Tag Archives: qurban yaqubogludan hekaye

On doqquz

Onunla söhbət eləyəndə beynim ancaq sevinc “istehsal” eləyirdi. Bizim kiçik elmi-tədqiqat institutuna gəlməyilə dostlaşmağımız bir oldu. Çox həssasdı, sözü göydə tuturdu, vallah, varam belə qıza.
- Bilirsən, – dedim ona, -mən bir nağıl yazıram. Deməli, təxminən 40 yaşında, yox, bir az aşağı, 35 yaşında bir kişi cavan bir qıza vurulur. Kişinin arvadı da var, uşaqları da. [...]