Tag Archives: Dilşad İsaqova

Baxışın gözümə batar

Baxışın kiminsə gözündə qalıb,
Mənim gözlərimə ilişmir daha.
Ürəyin boş idi,hardasa dolub,
Mənim ürəyimlə danışmır daha.
Özünü hardasa qoyub gəlmisən,
Mənim işlərimə qarışmır daha.
Gözünü kimdəsə qoyub gəlmisən,
Baxışım gözünlə barışmır daha.

Xəbərin olsun

Mən səni hər yerdə uca tutmuşam,
Qoymuşam qözümlə qaşımın üstdə.
Demişəm sən varsan,dərdi atmışam,
Durmusan cəllad tək başımın üstdə.
Bu eşqin faydası olmayıb sənə,
Demisən gedəcək gəldiyi kimi.
Dərdini çəkmişəm qalmayıb sənə
Ürəyin yaşayıb bildiyi kimi.