Tag Archives: Gülnar Atakişiyeva

Hava çoxdan qaralıb

(Səlim Babulla oğlunun «hava hələ qaralmayıb» şerinə)
səngərlərdə düşmənlərlə döyüşən
igid əsgər həlak odu
övladını itirən ana …
muharibəyə,düşmənə də
Vətəninə , dostuna da
əlini göyə acıb
üsyan edir yana-yana
həsrətini qoxulayır,
balasının köynəyini
ətiriylə duxulayır
qəlbindəki müdhiş açını ana-ana

Təkliyimə gələn qonaq

“ümidimi itirmiş halda
oturmuşsan,
göz yaşların gözlərindən
işartıyla yanaqlarına süzülür
ruhunun sahib olduğu
bədənin əzabıyla qovuşur
bu görüşmələr cox uzun
çəkir , bilirəm