Tag Archives: iradenin hekayesi

Yetim laylalar

Qulağına səslər gəlirdi. Külək səsi, adam səsi, yarpaq xışıltısı, otun, torpağın, daşın, qayanın, göyün, yerin, quşların, heyvanların… səsi. Bu səslərin hamısı bir-birinə qarışmışdı. Qulaqları uğulduyır, bu qat-qarışıq – həm doğma, həm yad, həm munis, həm də vahiməli səslərdən qaçmaq, qurtulmaq istəyirdi. Qorxurdu bu səslərdən. Həm də qorxmurdu. Əfsanələrdə söylənilən Al qadınları kimi şirin, ovsunlu dilini [...]