Bizimki - Ədəbiyyat Portalı

Ramin Abbaszadə: “Şeirlər”
Yağmur yağanda.

Ağlamağım gəlir.

Ağlayanda

şeir cücərir.

Şeir yazanda

sən.

Sən gələndə

özləm

dərd-qəm.

Bir də ağ-qara xatirələr.

Səninçun sevmədiyim qızlar.

Sındırdığım ürəklər.

Bizimçün əsir-yesir düşən polislər.

Sevdamıza sığınacaq olan

darla-moddan düşmüş küçələr.

Bir də sənin son sözün ki,

Dedin unut.

And olsun

Səni unudaram.

And içdiyin Qurana ki,

Bir də qonuşmayacaqsan mənlə.

Sən dua et.

Mən də hazırlanmışam

min illik susuzluğa

min illik quruluğa.

Sən dua et.

Yağmur yağmasın.

Keşkə yağmur yağmaya.

Mən səni unudam

Yağmurda çalışdığımı bitirməyə.

Keşkə yağmaya…

Mən

je 3

sənin yadın sevgilim.

Və burada ki deyirlər

əsgərin namusudur tufəng

gör nələr nələrlə

dəyişilir gulum.

Yaşayışla

ölum!

Təbriz

MKM-in 20-liyi məlumdur
Milli Kitab Mükafatının Ekspertlər Şurası müsabiqəyə təqdim olunmuş 265 əsərdən 20-ni seçib. “Bizimki”nin verdiyi xəbərə görə, bu əsərlərin adları yanvarın 26-da Milli Kitabxanada keçirilən mətbuat konfransında açıqlanıb.

“Uzun siyahı”- 20-liyə düşən əsər və müəlliflərin adlarını təqdim edirik (sıralanma şərtidir).

Xatırladaq ki, Ekspertlər şurası növbəti mərhələ üçün 10 ən yaxşı əsəri məhz bu 20-likdən müəyyənləşdirəcək. Onluğa düşən laureatların əsərləri kitab şəklində çap olunaraq kitabxanalara və ali məktəblərə pulsuz paylanacaq. Bu əsərlər münsiflər heyətinə təqdim ediləcək. Fevral-mart aylarında onlar 10 ən yaxşı əsərdən 3-nü müəyyənləşdirəcək və mayın 1-də keçiriləcək təqdimetmə mərasimində həmin qaliblərin adları açıqlanacaq.

Birinci yerin qalibi 3000 manat, ikinci yerin qalibi 2000 manat, üçüncü yerin qalibi isə 1000 manat qazanacaq. Bundan əlavə, bir gənc yazıçıya Gənclər və İdman Nazirliyindən 1000 manat məbləğində mükafat veriləcək.

Azərbaycan dilində:

Məqsəd Nur, hekayələr

Fəxri Uğurlu, hekayələr

Şərif Ağayar, “Kərpic kəsəın kişinin dastanı”- hekayə

İlqar Fəhmi, “Bakı haqqında kollaj”- roman

Rafiq Tağı, hekayələr

Taleh Şahsuvarlı, “Canlanma”- roman

Əjdər Ol, Portret hekayələr

Əlabbas Bağırov, “Qiyamçı”- roman

Eyvaz Əlləzoğlu, “Odunçu geri qayıdır”- roman

Nəriman Əbdürrəhmanlı, “Yalqız”

Yusif Şükürlü, “Çapa”- hekayə

Seyran Səxavət, “Yəhudi Əlifbası”- roman

Mövlud Süleymanlı, “Erməni adındakı hərflər” roman

Kamran Nəzirli, hekayələr

Həmid Herisçi, “Əli. Nino”, roman

Elxan Qaraqan, “A”- roman

Rus dilində:

Samit Əliyev: “Sem şaqov v napravlenii zakata” (povest)

Rəna Yüzbaşı: “Tselaya veçnost v adu” (povest)

Azər Kamal: “Duel po Freydu” (novellalar toplusu)

Rəhim Hüseynov: “Klüç doma tvoyeqo” (povest)

“Veneranın ikinci doğuluşu” olacaq
Çingiz Abdullayevin yeni kitabı çıxıb

Çingiz Abdullayevin yeni kitabı nəşr olunub. Azərbaycan Yazıçılar İttifaqının katibi, dünya şöhrətli dedektiv yazar Çingiz Abdullayevin yeni kitabı nəşr olunub. ”Vtorioe rojdenie Venerı” (Veneranın ikinci doğuluşu) adlı kitab yanvarıən 23-də “Əli və Nino”kitab mağazasında təqdim olunacaq. Qeyd edək ki,təqdimat mərasimində kitabsevərlər müəllifə sual vermək və imza almaq imkanı əldə edəcəklər.

Kafkanın yeni əsəri…
İsrail məhkəməsi məşhur yazıçı Frans Kafkanın indiyəcən naməlum qalmış əlyazmalarının ictimaiyyətə açıqlanması haqqında qərar qəbul edib.

Agentliklər əlyazmalar arasında Kafkanın indiyəcən elmə məlum olmayan yarımçıq romanının orijinalının ola biləcəyini də yazırlar.

Kafkanın şəxsi arxivinə aid olan naməlum əlyazmalar haqqında məlumat mətbuata 2008-ci ildə sızıb.

Sözügedən əlyazmaları Kafka ölümündən qabaq dostu Maks Broda vəsiyyət edibmiş.

Brod öləndən sonra isə əlyazmalar onun katibəsi Ester Xoffeyə qalıb.

Kafkanın xətti çox çətin oxunduğu üçün Brod Xoffeni əlyazmaların üzünü köçürmək üçün işə götürübmüş.

İndisə əlyazmalar Xoffenin iki qızı – Yeva və Rutidədir.

Onlar əlyazmaları hərraca çıxarmaq istəyirlər. Hazırda əlyazmalar Tel-Əvivdə yerləşən 5 müxətəlif bankda saxlanır.

Məhkəmə iddiasını İsrail Milli Kitabxanası qaldırıb.

Naməlum əlyazmaların sahiblik hüququna kitabxana da iddialıdır.

Güman edilir ki, Maks Brod ölümündən əvvəl əlyazmaları heç də katibəsinə vəsiyyət etməyib.

Kitabxananın məhkəməyə təqdim etdiyi məktubda Brodun – əlyazmalarla bağlı qərar vermək hüququnu o vaxt kitabxanada işləyən filosof Feliks Velçə həvalə etdiyi göstərilir.

İndi əlyazmaların hazırkı sahiblərinin vəsiyyəti saxtalaşdırdığı üzə çıxa bilər.

Məhkəmə bacılara 15 gün möhlət verib ki, kitabxananın banklarda saxlanan əlyazmaları nəzərdən keçirməsinə şərait yaratsınlar.

Əks halda əlyazmalar banklardan məhkəmə icraçıları tərəfindən çıxarılacaq.

Amma bu hələ o demək deyil ki, məşhur yazıçının əlyazmaları belə tezliklə işıq üzü görəcək.

Buna baxmayaraq əlyazmaların nəzərdən keçirilməsi onların nədən ibarət olması, aralarında Kafkanın daha bir yarımçıq romanının olub-olmamasını aydınlaşdırmaq imkanı deməkdir.

Ekspertlər istisna etmirlər ki, illərlə banklarda saxlanmış əlyazmalar toz və rütubətin təsirindən ələgəlməz və oxunmaz hala düşə bilər.

1924-cü ildə – ölümündən bir qədər əvvəl Kafka öz şəxsi arxivinin bir hissəsini dostu Maks Broda, digər hissəsini isə sevgilisi Milena Essenskayaya vəsiyyət edib.

Yazıçı onlardan arxivinin, o cümlədən gündəliklərinin, məktublarının və əsərlərinin əlyazmalarının məhv edilməsini xahiş edib.

Milena yazıçının son xahişini yerinə yetirsə də, Maks Brod başqa qərar verib.

Brod ömrünü dostunun irsini araşdırmağa və onun əsərlərini çap etməyə həsr eləyib.

Kafkanın yandırmağı xahiş etdiyi kağızlar arasında onun “Qəsr”, “Amerika”, “Çevrilmə” kimi əsərlərinin əlyazmaları olub.

Erməninin İstanbulu
Aret Vartanyanın kitabı təqdim edilib

İstanbulda yaşayan erməni əsilli yazıçı Aret Vartanyanın kitabı təqdim edilib. “Bir nəfəs İstanbul” adlı romanında İstanbul və istanbullular barədə yazılıb.

“Bu dəfə səninlə İstanbulu və İstanbuldakı səni, məni yaşıyacağıq. Bu dəfə yolumuzun tanışları var. Zəngini, yoxsulu, kürdü, ələvisi, mühavizəkarı, ermənisi, rumu, musəvisi… Bir arada yaşaya bilmənin hekayəsi… İstanbulun küçələrində itərkən sənin, mənim, yaşamlarımızın, sevgilərimizin, düşüncələrimizin, xəyallarımızın, qorxularımızın, ümidlərimizin, tənhalığımızın arasında dolaşırıq. İstanbul, Türkiyə, dünya, “sən”sən, “mən”əm, “biz”ik… İnandığım tək gerçək budur.

İstanbul elə bir şəhərdir ki… Heç bir kitab səni bu şəhər qədər bəsləməyəcək, heç bir musiqi ruhunu bu qədər doldurmayacaq.İstanbulda nəfəs aldım… İçimə doldu… İndi o nəfəsi, səhifələrə yazıb, səninlə bölüşürəm…”

Xatırladaq ki, yazıçı Aret Vartanyan 1978-ci ildə anadan olub. 1998-ci ildən bu yana müxtəlif yerli və xarici jurnallar, qəzetlərdə çap olunub. Aret Vartanyan internetdə ən çox “click” edilən gənc yazarlardan biridir.  Mərmərə Universitetinin məzunudur. 2002-2004-cü illərdə Oksfor Universitetində təhsilini tamamlayıb. 2008-ci ilin sonunda  “Sən və Mən” adlı kitabı çıxıb.

Eluca Atalı: “Gələcəyi öldürmərəm”
Gecikdin, sənə açdığım yol – cığırı ot basdı.

Hansı ilə gələcəksən? Hansını təmizləyim, bəlkə özün bir deyəsən?

Sən təkbaşına addımlayıb aşammazsan  o yolları.

Bu inamsızlıq deyil, böyüyün balacaya, körpəyə canyananlığı, qayğısı, mərhəmətidi. Körpələr yolu özü gəlməz, əlindən tutarlar, addım atmağı öyrədərlər. Büdrəməsin deyə yan – yörəsində gəzərlər, gözdən qoymazlar. Ürəyin sevdiyi varlıq, gözün ovu olar.

Sən gələcəksən! Amma nə vaxt? Bilmirəm…

Gələcək heç vaxt müəyyən olmaz.

O keçmişdi – ili, ayı, günü, saatı, anı, məqamı belə məlum olar. Xatırlayırsan, amma qayıtmır. Çünki qurtarıb. Qurtaran nə qayıdar, nə də ona qayıtmaq olar. Bu qadağa deyil, zamanın yazılmamış nizamıdır, sonsuzluğa qədər davam edəsi. Arzulasan da, yalnız yaddaşında ilişib qalır. Eşirsən, olanların içində bəzən də itirsən. Amma indi var, gerçəkliyi ilə səni özünə çəkir. Keçmişdən qoparır yenə öz məngənəsinə salır.

Bəzən qan axır keçmişin damarlarından, tam yaşaya bilmədiyin üçün. Beynini qıcıqlandırır, gözünü acışdırır. Qan su olub kipriklərini isladır. Ötən zamanın təssüfü acı olur, arzuların orda tam doğulmadığı üçün.

Sənsə gələcəksən, bu günümdən sonradasan,  hələ də zamanın məlum deyil. O hansı il, hansı gün, saat, an, məqamdı ki,  zaman  səndə  yaşayacaq? Sən boy atıb böyüyəndə, ayağından asılacaq zaman adlı nəhəng div də. O səninlə var olacaq, sən dünyaya gələn gündən.

Hələ də zamanın naməlum.  Səni xəyalım doğur gündə yüz dəfə. Sən bükülürsən səma boyda ağ buludlu əskiyə. Boyunu oxşayıram hər dəfə doğulanda.

Sən təxəyyülün yaratdığı, gələcəyimin məhsulusan. Səni görə bilməsəm, bir cinayətkar olacağam!

Nə şirin olur xəyal?! Bir az da müəmmalı, zərif, ətirli…

Əlinlə tuta bilmirsən. Bilmirsən yumuşaqdı, bərkdi, suludu, qurudu, gözəldi, çirkindi…

Yox, səhv edirəm. Xəyal çirkinin dalıyca uçmaz, çünki gələcəyi heç kəs eybəcər arzulamaz.

Qadınların çox sevdiyi ziynət əşyaları dükanına baxıram. Hər gün yox, yalnız həftədə beş dəfə, hər dəfə dərsdən gələndə. Yolum üstündə olan dükanı deyirəm! Sən hələ onu görməmisən. Amma onu sənə göstərəcəm. Biz gəzməyə gedəndə, səni ordan aparacam.

İndi ayaq saxlayıram  o dükanın yanındaca. Baxışlarım yenə qaçdı sancaqların topasına. Sənin buruq saçına hansının yaraşacağını götür – qoy edirəm. Rəngi ürəyimcə olanı baxışlarımla dairəyə alıb nişanlayıram.

Mənim mavı ekran əsərimdə bir tənək ağacının yaz  ayında, ilk baharda höhrələyib, buğum atıb aynabəndli eyvana dırmaşan qolları tək sənin saçın burum – burum burulub tökülür gözlərinə. Əlimi uzadıram, yığıram sol ovcuma. Sağ əlimlə dairədəki o sancağı götürəndə qırılıram, qolum düşür şappıltıyla sağ yanıma. Yenə kimsə alıb onu. Dünən alıb, bu gün səhər… Bilməyirəm! Bəlkə məndən iti gəlib o yanımdan keçən qadın, yolumun üstündən keçib alıb. Bir qadın da tanıyıram, mən hər sabah eyvana çıxıb səhərlə görüşəndə, o balaca şirin qızın dörd təkərli arabayla bizim yolla sürüb qoyur yaxındakı bağçaya. Bəlkə o yox, bəlkə başqa… Kimdən sorum? Kim bilirdi, vitrindəki o sancaqlar ürəyimdə yuva qurub, baxışıma sancılandan sənin üçün ayırmışdım onları mən!

Bəs kim ola, mənim nazlı balacamın saçı üçün olan gülü “oğurlaya “.

Dünən alıb, bu gün səhər… Keçib daha… Keçmiş film deyil ki, lenti təkrar – təkrar fırladasan, sən də orda yaşayasan. Hər dəfə fırlananda baş rolda özünü canlandırasan. Orda her şey son məqamda qəhrəmana nəsib olur…

Kim alıbsa, demək qızı reallıqda! Mənsə xəyal filmimin kapron lentin satıcını yamanlaya – yamanlaya yandırıram.

Sən darıxma, təzələri tez – tez gəlir. Mən alacam sənin üçün bir başqasın – üstü güllü, ya ulduzlu. Sarı Günəş, çilli Ay var. Göyərçinlər qoşa – qoşa bir budaqda oturublar, zövqü oxşar, incə, zərif.  Ən çox könlüm seçən rəngi  deyim indi – şabalıdı, ya qızılı.

Tellərinin rəng çaların hələ tapmır təsəvvürüm. Sancaqların rəngini də dəyişirəm elə tez – tez. Amma  telin çox zərifdir, yumuşaqdır, körpə pişik balasının nazik, şüyrüm tükləri tək. Ona görə hər sancağı bəyənmirəm. Qabaları o tükləri incidərlər, qopararlar, əzərlər.

Sən ağlasan, keçmişimi qaralaram, səhvi ilə məni məyus etdiyinə.

Göz yaşına dözməyirəm, mən onunla əzilirəm, boğuluram.

Bu gün səni yaratmağa mane olan cinayətkar, qadın haqqın tapdalayır, gələcəyini pərdələyir. Mənsə görrəm, sən yolumun qabağında, ayaq üstə, əllərini uzadırsan gövdəndən də irəliyə. Bilirəm, inistikdi hərəkətin. Addım atmaq, yüyürmək keçir könlündən. Qorxursan, dizin əsir, bu təbiidir. Kömək umur baxışların. Hansı yolla gələcəksən  mənə məlum olmadığı  üçün hələ sən də gözləyirsən ayaq üstə irəlidə!   Bir az gözlə, qoy cığırın birin açım. Ayağına ilişəcək ot – ələfi o cığırdan yolub atım.

Sən gəlməsən, yüyürməsən, bilirsənmi nələr olar? Bu yollara sonsuz sevgim don geyinər qara rəngdə, düymələri bomboz yekə, qol – ətəyi cırıq – cırıq. Bu görkəmdə o süst olub tükənər də.

Sən gəlməsən, bu yollar heç çatarmı öz adına, mənasına?!

Sən gəlməsən, necə olar mənim günüm?! Gözəl gülüm, gələcəyim, bu günümdə nağılım, sabahımda varlığım!

Sən gəlməsən, mən caniyəm, gələcəyi bilə – bilə  öldürməklə.

Afaq Məsud: “AYB gənc ədiblərə laqeyddir”
“Azərbaycanda müasir ədəbiyyat var və əsərlər də yazılır. Ancaq Azərbaycan Yazıçılar Birliyi bu əsərlərə fikir vermir. Ümumiyyətlə, əsərlər arasından hansının yaxşı, hansının pis olduğunu demir”. “Bizimki” xəbər verir ki, bu sözləri tanınmış yazıçı Afaq Məsud SİA-ya açıqlamasında deyib. O bildirib ki, AYB gənc ədiblərin ədəbiyyata marağının artırılması yolunda lazım olan müsabiqələr təşkil etmir, laqeyid münasibət göstərir: “Niyə bu gün Milli Kitab Mükafatı Yazıçılar Birliyi tərəfindən təsis olunmur? Hər halda bu cür mükafatların təsis olunması müasir ədəbiyyatdakı prosesi də üzə çıxarır. Son illər Azərbaycan ədəbiyyatında layiqli əsərlərin yazılmaması fikri ilə razılaşmıram. Bu gün layiqli əsərlər var, sadəcə, həmin lazımlı əsərlərin və müəlliflərin üzə çıxarılması yolunda addım atılmır”.