Tag Archives: hekaye

Ağ qoyun

Nədənsə qoyun sözünə və heyvanın özünə həmişə biganə yanaşırıq. Sovet dövründə camaatdan alınan qoyunlar hesabına yaradılan fermalarda çobanlar kolxoz rəhbərliyi ilə əlbir qoyunları «qurda yedizdirərək» dalına keçərdilər. Bəlkədə qoyuna hörmətsizlik və biganəlik bax elə oradan yarandı. Fərqinə varmadan bu gün qoyuna elə nifrətlə baxırıq ki, hətta bir-birimizə acıqlananda bir-birimizi qoyun da adlandırırıq. Amma təssüfki bu [...]

Qıymadım

İlk gündən, ilk andan qorxdum sənsiz qalmaqdan. Elə ilk gündən də sənsiz oldum, sənsiz qaldım. Qismətim sənsizlik oldu. Sevgim lal-kar oldu, dünyamda sakitlik, səssizlik oldu. Qulağım da sükutdan yoruldu. Canım, vücudum da sevdalılar dünyasından qovuldu. Məskən saldım göylərdə, Allahın yanında bəslədim səni öz ətimlə, qanımla saxladım səni öz ətində, qanında yaşatdım bu yazıq canımda.

Yardımlının ən kasıb Qabili

      Savaşdan qayıtdı, üç il döyüşmüş, yaralanmış, yorulmuşdu. Onu qəhrəman kimi qarşılamadılar, xoş üz göstərən olmadı. Döyüşçü, zavallı döyüşçü, xəyalında minlərlə qarşılama səhnələri yaradan, qabağına qaçanları, onu qucaqlayıb bağrına basanları dəfələrlə xəyalında canlandıran Qabil heç nə başa düşə bilmirdi. Anası danışır, döyüşçü heyrətlə qulaq asırdı. Yardımlını digər bölgələrlə bağlayan bircə yol var, qar yağdımı, [...]