Bizimki - Ədəbiyyat Portalı » Şeir

Dəyirmançı
Adımı  dəyirmançı qoydun,

Üstümdəki  unumdanmı,

Sən  məni  beləmi  tanıyırsan

əynimdəki  libasımdan,

donumdanmı?

Nahaq  naşı  bilirsən

bu  dəyirmançını, əzizim,

Sənin ilk  dəfə  getdiyin  hər  yolda

neçə  dəfə  o  tərəfədir,

neçə  dəfə də bu tərəfə

mənim  köhnəlmiş  izim…

Hələ ki

Hələ  dözürəm…

hələ ki qəzəbim kəsik-kəsik,

hələ ki dəli qəzəbin cilovunu dartmaqdan

səbrimin  əlləri qabar-qabar,

səbrimin əlləri  didik-didik.

Kükrəyən qəzəbimin

qan damır cəhənglərindən,

dördnala çapmaq istərkən

qopa bilmir yerindən,

çeynəyir  yüyəni,

tapdalamaq, əzmək istəyir,

nəfəsini   kəsmək  istəyir

aydan arı, sudan duru

ürəklərə dəyənin.

Ürəyimdə ayaq döyür qəzəbim,

ürəyimdə qanlı yaralar açır,

Uzaq durun ürəyimdən

zərbələrdən ürəyim qançır-qançır,

zərbələrdən  ürəyim qazıq-qazıq,

Səbrim basa bilməsə səbrini,

qəzəbimin dırnaqları altında qalana yazıq…

Yuxu oğrusu

Kimsə hər gecə

oğurlayıb aparır yuxumu xəlvətcə.

Gizlədirəm yastığımın altında,

yenə tapır,

Döşəyimin lap alt qatında,

yenə tapır.

Gözlərimin içində olur yuxum

səhərdən gün batanacan,

Kirpiyimin ucunda olur

gecə gəlib yatanacan.

Elə ki yatmaq istəyirəm,

yuxum çıxır yoxa,

Qalıram yuxusuz  gözlərimlə  baxa-baxa.

O,nədirsə,yuxumu hər gecə qaçırır,

Heç xəbərim də olmur ki, necə qaçırır.

Bir də qaytarıb gətirir səhərə yaxın,

Sərsəri yatıb oyanıram yorğun-arğın.

Yuxuma haram qatır bu oğru hər gecə,

Yuxumu aparıb mənim yuxumla

özümü yatır bu oğru hər gecə?

Axı  mən də istəyirəm yatım doyunca,

Dan yeri ağaranda yox,

elə baş yastığa qoyunca.

Ayrı çarə yoxdur,doğrusu,

İş ki belə olub,

deyəsən, mən də olacağam

yuxu oğrusu!

Aynur üçün
Qızım, paltarını yığ, yığış gedək,

daha buralarda bir işimiz yox.

Bizim indimiz yox, keçmişimiz yox,

bircə yolumuz var, o da gələcək.

Biz güclü deyilik, zəifik, zəif,

gələr üstümüzə daşla adamlar.

Baş aça bilmərik nə istəyirlər

Bu cavan adamlar, yaşlı adamlar.

- Hara gedəcəyik? – Burdan uzağa.

- Orda məktəb varmı? – Əlbəttə ki, var.

- Bəs, təzə evimiz, orda qalmayaq?

- Bizsiz də o evdə qalan tapılar.

Daha sual vermə, cavabım yoxdur,

hər gün əsəblərim itir bu yerdə…

Darıxma, nənənə zəng eləyərsən,

dayına bir məktub yazarsan hərdən.

Bəsdi sözə tutdun,  vaxt yoxdu, quzum,

uzun yolumuz var – üzü qüruba.

Qırmızı kərpicdən evimiz olsa,

bir də şimal qışı, balaca soba.

Niyə geyinmirsən, gözləmirəmmi?

Deyirsən, qaranlıq düşübdü artıq?

Eybi yox, bu gün də qalası olduq,

Səhər paltarları yığışdırarıq.

Nöqtə

(“Eksperimentlər”)

Şeir mükəmməli tapmaq cəhdidi –

tapdın, tükənəcəksən.

Deməli, bir şeir var

və sən hələ ona doğru gedəcəksən…

Sevgilər də hamısı birinə bənzəyir –

axı bir nəfəsə yaranıb insanlar

və deməli, hamısında səndən də nəsə var.

Bütün yollar bir yerə aparır,

Deməli bir yol var və qalanlar onun hissələridir.

Bir gün sən də buna gələcəksən.

Bilirəm indi nə soruşursan –

sonuncu-birinci nöqtəyə nə qədər qalır?

Mən bunu saydım –

Bir addım, tək bircə addım…

Humanizm
O dağın ətəyindəki kəndi görürsənmi

sakit və xoşbəxt həyatıyla

qibtə hissi doğurur adamda

evləri biri-birinin sobasına

qızınacaq qədər yaxın

ağacları baş-başa verib pıçıldaşır

küləklərin eşqinə

adamları mehriban

qızları gözəl

gəlinləri həyalı

itləri qonağa hürməz heç zaman

azan səsiylə oyanır o kənd

şəhadət kəlməsiylə yuxuya gedir

hücum etməli o kəndə!

kişilərini yerindəcə güllələməli

ağzı dualı qocalarını

ağaclara sarıyıb yandırmalı

uşaqlarını dəmir borulara doldurub

qaynaq etməli

hücum etməli o kəndə

qızlarını zorlamalı

saçından yapışıb sürüməli

hamilə gəlinlərin

şişman qarınlarını

nallı çəkmələrlə təpikləməli

süngüylə yırtıb çıxarmalı

canına yenicə qan hopmuş rüşeymləri

hücum etməli o kəndə

bağdakı itlərə belə aman verməməli

evlərin hamısına od vurmalı

dünyanın gözündən yayınıb

sakit bir guşədə

şad-xürrəm yaşamağın

nə demək olduğunu anlatmalı onlara

darmadağın etməli o kəndi!

bir nəfər belə sağ buraxmamalı

…sağ buraxmamalı bir kimsəni

o kəndin acılarıyla yaşamağına

qıymamalı

Ovqat
Üzüm  pəncərəyə  qısılı,

gözlərimdə  intihara  hazır

milyonlarla  yaş  qalmışdı.

Avtobusda  bir  qız  oturdu

səndən  sonra  sənin  yerində.

Amma  yerin  boş  qalmışdı….

Yalan

Əsgərlikdə  əsir  düşüb

susuzluqdan  ölən  əsgərin  dalınca

evdən  çıxanda  su  atmışdılar.

Onu  da  aldatmışdılar…

Təqaüd

Vəzifədə  hamıya  qonaqlıq  verən  kişi

Vəzifəsiz  qalanda  özünü  sındırmadı.

Kimi  gördü  dedi  ki , gəl  gedək  qonağım  ol

Arvadı isə  evdə  işıq  pulundan  ötrü

çilçıraq  yandırmadı….

İdmançı

O  idmançıydı.

90  kilonu  əlində  rahat  apara  bilirdi.

Özü  70  kiloydu  özünü  apara  bilmirdi….

Boş şeydir
Səni sevdiyini söyləyən

saysız adamların içində

dost axtarmaq qədər mənasız,

Qulağını oxşayan,

bəzəkli cümlələrin içində

səmimiyyət tapmaq qədər çətindir yaşamaq.

Zənn edərsən ki, var olduğuna dəlildir,

Və anlarsan ki, dayandırmaq istədiyin,

ən gözəl anlara qənimdir.

Boş şeydir!

Sadəcə və sadəcə ölməyə zəmindir

yaşamaq.

Xoşbəxt insan şəkli

Həyatin kiçik şəklidir dəniz limanı…

Hər kəs səfər halında,

izdiham içində.

Hər kəs ayrı biçimdə:

cılız,

cüssəli,

qayğısız,

qüssəli…

Kimi uçun görüş yeridi bura,

Kimini isə ömürluk itirər kimi…

Gələnə gülə-gülə qucaq açanlar,

Gedənə ağlaya-ağlaya əl sallayanlar…

Ağlaya-ağlaya ürək açib,

Gülə-gülə yola salanlar da var mənim kimi…

Nə qarşılayanam bu gün,

Nə yola salanam.

Bu qədər adamin içində tənha adamam.

Gözümdən bu yana ötə bilməyənlər

yanımdan ötürlər.

Boylanıram sağa-sola,

Öpüşən səvgililərə baxıram gözlərim dola-dola…

Başımı aşağı dikirəm,

Dənizdən qəmli əksimi silirəm,

Nəmli gözlərimin altına bir təbəssüm atıram

imza kimi:

xoşbəxt olmağa dəniz yətməzmi ki?!

Tənha oyunu

Hərdən yatmazdan qabaq

Tanıyıb-tanımadığım bütün nömrələrə

Mesaj atmaq keçir könlümdən…

…gülmə…!

Səhər mənə gələn saysız mesajları görüb

sevinim deyə.

Sən bunun nə olduğunu nə biləsən?

Bu – tənhaların ən böyük sevinci,

ən sevimli oyunu…

…ağlama…nə olar?!