Bizimki - Ədəbiyyat Portalı » İmarət

Dəyirmançı
Adımı  dəyirmançı qoydun,

Üstümdəki  unumdanmı,

Sən  məni  beləmi  tanıyırsan

əynimdəki  libasımdan,

donumdanmı?

Nahaq  naşı  bilirsən

bu  dəyirmançını, əzizim,

Sənin ilk  dəfə  getdiyin  hər  yolda

neçə  dəfə  o  tərəfədir,

neçə  dəfə də bu tərəfə

mənim  köhnəlmiş  izim…

Hələ ki

Hələ  dözürəm…

hələ ki qəzəbim kəsik-kəsik,

hələ ki dəli qəzəbin cilovunu dartmaqdan

səbrimin  əlləri qabar-qabar,

səbrimin əlləri  didik-didik.

Kükrəyən qəzəbimin

qan damır cəhənglərindən,

dördnala çapmaq istərkən

qopa bilmir yerindən,

çeynəyir  yüyəni,

tapdalamaq, əzmək istəyir,

nəfəsini   kəsmək  istəyir

aydan arı, sudan duru

ürəklərə dəyənin.

Ürəyimdə ayaq döyür qəzəbim,

ürəyimdə qanlı yaralar açır,

Uzaq durun ürəyimdən

zərbələrdən ürəyim qançır-qançır,

zərbələrdən  ürəyim qazıq-qazıq,

Səbrim basa bilməsə səbrini,

qəzəbimin dırnaqları altında qalana yazıq…

Yuxu oğrusu

Kimsə hər gecə

oğurlayıb aparır yuxumu xəlvətcə.

Gizlədirəm yastığımın altında,

yenə tapır,

Döşəyimin lap alt qatında,

yenə tapır.

Gözlərimin içində olur yuxum

səhərdən gün batanacan,

Kirpiyimin ucunda olur

gecə gəlib yatanacan.

Elə ki yatmaq istəyirəm,

yuxum çıxır yoxa,

Qalıram yuxusuz  gözlərimlə  baxa-baxa.

O,nədirsə,yuxumu hər gecə qaçırır,

Heç xəbərim də olmur ki, necə qaçırır.

Bir də qaytarıb gətirir səhərə yaxın,

Sərsəri yatıb oyanıram yorğun-arğın.

Yuxuma haram qatır bu oğru hər gecə,

Yuxumu aparıb mənim yuxumla

özümü yatır bu oğru hər gecə?

Axı  mən də istəyirəm yatım doyunca,

Dan yeri ağaranda yox,

elə baş yastığa qoyunca.

Ayrı çarə yoxdur,doğrusu,

İş ki belə olub,

deyəsən, mən də olacağam

yuxu oğrusu!