Bizimki - Gənc ədəbi e-jurnal
	<language>en</language>
Fit səsi
		<description>Getmə dayan. Bir dəqiqə qulaq as
Qoy bitsin bu ayrılıq bitsin bu yas
Ən gözəl duyğular: sevgi, ehtiras
Qəlbdə sənin üçün dəstələnibdir
Gündüzlər də, gecələr də, zülmət də
Sənsizlik də, yalnızlıq da, həsrət də
Ayrılıq da, xəyanət də, nifrət də
Getdiyin yollarda tüstülənibdir
Qulağımda hallandıqca “get” səsi
Sevməyəcəm, səndən başqa heç kəsi
Dodağımda nalələnən fit səsi
Sanki yoxluğuna bəstələnibdir.
Ehtiras dənizi
Sən və ...</description>
Erix Frieddən şeirlər
		<description>Erix Fried 6 may 1921-ci ildə Vyanda doğulmuş və orada da böyümüşdür. Müharibə illərində kitabxanaçı, fabrik fəhləsi, süd kimyaçısı və sair peşələrdə çalışır. “Gənc Avstrya ”, “Kommunist Gənclər Təşkilatı”  və digər siyasi qrumlarda təmsil olunur. 1944-cü ildə Avstryanın “PEN” nəşriyyatında “Almaniya”(Deutschland) adlı ilk şeirlər kitabı yayımlanır. E. Fried Müharibədən ...</description>
Telefon zəngləri
		<description>nəfəsini duymaq
ən gözəl musiqidir
danış, dinləyim
sevgilim
telefonu qucaqlayıb yatmaq
səni yanimda düşünməkdi
hər gecə
dəli hisslərimi
bölüşməkdi səninlə
bu gecənin aləmində
görüşməkdi səninlə
aramizdakı məsafələri yaxınlaşdırar
telefon zəngləri.
(erotik)
bu qaranlıq aləmdə
ehtiraslı kadrların başlanğıcı
gəldin bir göz qırpımında
yarı çılpaq bədənimizlə
ayrılığa son deyib
barışmaq istədik əbədi
əzəldən toxunuşuna
möhtac barmaqlarımda
küləklər oynatdı saçını
dodaqlarım qurudu
dodaqlarının istisində
dərindən gələn səsin
ritminə qarışdı baxışlarımız
qoxuna sarılınca
acgözcəsinə
nəfəsimizə daraşdıq
səhərə qədər
əl-ələ tutub
qəlbimizə səsləndi
sevgi laylası
oyanınca anladım ki
yuxumun qonağıydın.
Həyat ...</description>
Ağ qoyun
		<description>Nədənsə qoyun sözünə və heyvanın özünə həmişə biganə yanaşırıq. Sovet dövründə camaatdan alınan qoyunlar hesabına yaradılan fermalarda çobanlar kolxoz rəhbərliyi ilə əlbir qoyunları «qurda yedizdirərək» dalına keçərdilər. Bəlkədə qoyuna hörmətsizlik və biganəlik bax elə oradan yarandı. Fərqinə varmadan bu gün qoyuna elə nifrətlə baxırıq ki, hətta bir-birimizə acıqlananda bir-birimizi qoyun ...</description>
Aşıq dilindən
		<description>Ey düha, bir neçə söz bəxş elə ki, yara deyim,
Könlümün naləsini, sevgimi gülzara deyim.
Mən ki, Məcnun kimi səhralara düşmək bilməm,
Qəlbimin sirrini sən söylə görüm, hara deyim?
Mənə canan ki, özü ruhunu vermiş getmiş,
İstəməzdim ki, bu sirri gedə əğyara deyim.
Ürəyim hicran əlindən alışıb yandı, aman,
Uçar dağlar, əgər ki, dərdimi dağlara deyim.
Ömrüm yasəmən ...</description>
AYB-nın yeni saytı hazırdır
		<description>İnternet məkanında Azərbaycan ədəbiyyatı ilə maraqlananlar bilirlər ki, Azərbaycan Yazıçılar Birliyinin saytı www.ayb.az ünvanında yerləşirdi. Daha sonra müəyyən müddətlik saytın fəaliyyəti dayanmışdı. Artıq birliyin yeni saytı fevralın 25-dən fəaliyyətdədir. Saytın yeni ünvanı isə www.azyb.net olaraq dəyişdirilib. </description>
Qıymadım
		<description>İlk gündən, ilk andan qorxdum sənsiz qalmaqdan. Elə ilk gündən də sənsiz oldum, sənsiz qaldım. Qismətim sənsizlik oldu. Sevgim lal-kar oldu, dünyamda sakitlik, səssizlik oldu. Qulağım da sükutdan yoruldu. Canım, vücudum da sevdalılar dünyasından qovuldu. Məskən saldım göylərdə, Allahın yanında bəslədim  səni öz ətimlə, qanımla saxladım səni öz ətində, ...</description>
Yeni ədəbiyyat əlavəsi nəşrə başlayır
		<description>Çapını yenidən bərpa edən «Milli Yol» qəzetinin hər cümə axşamı buraxılışında ədəbiyyat əlavəsi çap olunacaq. «Qəzet içində qəzet» kimi çap  ediləcək əlavəni yazar Elnur Astanbəyli hazırlayacaq. Əlavənin bu cümə axşamı sayında gənc yazar xanım Günel Mövludla müsahibə, AYB-çiləri ironik sancmalar, ən son ədəbiyyat xəbərləri  ilə yanaşı Yazıçılar Birliyi daxilindəki son ...</description>
Cib şəhəri
		<description>Bu şəhərdə adamlar
Bir-birinin cibində.
Yatır dostlar, qohumlar
Ciblərinin dibində
Ciblər gəlir üz-üzə,
Ciblər adam daşıyır.
Bu şəhərdə adamlar,
Ciblərində yaşıyır.
Əl çıxarıb cibindən,
Salam alan kim idi?
Kimə salam verəsən
Salam xəzəl kimidi.
Bu şəhərin adı var-
Bu şəhər cib şəhəri.
Qaranlığı cib salar,
Ciblər açar səhəri.
Bura haradı
Bu dünya ruhların sürgün yerimi?
Məhkumlar bir nimdaş bədənlə gəzir.
Gəl indidən göstər qəbir yerimi
Burda hər bədəni bir əcəl ...</description>
Xəzər
		<description>Bu gün sahilində dayanacağam,
Səninlə söhbətə gəlirəm, Xəzər.
Sirrimi tək sənə mən açacağam,
Səndə pənahımı gəzirəm, Xəzər.
Sən də dalğalısan illər boyunca,
Mənim ürəyim tək dayanmayırsan.
İnsan rahat olur həmdərd olunca,
Nədəndi dərdimə inanmayırsan?
Nəhəng olmağınla öyünmə, Xəzər,
Mənim dərdlərimdən böyük deyilsən.
Alarsan qoynuna o səni əzər,
Götür dərdlərimi götürə bilsən.
Sevin ki, başına dolanır quşlar,
Mənimsə başıma dolanan hanı?
Sənin üzərinə yağan yağışlar,
Mənim ...</description>
Təkliyimə gələn qonaq
		<description>"ümidimi itirmiş halda
oturmuşsan,
göz yaşların gözlərindən
işartıyla yanaqlarına  süzülür
ruhunun sahib olduğu
bədənin əzabıyla  qovuşur
bu görüşmələr cox uzun
çəkir , bilirəm
 sanki dünya qapqaranlıqdır
səninçün
sanki bütün rənglər
qara rəngin libasına
bürünmüşdür
sən  həm də qaranlıq gecədə
zülmətin bəxş etdiyi
qaranlığın kölgəsində
əyləşmisən"
işıq gördüm bu zülmətdə
qaranlığa qonan işıq
kəpənək tək qanadlanıb
ucub getdi sonsuzluğa
arxasınsa uzun-uzun
baxdım həsrətlə…
gözlərim pənah gətirən
ümidin baxışlarıyla
toqquşdu
onu qonaq etdim
təkliyimə…
Yardımlının ən kasıb Qabili
		<description>      Savaşdan qayıtdı, üç il döyüşmüş, yaralanmış, yorulmuşdu. Onu qəhrəman kimi qarşılamadılar, xoş üz göstərən olmadı. Döyüşçü, zavallı döyüşçü, xəyalında minlərlə qarşılama səhnələri yaradan, qabağına qaçanları, onu qucaqlayıb bağrına basanları dəfələrlə xəyalında canlandıran Qabil heç nə başa düşə bilmirdi. Anası danışır, döyüşçü heyrətlə qulaq asırdı. Yardımlını digər bölgələrlə bağlayan ...</description>
“Yazar” qəzetinin növbəti sayı satışda
		<description>“Yazar” qəzetinin növbəti- 4-cü sayı işıq üzü görüb. Qəzetdə Elxan Zal Qaraxanlı, Qəışəm Nəcəfzadənin, Mübariz Xanağalının, Fəehad Amurun şeirləri, Kənan Hacının hekayəsi, Zahir Əzəmətin müsahibəsi, İlqar Fəhminin tərcüməsində Dmitri Zatonskinin “Postmodernizm tarixi interyerdə” tərcüməsi, Aydın Xanın “Milli yaradıcı intellektuallığın Anar Zirvəsi”, Oqtay Hacımusalının, Seyid Raminin köşləri və başqa materiallar yer ...</description>
“Pərvanə” ədəbi məclisi yenidən fəaliyyətə başladı
		<description>“Pərvanə” ədəbi məclisi 1919-cu ildə Cəfər Cabbarlının təşəbbüsü ilə M.Ə.Sabir adına Mərkəzi Şəhər kitabxanasında yaradılıb. İlk sədri də C. Cabbarlı  olub. Bu məclisə o vaxtlar M. S. Ordubadi , H. Cavid və başqa görkəmli sənətkarlar gəlirdi. Daha sonralar  S. Vurğun, R. Rza, M. Müşfiq, Ə Cavad  və başqa gənc ədiblər ...</description>
Yelləncək
		<description>Bu dünya fırlanan bir yelləncək
Bütün hər kimlər gəlib yelləncək
Ya yüz illik, ya bir dəqiqəlik
Axırda qurtarıb sona yetəcək
Dayanmasan belə, özü dayanacaq
Səni endirib başqasın alacaq
Bu şərtdir, mütləqdir haqq olaraq
Sən sərnişin, o bir dayanacaq
Biri asta, biri möhkəm gedəcək
Kimsinə uzun, kimsinə gödək gələcək
Biri heç yellənməmiş yarı yolda
Hardansa qırılıb yerə deyəcək.
Yelləncək kimsəyə dar ağacı
Digərinə nar ...</description>