Tag Archives: şeirlər

Sükutdan asılmış ruh

Sükütdan asılmış ruh…
Ruhsuz qalmış bədən…
Mənasız həyat
Mənasızlıqdan doğan sən
Biz əksiliklərin vəhdəti,
Vəhdətinsə əksiyiyik.
Nə qədər istəsək də,
Talehin qadağa etdiyi
Qovuşa bilməz cütlüyük.

Adamlar

Hara baxırsan adamlar-
Metroda adamlar, küçədə adamlar,
Çöldə adamlar, içəridə adamlar…
Yad baxışlar, yad münasibət
qəti addımlar
Yıxılana baxmayanlar
Gülənlə gülməyən,
kövrəlibən ağlamayanlar
Bir anda pullananlar
Vəzifəyə minib quduranlar
Adama oxşar adamlar

Hara Vətən deyim?

Hara Vətən deyim, hara üz tutum?
Yarısı qürbətdi, yarı dərbədər!
Görən bu qəflətdə yatan ölkəyə,
Nə desəm yerindən onu tərpədər?
Baxıram, Təbrizin üzü dumandı,
Göyçəm, Zəngəzurum virana qaldı.
Dərbənd, Borçalının halı nə haldı,
Axır xəcalətin təri, tər nə tər.

Modern Yuxular

Ordan qarşıdan gələn uzunsaç adam
əlindəki bıçağı
önünə çıxan
hər hansı adamın
boğazına diriyəcək-
lap anası olsa belə
yolumu dəyişirəm tez

Üç şeir

Lalların toyu.
Dünyanın ən sakit toyu.
Hərəkətlərin sözləri üstələdiyi an
Və bir səs və bir söz
Hamı bir ağızdan.
A-a a-a …
beləcə,
Xoşbəxtlik dilənir Allahdan.