Bu günlərdə şair Xanəmir Telmanoğlunun “Döqquz iklim” dərgisi işıq üzü gördü. Çətinliklərə baxmayaraq bu dərgi davamlı şəkildə çıxmağı bacarır. Hər sayısı bir-birindən daha fərqli və rəngarəng olaraq oxucuların görüşünə gələn “9 iklim” dərgisi bu dəfəki sayısında da əvvəlki ənənəsinə sadiq qalaraq “Orhun Yenisey” əlifbasını üz qabığında sərgiləyib. Özünün də yazdığı kimi Azərbaycanda ilk dəfə sağdan sola doğru oxunan bu ədəbi bədii fikir dərgisi hətda bir yeniliyə də əl ataraq və -dən, ki-dən yazılarda imtina etməyi təklif edir. Heç bir işçi qüvvəsi, ofisi, maliyyə qaynağı olmayan dərgi yeni sayısında dünyaca ünlü yazar Koelhonun ən maraqlı bir əsərindən tərcümə, Master Li Edqarın şeirlərini, dünya ədəbi cərəyanlarının bir neçəsinin manifestosunu, Azər Abdullayla ilginc müsahibə, son zamanlar yaranmış gənc Azərbaycan yazarlarından oluşan Çölçülər Ədəbiyyat Mərkəzinin üzvülərinə mənsub yazarların yaradıcılıq nümunələrini, Türk ədəbiyyatından fərqli seçmələri, AYB-nin yürütdüyü mənfi ədəbi siyasəti konkret şəkildə tənqid edən yazıları oxuculara təqdim edir. Dərginin çağdaş Turançılıq anlayışına , dünyanın dəyişən mədəni xərtəsinə aid yazıları maraq doğurur.
Dərgini bütün metro stansiyalarındaki qəzet - jurnal satış köşklərindən əldə etmək mümkündür.
Azərbaycanda yeganə akademik ədəbi tənqid dərgisi olan “Tənqid.net”-in 4-cü sayı işıq üzü görüb. Tanınmış tənqidçi Tehran Əlişanoğlunun baş redaktorluğu ilə nəşr olunan jurnalın bu sayında aşağıdakı maraqlı yazıları oxuya bilərsiniz:
- Y.E.Qolosovkerin «Mifin məntiqi» Azərbaycan dilində
- Ədəbiyyatın ünvanı: Elçin, Əjdər Ol, Kamal Abdulla, Vaqif Bayatlı, Sabir Əhmədli, Xanəmir, Rövşəni bu barədə danışır.
- Ədəbiyyatı əhatə edən intellektual əhatə: Rəhman Bədəlov, Niyazi Mehdi, Aydın Talıbzadə, Nizami Cəfərov, Rəhim Əliyev Tənqid.netdə
- Aktual – Milli mədəniyyətin bugünü: tərəqqi, yoxsa dekadans
- Dünya təcrübəsi: strukturalizm, yoxsa poststrukturalizm?
- Fəxri Uğurlunun «İskəndərin qanunu» hekayəsi.
- Kitablar, jurnallar, ədəbiyyat ocaqları – şərhlər, analizlər.
- Aydın Talıbzadə Zahir Əzəmətin «Divar yazıları» haqqında
- Ədəbiyyat teatrda, Yaradıcılıq fakültəsi, Sərhədlərdən o yana və s. bölmələrdə daha nə qədər yeni yazılar, informasion, bilgilər .
Və bir də: Tehran Əlişanoğlunun köhnə və təzə yazıları.
Qeyd: Jurnalın 4-cü sayını «Metrosevris»dən soruşmağı unutmayın: vur-tut 2 manat 50 qəp.
Kultaz
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!