Bizimki.Org » celil cavanshir

Səndən sonra
səndən sonra,

bir sənsizlik doğulacaq.

sənsizliyim

bir yaşına,

üç yaşına,

yüz yaşına,

dolacaq.

həyatda

sənsizlik əlimdən tutacaq,

gözümə baxacaq.

güllər,

çiçəklər,

ağaclar

sənsiz qalacaq.

tanrım hər şeyi əlimdən alacaq.

səndən sonra tənhalıq başlayacaq,

mənə yaxın olacaq

heç nə əvəzedilməz deyil.

sənin də yerini

sənsizlik tutacaq.

Robinzon

28 il tənha adada yaşamış Robinzon Kruzoya

həsr olunur.

eh, Robinzon, Robinzon

həsəd aparıram sənə,

və sənin tənha adadakı

təkliyinə…

yanına gələ bilsəm bir gün

tərcuman ol mənimüçün.

tanıt məni balıqlara,

quşlara

qonşu adadan gələn vəhşilərə

de onlara

«yeni bir qərib gəldi bu yerlərə»

son kərə

vida söylə dənizlərə,

sən insanlığa qucaq aç

mən təkliyə…

Qolsuz əsgər

mən müharibədən şikəst qayıtmış,

gəncliyi  sönmüş,

istiqbalı batmış əsgərəm.

«Şah Abbas» camisinin önünə gəlirəm,

hər gün.

hər kəs əllərini  allah dərgahına qaldırıb dua edir.

məndə dua edirəm,

camidə.

əlimi qaldırıb dua etmirəm.

əfv et məni  allahım!

bəlkədə dua edənlərin hər birindən çoxdu günahım.

əllərini qaldıranlar ümidlidir əfv ola günahı.

mən də

duadan sonra salavat gətirib əlimi üzümə çəkmək istəyirəm.

bunu etməsəm hirsləndirmərəm ki, allahı?

Eh…

bir də mənim əllərim yoxdu axı…

Bəkir Qaradənizdən şeirlər
Bəkir Qaradəniz 1957-ci ildə Türkiyənin  Artvin şəhərində Yuxarı Hod (İndiki adı Yuxarı Mədən) kəndində  doğulub. İlk təhsilini Artvində, ali təhsilini Ankarada alıb. Ədəbiyyatla bərabər musiqi və fotoqraflıqla məşğul olur. Şeirləri, öyküləri, tərcümələri və digər yazıları müxtəlif ölkələrdə çap olunub. Müxtəlif “Şeir gecələri”ndə birinciliklər qazanıb. .”Yeddi ilin Şeirləri”, “Gecikmiş şeirlər”, “Karvan oldum” vəbir çoxkitabların müəllifidir.

1

axşamın hüznü,

və tənhalığın kədərində anmışam səni

duyasan

duyasan deyə

çarəsizlik deyil ki,

yoxluğun can alıcı

sən ki, baharda uzaqsan gözümdən

dərd eləmişəm özümə

çox düşünmüşəm

düşünmüşəm

və sarılmışam sevdana.

2

sudakı ay işığı

baharda düşən yağmur

bənövşənin üstündəki damla kimi

sevmişəm səni bitanəm

sevmişəm səni

3

günəş çiçəyim,sevdiyim

dönərəm.

hardasan o yana.

itirincə gecə səni

sabah olsun deyə gözləyərəm.

sabah olsun deyə.

4

dünyanin dəyəri gülüşündür

saçında mor bir çiçək,

və səndə çiçəkdən gözəl.

gülüşün sarılmış boynuma,

gülüşün kor bir güllə,

qoyma,

qoyma məni sənsiz.

uzat əllərini bir anlığa.

vurğunam sənə

və sənin gülüşünə.

5

sevdani yaşama bağladım,

canımı canına,

yaşamağı necə sevirəmsə,

sən bilki,

səni də elə sevirəm.

6

suzuz

yorğun

və amansız yoxuşun sonunda,

bir ağaca kürəyini söykəyib

dincəlməyin xoşbəxtliyi kimidir

Xəyallarımın dönüşü.