman

Kamran Nəzirli, hekayələr

Həmid Herisçi, “Əli. Nino”, roman

Elxan Qaraqan, “A”- roman

Rus dilində:

Samit Əliyev: “Sem şaqov v napravlenii zakata” (povest)

Rəna Yüzbaşı: “Tselaya veçnost v adu” (povest)

Azər Kamal: “Duel po Freydu” (novellalar toplusu)

Rəhim Hüseynov: “Klüç doma tvoyeqo” (povest)

“Veneranın ikinci doğuluşu” olacaq
Çingiz Abdullayevin yeni kitabı çıxıb

Çingiz Abdullayevin yeni kitabı nəşr olunub. Azərbaycan Yazıçılar İttifaqının katibi, dünya şöhrətli dedektiv yazar Çingiz Abdullayevin yeni kitabı nəşr olunub. ”Vtorioe rojdenie Venerı” (Veneranın ikinci doğuluşu) adlı kitab yanvarıən 23-də “Əli və Nino”kitab mağazasında təqdim olunacaq. Qeyd edək ki,təqdimat mərasimində kitabsevərlər müəllifə sual vermək və imza almaq imkanı əldə edəcəklər.

Kafkanın yeni əsəri…
İsrail məhkəməsi məşhur yazıçı Frans Kafkanın indiyəcən naməlum qalmış əlyazmalarının ictimaiyyətə açıqlanması haqqında qərar qəbul edib.

Agentliklər əlyazmalar arasında Kafkanın indiyəcən elmə məlum olmayan yarımçıq romanının orijinalının ola biləcəyini də yazırlar.

Kafkanın şəxsi arxivinə aid olan naməlum əlyazmalar haqqında məlumat mətbuata 2008-ci ildə sızıb.

Sözügedən əlyazmaları Kafka ölümündən qabaq dostu Maks Broda vəsiyyət edibmiş.

Brod öləndən sonra isə əlyazmalar onun katibəsi Ester Xoffeyə qalıb.

Kafkanın xətti çox çətin oxunduğu üçün Brod Xoffeni əlyazmaların üzünü köçürmək üçün işə götürübmüş.

İndisə əlyazmalar Xoffenin iki qızı – Yeva və Rutidədir.

Onlar əlyazmaları hərraca çıxarmaq istəyirlər. Hazırda əlyazmalar Tel-Əvivdə yerləşən 5 müxətəlif bankda saxlanır.

Məhkəmə iddiasını İsrail Milli Kitabxanası qaldırıb.

Naməlum əlyazmaların sahiblik hüququna kitabxana da iddialıdır.

Güman edilir ki, Maks Brod ölümündən əvvəl əlyazmaları heç də katibəsinə vəsiyyət etməyib.

Kitabxananın məhkəməyə təqdim etdiyi məktubda Brodun – əlyazmalarla bağlı qərar vermək hüququnu o vaxt kitabxanada işləyən filosof Feliks Velçə həvalə etdiyi göstərilir.

İndi əlyazmaların hazırkı sahiblərinin vəsiyyəti saxtalaşdırdığı üzə çıxa bilər.

Məhkəmə bacılara 15 gün möhlət verib ki, kitabxananın banklarda saxlanan əlyazmaları nəzərdən keçirməsinə şərait yaratsınlar.

Əks halda əlyazmalar banklardan məhkəmə icraçıları tərəfindən çıxarılacaq.

Amma bu hələ o demək deyil ki, məşhur yazıçının əlyazmaları belə tezliklə işıq üzü görəcək.

Buna baxmayaraq əlyazmaların nəzərdən keçirilməsi onların nədən ibarət olması, aralarında Kafkanın daha bir yarımçıq romanının olub-olmamasını aydınlaşdırmaq imkanı deməkdir.

Ekspertlər istisna etmirlər ki, illərlə banklarda saxlanmış əlyazmalar toz və rütubətin təsirindən ələgəlməz və oxunmaz hala düşə bilər.

1924-cü ildə – ölümündən bir qədər əvvəl Kafka öz şəxsi arxivinin bir hissəsini dostu Maks Broda, digər hissəsini isə sevgilisi Milena Essenskayaya vəsiyyət edib.

Yazıçı onlardan arxivinin, o cümlədən gündəliklərinin, məktublarının və əsərlərinin əlyazmalarının məhv edilməsini xahiş edib.

Milena yazıçının son xahişini yerinə yetirsə də, Maks Brod başqa qərar verib.

Brod ömrünü dostunun irsini araşdırmağa və onun əsərlərini çap etməyə həsr eləyib.

Kafkanın yandırmağı xahiş etdiyi kağızlar arasında onun “Qəsr”, “Amerika”, “Çevrilmə” kimi əsərlərinin əlyazmaları olub.

Erməninin İstanbulu
Aret Vartanyanın kitabı təqdim edilib

İstanbulda yaşayan erməni əsilli yazıçı Aret Vartanyanın kitabı təqdim edilib. “Bir nəfəs İstanbul” adlı romanında İstanbul və istanbullular barədə yazılıb.

“Bu dəfə səninlə İstanbulu və İstanbuldakı səni, məni yaşıyacağıq. Bu dəfə yolumuzun tanışları var. Zəngini, yoxsulu, kürdü, ələvisi, mühavizəkarı, ermənisi, rumu, musəvisi… Bir arada yaşaya bilmənin hekayəsi… İstanbulun küçələrində itərkən sənin, mənim, yaşamlarımızın, sevgilərimizin, düşüncələrimizin, xəyallarımızın, qorxularımızın, ümidlərimizin, tənhalığımızın arasında dolaşırıq. İstanbul, Türkiyə, dünya, “sən”sən, “mən”əm, “biz”ik… İnandığım tək gerçək budur.

İstanbul elə bir şəhərdir ki… Heç bir kitab səni bu şəhər qədər bəsləməyəcək, heç bir musiqi ruhunu bu qədər doldurmayacaq.İstanbulda nəfəs aldım… İçimə doldu… İndi o nəfəsi, səhifələrə yazıb, səninlə bölüşürəm…”

Xatırladaq ki, yazıçı Aret Vartanyan 1978-ci ildə anadan olub. 1998-ci ildən bu yana müxtəlif yerli və xarici jurnallar, qəzetlərdə çap olunub. Aret Vartanyan internetdə ən çox “click” edilən gənc yazarlardan biridir.  Mərmərə Universitetinin məzunudur. 2002-2004-cü illərdə Oksfor Universitetində təhsilini tamamlayıb. 2008-ci ilin sonunda  “Sən və Mən” adlı kitabı çıxıb.

Afaq Məsud: “AYB gənc ədiblərə laqeyddir”
“Azərbaycanda müasir ədəbiyyat var və əsərlər də yazılır. Ancaq Azərbaycan Yazıçılar Birliyi bu əsərlərə fikir vermir. Ümumiyyətlə, əsərlər arasından hansının yaxşı, hansının pis olduğunu demir”. “Bizimki” xəbər verir ki, bu sözləri tanınmış yazıçı Afaq Məsud SİA-ya açıqlamasında deyib. O bildirib ki, AYB gənc ədiblərin ədəbiyyata marağının artırılması yolunda lazım olan müsabiqələr təşkil etmir, laqeyid münasibət göstərir: “Niyə bu gün Milli Kitab Mükafatı Yazıçılar Birliyi tərəfindən təsis olunmur? Hər halda bu cür mükafatların təsis olunması müasir ədəbiyyatdakı prosesi də üzə çıxarır. Son illər Azərbaycan ədəbiyyatında layiqli əsərlərin yazılmaması fikri ilə razılaşmıram. Bu gün layiqli əsərlər var, sadəcə, həmin lazımlı əsərlərin və müəlliflərin üzə çıxarılması yolunda addım atılmır”.

Zəlimxan Yaqub “Sürgün”də
Şairin yeni kitabı nəşr olunub

Xalq şairi və Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun “Sürgün” adlı yeni kitabı nəşr olunub. Şairin 60 illik yubileyinə həsr olunan kitaba onun 2009-ci ildə Özbəkistan, Qırğızıstan, Qazaxıstan səfəri zamanı bu ölkələrdə yaşayan Azərbaycan və türk diasporunun üzvləri ilə keçirdiyi görüşlər, həmçinin “Sürgün” poeması daxil edilib. Bu barədə “OLAYLAR”a Z.Yaqubun özü məlumat verib. Məlumata görə, kitabda şairin Dünya Axıska Türkləri Birliyi və Qazaxıstandakı “Axıska” Milli Mərkəzinin rəhbəri Ziyəddin İsmixanoğlu ilə söhbətləri əksini tapıb.

“Eliot” mükafatı Filip Qrossa verilib
Britaniyanın nüfuzlu “Eliot” mükafatı “Su masaları” şeir kitabının müəllifi Filip Qrossa verilib.

Üz qabığında okeanda əriyən buzlaq parçalarının şəkli olan şeir kitabı ötən ilin sonu nəşr olunub. Amma demək olmaz ki, müəllif- mükafat uğrunda mübarizə apardığı digər üç şair Alice Oswald, Sharon Olds və Christopher Reid qədər məşhurdur. O, Qlamorqan Universitetinin filologiya professorudur.

“Su masaları” kitabında metafizik, dini və siyasi mövzuda şeirlər toplanıb, amma onların hamısını bir obraz – su birləşdirir.

Üç şairdən ibarət münsiflər heyətinin rəhbəri Simon Armitac deyib ki, “Su masaları” sadəcə su mövzusunda şeirlərin toplusu deyil, “vahid bir kitabdır”.

Şeir kitabı suyun gətirdiyi bəla – daşqından başqa iqlim dəyişikliyi, insanın planetdəki “kövrək” yeri, sənətin mahiyyəti və s. haqqında da danışır.

Eliot mükafatının qalibinə təxminən 25 min dollar verilir. Bu vəsait mərhum Tomas Sternz Eliotun 82 yaşlı xanımı Valeri Eliot tərəfindən ayrılır. Filip Corca da mükafatı o təqdim edib.

Bir çoxları Nobel ödüllü Eliotu (1888-1965) ingilisdilli ölkələrin 20-ci əsrdə yetirdiy ən böyük şair sayırlar.