İltifat KöçəriHara Vətən deyim, hara üz tutum?
Yarısı qürbətdi, yarı dərbədər!
Görən bu qəflətdə yatan ölkəyə,
Nə desəm yerindən onu tərpədər?

Baxıram, Təbrizin üzü dumandı,
Göyçəm, Zəngəzurum virana qaldı.
Dərbənd, Borçalının halı nə haldı,
Axır xəcalətin təri, tər nə tər.
Davamı »

Öldüm

16 Dek 2007

İltifat KöçəriAhım içimi tutdu,
Könlüm gözü buluddu.
Məni bir yar unutdu,
Elə ağladım, öldüm.

Ömrünün ilk baharı,
Taptandı etibarı.
Könlüm ondakı yarı,
Bilə, dağladım öldüm.
Davamı »

Sayt haqqında

Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!

Təqvim

May 2008
B.e Ç.a Ç. C.a C. Ş. B.
« Apr    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Xəbər Paneli

    1 May 2008
    AYB-nın yeni saytı hazırdır

    İnternet məkanında Azərbaycan ədəbiyyatı ilə maraqlananlar bilirlər ki, Azərbaycan Yazıçılar Birliyinin saytı www.ayb.az ünvanında yerləşirdi. Daha sonra müəyyən müddətlik saytın fəaliyyəti dayanmışdı. Artıq birliyin yeni saytı fevralın 25-dən fəaliyyətdədir. Saytın yeni ünvanı isə www.azyb.net olaraq dəyişdirilib.

    25 Aprel 2008
    Yeni ədəbiyyat əlavəsi nəşrə başlayır

    Çapını yenidən bərpa edən «Milli Yol» qəzetinin hər cümə axşamı buraxılışında ədəbiyyat əlavəsi çap olunacaq. «Qəzet içində qəzet» kimi çap  ediləcək əlavəni yazar Elnur Astanbəyli hazırlayacaq. Əlavənin bu cümə axşamı sayında gənc yazar xanım Günel Mövludla müsahibə, AYB-çiləri ironik sancmalar, ən son ədəbiyyat xəbərləri  ilə yanaşı Yazıçılar Birliyi daxilindəki son qarşıdurmalar Davamı...

    7 Aprel 2008
    “Yazar” qəzetinin növbəti sayı satışda

    “Yazar” qəzetinin növbəti- 4-cü sayı işıq üzü görüb. Qəzetdə Elxan Zal Qaraxanlı, Qəışəm Nəcəfzadənin, Mübariz Xanağalının, Fəehad Amurun şeirləri, Kənan Hacının hekayəsi, Zahir Əzəmətin müsahibəsi, İlqar Fəhminin tərcüməsində Dmitri Zatonskinin “Postmodernizm tarixi interyerdə” tərcüməsi, Aydın Xanın “Milli yaradıcı intellektuallığın Anar Zirvəsi”, Oqtay Hacımusalının, Seyid Raminin köşləri və başqa materiallar yer alıb. Davamı...

    5 Aprel 2008
    “Pərvanə” ədəbi məclisi yenidən fəaliyyətə başladı

    “Pərvanə” ədəbi məclisi 1919-cu ildə Cəfər Cabbarlının təşəbbüsü ilə M.Ə.Sabir adına Mərkəzi Şəhər kitabxanasında yaradılıb. İlk sədri də C. Cabbarlı  olub. Bu məclisə o vaxtlar M. S. Ordubadi , H. Cavid və başqa görkəmli sənətkarlar gəlirdi. Daha sonralar  S. Vurğun, R. Rza, M. Müşfiq, Ə Cavad  və başqa gənc ədiblər bu Davamı...

    26 Fevral 2008
    Doqquz İqlim dərgisinin yeni sayı

    Bu günlərdə şair Xanəmir Telmanoğlunun “Döqquz iklim” dərgisi işıq üzü gördü. Çətinliklərə baxmayaraq bu dərgi davamlı şəkildə çıxmağı bacarır. Hər sayısı bir-birindən daha fərqli və rəngarəng olaraq oxucuların görüşünə gələn “9 iklim” dərgisi bu dəfəki sayısında da əvvəlki ənənəsinə sadiq qalaraq “Orhun Yenisey” əlifbasını üz Davamı...

    24 Fevral 2008
    “Yazar” qəzetinin xüsusi buraxılışı çıxıb

    Yenicə nəşr olunmağa başlayan “Yazar” ədəbiyyat və sənət qəzeti xüsusi tərcümə buraxılışı nəşr etdirib. Buraxılışda istedadlı tərcüməşi Samir Buludun dünya yazçılarından (Q.Q. Markes, Kafka, Akutaqava Rünöske, F.Saqan və s.) çevirdiyi maraqlı hekayələr toplanıb. Qiyməti 1 manat olan 24 səhifəlik buraxılışı qəzet köşklərindən ala bilərsiniz. İstinad: KultAz

    24 Yanvar 2008
    “Tenqid.net”in 4-cü sayı satışda

    Azərbaycanda yeganə akademik ədəbi tənqid dərgisi olan “Tənqid.net”-in 4-cü sayı işıq üzü görüb. Tanınmış tənqidçi Tehran Əlişanoğlunun baş redaktorluğu ilə nəşr olunan jurnalın bu sayında aşağıdakı maraqlı yazıları oxuya bilərsiniz: - Y.E.Qolosovkerin «Mifin məntiqi» Azərbaycan dilində -  Ədəbiyyatın ünvanı: Elçin, Əjdər Ol, Kamal Ab­dul­la, Va­qif Bayatlı, Sabir Əhmədli, Xanəmir, Rövşəni bu barədə Davamı...

    18 Dekabr 2007
    Yeni ədəbiyyat qəzeti nəşr olundu

    Dekabrın 18-i “Yazar” adında yeni müstəqil ədəbiyyat qəzetinin ilk sayı işıq üzü görüb. Ayda bir dəfə nəşr olunacaq “Yazar”ın ilk sayında bir çox maraqlı mateariallar, bədii mətnlər və tərcümələr yer alıb. 24 səhifədə nəşr olunan qəzetdə Borxesdən, Den Barundan tərcümələri, Rasim Qaraca, Səfər Alışarlı və Azər Abdulla ilə müsahibələri, Şərif Davamı...

    30 Sentyabr 2007
    Yeni ədəbi ünvan

    www.azyazar.com portalı yaradılıb Dünən Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda www.azyazar.com portalının təqdimat mərasimi keçirildi. Mərasimi giriş sözü ilə açan şair Səlim Babullaoğlu portal haqqında məlumat verərək bu saytın ədəbi prosesdə özünəməxsus rolu olacağına ümid bəslədiyini bildirdi: “8 bölmədən ibarət bu portal gənc şair Əli Əlioğlunun şəxsi təşəbbüsü ilə yaradılıb. Burada 15 Azərbaycan Davamı...

    10 Sentyabr 2007
    “Şəms” şairə qadınlar məclisi fəallaşır

    “Şəms” şairə qadınlar məclisi “Vahid” poeziya evində, Həkim Qəninin rəhbərliyi ilə, eyni zamanda ustad qəzəlxan Hacı Şahin Verdiyevin iştirakı ilə bu ilin mart ayında yaradılıb. Üzvləri hərəsi bir ixtisas sahibi olan “Şəms” qadındar məclisi “Vahid” ədəbi məclisinin bir qoludur. Məclisi təmsil edən Elnarə Şəms, Xatirə Vaqif, Xalidə Əfəndiyeva, Dilşad Qəmli və Davamı...

Sorğu

    Yeni dizaynımızı bəyəndiniz mi?
    Nəticələrə bax

Abunəlik

Əziz "Bizimki"lər, buraya e-mailinizi abunə edərək, "Bizimki" də olan yeniliklərdən, yeni əsərlərdən məlumat əldə edə bilərsiniz! Buyurun, tələsin!

Sponsorlar

Arxivlər

Reklam

AzeriBlog - milli blog sistemi

Müsabiqə

Statistika

  • 72 müəllif var
  • 139 yazı var
  • 3 səhifə var
  • 2,202 şərh var
  • 407 şərhçi var
  • 10 keçid var

İndi saytda

Sayğac


ILK-10 Azeri Website Directory

Yuxarı