Savaşdan qayıtdı, üç il döyüşmüş, yaralanmış, yorulmuşdu. Onu qəhrəman kimi qarşılamadılar, xoş üz göstərən olmadı. Döyüşçü, zavallı döyüşçü, xəyalında minlərlə qarşılama səhnələri yaradan, qabağına qaçanları, onu qucaqlayıb bağrına basanları dəfələrlə xəyalında canlandıran Qabil heç nə başa düşə bilmirdi. Anası danışır, döyüşçü heyrətlə qulaq asırdı. Yardımlını digər bölgələrlə bağlayan bircə yol var, qar yağdımı, [...]
Əslən Azərbaycanın Gəncə şəhərindən olan A.Uğur Olgar 1951-ci ildə Türkiyənin Kayseri şəhərində doğulmuşdur. Bir çox ədəbi jurnallarda əsərləri dərc olunan yazarın 2004-cü ildə “Şiire cemre düştü”, 2007-ci ildə isə “Öteki Düşkenar” adlı şeirlər kitabı çap olunub. Hal-hazırda “Andız / Şiir ve Edebiyat Konalgası” adlı seçkinin yayın redaktorluğu ilə məşğul olan şair, eyni zamanda “Ədəbiyyatçılar Dərnəyi” [...]
əvvəli burada
Qapının ağzında atılıb düşür, hirsindən sözünü deyə bilmirdi. Ay qız, qışqırırdı, nədi, mənə ürəyin yanır? Haçandan belə canı yanan olubsan? Əxlaq mənimdi, qoy pozulsun, zay olsun! «Ürəyim yanıb eləmir? – ondan fərqli olaraq qız sakit danışırdı, ancaq gülüşünü güclə boğduğu aydın hiss olunurdu. – Əslində mənim üçün [...]