Elnarə Şəms Pəncərəmə yağış qonaq gəldi bu gecə.
Döydü, açmadım.
Bir də döydü, döydü, döydü…
Mən isə baxırdım. Nə açırdım pəncərəni, nə də ki, önündən uzaqlaşırdım. Elə bil ki, kimdənsə qaçmışdı,gizlənmək istəyirdi.Tez-tez dönüb ətrafa göz gəzdirir və təkrar-təkrar pəncərəmi döyürdü. Mənə elə gəlirdi ki, o deyir: - Aç, nə olar, imdad elə, məni qovurlar, aç, yalvarıram.

Davamı »